Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1842/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 24.12.2020-ci ildə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsi və qətnamənin icrasının Bakı şəhəri, Nərimanov rayonu X2 Dövlət Qeydiyyat idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.1986-cı il ildə X6 ilə rəsmi qaydada nikah daxil olmuş, birgə nikahdan 2 qızları var: Rüstəmova Nətəvan 21.09.1987ci ildə X7 18.07.1989 il tarixində doğulmuşdur. Onlar 1986-cı ildən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 8-də kirayə yaşayırlar. 24.12.2020-ci ildə həyat yoldaşı ağır xəstəlikdən evdə rəhmətə getmiş, pandemiya dövrünə düşdüyündən qohumları ilə birgə onu Hacıqabul rayonu Meyniman kənd İƏD qəbristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Hacıqabul rayonu Meyniman kənd İOD qəbristanlığında yerləşir. Həyat yoldaşı Rafaelin ölüm faktını şahidlər müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal-hazırda ölüm haqqında sənədi ala bilmədiyini, buna görə də, məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 ilə dost olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. O, ağır xəstəlikdən uzun müddt idi ki, əziyyət çəkirdi. Müalicələr nəticə verməmişdir. Mərhum hüzür mərasimində və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur. X6 onkoloji xəstə idi, uzun müddət idi ki, müəlicə alırdı. 24.12.2020-ci ildə evlərində vəfat etmişdir. Mustafayev Rəfael vəfat etdiyi gün Ərizəçi evinə getmişdir. Məhkəmə, Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 05.09.2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1966-cı il tarixdə Azərbaycan, Qazı-Məmməd şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 8 ünvanında qeydiyyatdadır; 01.09.2010-cu il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 08212061 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 25.09.1959-cu il tarixdə Azərbaycan, Xankəndi şəhərində anadan olmuş X6 ünvan 3 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Meyniman Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08.02.2021-ci il nömrəli, 05 saylı arayışından görünür ki, 25 sentyabr 1959-cu il təvəllüdlü X5 24 dekabr 2020-ci il tarixdə vəfat etmiş, o Hacıqabul qəbirstanlığında dəfn edilmişdir; 29.01.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 25.09.1959-cu il tarixdə Azərbaycan, Xankəndi şəhərində anadan olmuş X6 Ərizəçi əridir. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 8 ünvanında qeydiyyatdadır. X6 24 dekabr 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 5 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25.09.1959-cu il tarixdə Azərbaycan, Xankəndi şəhərində anadan olmuş X4 24 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25.09.1959-cu il tarixdə Azərbaycan, Xankəndi şəhərində anadan olmuş X4 24 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1842/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1842/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver