Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1820/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı X2 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Noratiat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləgv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Noratiat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləgv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 171.5 kv.m olan qeyri yaşayış sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləgv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh1 49145.83 ABŞ dolları pul və 45 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İddiaçı həmçinin iddianın təmin etmə tədbiri barədə ərizə ilə (birinci instansiya məhkəməsi olaraq prosesə baxan) Nərimanov rayon Məhkəməsinə müraciət edərək,iş üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə minənə qədər iddianı təmin etmə tədbiri kimi cavabdehə məxsus Bakı şəhəri,Nərimanov rayonu, Həsənoğlu küçəsi,851-ci məhəllə,ev 10 ünvanında yerləşən 171.5 kv.m sahəsi olan qeyri-yaşayış səhəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2(005)-2367/2018 saylı, 19 aprel 2018-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsini təmin etməmişdir. İddiaçının şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi sözügedən gərardadı ləğv edilərək, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 171.5 kv.m sahəsi olan qeyri-yaşayış səhəsinin özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağa etmişdir. 21 iyun 2018-ci il tarixli **********95 saylı məktubla Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazə İdarəsi sözügedən qərardadın 18 iyun 2018-ci il tarixində icra olunaraq Nərimanov rayonu, Həsənoğlu küçəsi,ev 10 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin üzərinə qadağa qoyulduğunu Bakı Apellyasiya Məhkəməsinə bildirmişdir. Tələbkar kimi Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə müraciət edildiyində şifahi olarak məlumata əsasən məlum oldu ki, icra qurumunun elektron icra sitemində borclu Cavabdeh1 adına Bakı şəhəri,Nərimanov rayonu, Həsənoğlu küçəsi,ev 10 ünvanında yerləşən qeyri-yaşayış səhəsi qeydiyyatdan keçməməktədir. Üzərində məhkəmə qərardadı ilə məhdudiyyət qoyulmuş daşınmaz əmlak barədə məlumat əldə edilməsi məqsədilə icra qurumu Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazə İdarəsinə 16.10.2020-ci il tarixli 12283-108673/20-15-12 nömrəli sorğu yönləndirmişdir. Sözüqedən sorğu Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazə İdarəsi tərəfindən 27.10.2020-ci il tarixində **********96 nömrəli məktubla cavablandırılaraq qeyd olunmuşdur ki, mübahisəli daşınmaz Cavabdeh1 adına ilkin qeydiyyatdan 05.02.2018-ci il tarixdə keçmişdir və 3 saylı DNK-nin 4Ə/143 reyestr nömrəli 18.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözüqedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, üzərinə məhdudiyyət qoyulmuş qeyri-yaşayış sahəsinin bağışlanması tələbkar olaraq mənafələrini əhəmiyyətli şəkildə pozmuşdur. İddiaçı X7 məhkəmə iclasında iddia tələbini müfadiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri 3 saylı Noratiat Ofisi 20.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 3 saylı Noratiat Kontoru və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadından görünür ki, X2 cavabdehlər X3 və Cavabdeh1 qarşı borc məbləğinin ödənlməsi tələbinə dair iddiası üzrə iddiçının iddianın təmin etmə tədbirinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07 iyun 2018-ci il tarixli, 2(103)-6864/2018 saylı qərardadı ilə iddiaçı X7 tərəfindən şikayət edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadının ləğv edilməsi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh1 məxsus ünvan 6 ünvanda yerləşən 171,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, qarardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.06.2018-ci il tarixli, **********95 №-li məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(103)- 6864/2018 saylı qərardadı 08.06.2018-ci il tarixdə icra olunaraq ünvan 6 ünvanda yerləşən qeyriyaşayış sahəsinin üzərinə qadağa qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12437/2019 saylı qətnaməsi ilə iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, X7 və X6 arasında bağlanmış 03 noyabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 35000 (otuz beş min) ABŞ dolları ödənilmiş məbləğ və 14145,83 ABŞ Dolları, illik 5 % dərəcəsi ilə hesablanmış faiz, ümumilikdə 49145,83 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətənməzənnəsi nəzərə alınmaqla Azərbaycan manatl ekvivalenti ilə) habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödərilmiş dövlət rüsumlarının əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.10.2020-ci il tarixli, **********96 №-li məktubundan görünür ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsi 05.02.2018-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın 4Ə/143 reyestr nömrəli 18.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyriyaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6864/18 saylı 07.06.2018-ci il tarixli qətnaməsinə əsasən məhdudiyyət qoyulmuşdur. Hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 oöğlu arasında 18 may 2018-ci il tarixdə Bakı şəhəri 3 saylı Noratiat Kontorunda bağlanmış 530943 №-li daşınmaz əmlakın bağışlanılması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 tam mülkiyyət üzrə özünə məxsus ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsini Hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verir. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyəıedici sənədə əsasən Hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəlıor Ərazi İdarəsi tərəfindən 05/02/2018-ci il tarixdə Cavabdeh1 verilmiş **********52-05301-083004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 171.5 kv/m; Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirmədilər. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 17/05/2018 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 22 may 2018-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 05 fevral 2018-ci il tarixdə qeydiyyat aparılmışdır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X7 iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 171.5 kv.m olan qeyri yaşayış sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 171,5 kv.m olan qeyri-yaşayış sahəsi 18 may 2018-ci il tarixli, 530943 №-li bağışlama müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınaraq Cavabdeh2 adına çıxarış verilmişdir. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadı ilə X2 cavabdehlər X3 və Cavabdeh1 qarşı borc məbləğinin ödənlməsi tələbinə dair iddiası üzrə iddiçının iddianın təmin etmə tədbirinə dair ərizəsi təmin edilməmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07 iyun 2018-ci il tarixli, 2(103)-6864/2018 saylı qərardadı ilə iddiaçı X7 tərəfindən şikayət edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(005)-2367/2018 saylı qərardadının ləğv edilməsi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh1 məxsus ünvan 6 ünvanda yerləşən 171,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, qarardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Lakin məhkəmə hesab edir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin üzərində hər hansı bir məhdudiyyət və həbs olmamışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış, müqavilənin etibarsızlığına səbəb olan biləcək pozuntulara yol verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 171,5kv.m olan qeyri-yaşayış sahəsi hazırda Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. İddiaçı X7 qeyd edilən tərəflər arasında danışılmış şərtlər daxilində hərəkət etməməsini iddia etsə də, bu halı, o cümlədən bağışlama müqaviləsi bağlanarkən belə şərtlərin müvafiq müqavilədə öz əksini tapması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxsin qeyd etdiyi müvafiq şərtlər bağışlama müqaviləsində öz əksini tapmamışdır, demək bağışlama öhdəliklə şərtləndirilməmişdir. Göründüyü kimi, Bakı şəhəri 3 saylı Noratiat ofisində 18 may 2018-ci il tarixli, 530743 №-li bağışlanma müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Noratiat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləgv edilməsi tələbinə dairiddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Noratiat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləgv edilməsi tələbinə dairiddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1820/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1820/2021
25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver