Məhkəmə qərarları › İş №2(005)-1881/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1881/2025

14.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1881/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ərizəçinun maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə imzalanmış MŞB/16-2025-00093 nömrəli barışıq sazişində nəzərdə tutulmuş qaydada birgə nikahdan anadan olmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü Maraqlı şəxs onun yanında qalmaları və birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzi olaraq 40.000 manat pulun ona ödənilməsi hissəsində təsdiq edilərək icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi, ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə imzalanmış MŞB/16-2025-00093 nömrəli barışıq sazişinin birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzi olaraq 40.000 manat pulun Ərizəçi ödənilməsi hissəsində təsdiq edilərək icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 16 oktyabr 2010-cu il tarixdə, Suraxanı rayon qeydiyyat şöbəsində nikaha daxil olub ailə qurmuşlar. Nikah 1229 N-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2011 -ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü Maraqlı şəxs adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlamışdır. Aralarında olan nikah əlaqələri faktiki olaraq uzun müddətdir ki, kəsilmişdir. Barışmaq, gələcəkdə birgə ailə həyatının qorunub saxlanması mümkün deyil. Nikah mübahisəsinin həlli ilə bağlı xx.xx.2025-ci il tarixdə mediasiya prosesi keçirilmiş və ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/16-2025-00093 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 2.4-cü bəndinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzi olaraq (cehiz əmlaklar istisna olmaqla) Maraqlı şəxs tərəfindən ona saziş məhkəmə qaydasında təsdiq edildiyi gün 40.000 manat nəğd və yaxud hesaba ödənilməklə veriləcəkdir. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olub. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mediasiya xərcləri olaraq ödənilmiş 200 manat məbləğində dövlət rüsumu ərizəyə əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil1 ərizənin məzmununa müvafiq izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə razı olduqlarını bildirmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2.4-cü bəndindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 2.4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzi olaraq (cehiz əmlak istisna olmaqla) İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfə (Ərizəçi) sazış məhkəmə qaydasında təsdiq edildiyi gün 40 000 (qırx min) manat nəğd və yaxud hesabına ödənilməklə verəcəkdir. Pul məbləği ödənildikdən sonra tərəflər arasında əmlak mübahisəsi həll edilmiş sayılır. Tərəflər bir-birinə qarşı əmlak mübahisəsi ilə bağlı təkrar iddia qaldıra bilməz. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi 40000 manat pulun ödənilməsi hissəsində Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin pulun ödənilməsi hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş həmin hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçinun maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 40.000 manat pulun ödənilməsi hissəsində təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi həmin hissədə təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin: 2.4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzi olaraq (cehiz əmlak istisna olmaqla) İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfə (Ərizəçi) sazış məhkəmə qaydasında təsdiq edildiyi gün 40 000 manat nəğd və yaxud hesabına ödənilməklə verəcəkdir. Pul məbləği ödənildikdən sonra tərəflər arasında əmlak mübahisəsi həll edilmiş sayılır. Tərəflər bir-birinə qarşı əmlak mübahisəsi ilə bağlı təkrar iddia qaldıra bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar