Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1844/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X2 yaranmış xəstəlik nəticəsində qəflətən vəfat etmişdir. Anasının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətinə cavab olaraq verilmiş imtina məktubunda qeyd olunur ki, təqdim etdiyi sənədlər arasında ölüm faktını təsdiq edən tibbi arayış olmadığından, ölümün qeydiyyata alınmasından imtina edilir. Məcbur qalıb bu faktı təsdiq etmək üçün məhkəməyə müraciət etdi. Qeyd etmək istəyir ki, mərhum anası X2 yaranmış xəstəlik nəticəsində qəflətən xx.xx.2021-ci il tarixdə vəfat etmiş, həmin tarixdə təcili tibbi yardım çağırmışdır. Bakı şəhər Təcili və X11 Stansiyasının 1 saylı Bölməsinin xx xxxxxx 2021-ci il tarixdə anasının ölməsini təsdiq edərək ona ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Ərizəçi qohumları ilə birgə onu Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Binə qəsəbəsi qəbristanlığında dəfn etmişdir. Hal-hazırda onun qəbiri Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Binə qəsəbəsi qəbristanlığında yerləşir. Hal-hazırda mərhum X3nın ölüm faktını təsdiq edən şəhadətnamənin alınmasını istəyir. Bunun üçün X8 ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs 1 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 bildirmişdir ki, ərizəçinin bacısıdır. X3 xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 70A, 8 saylı mənzildə vəfat etmişdir. Anası COVİD-19 infeksiyasına yoluxmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında anasının halı pisləşmiş və təcili tibbi yardım stansiyasına zəng edilmiş, lakin təcili tibbi yardım gələnədək anası artıq vəfat etmişdir. Anasının dəfn mərasimində digər qohumları ilə birlikdə iştirak etmiş və mərhumu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdilər. Məhkəmə iclasında şahid X15 mərhumun qızı olduğunu qeyd etmiş, şahid X1 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, Kirov rayon VVAQ tərəfindən verilmiş Х-ЖГ № 390236 nömrəli, xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə, 3115 nömrə ilə qeyd edilmişdir. X4, anası isə X9r. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi X7 ölümünün qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan, “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 8 saylı mənzilində yaşayır. İş materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, xx.xx.2021-cü il tarixdə, saat 21:32-də X7 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X7 qəbirüstü abidəsi mövcuddur və üzərində “X14, xx.xx.1956-xx.xx.2021, Şərur r-nu, Təzəkənd kəndi” yazılmışdır. İş materiallarında olan, Bakı şəhəri Xəzər rayonu, Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. etmək üçün verilir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X14 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X10 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1844/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1844/2021
06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver