Məhkəmə qərarları › İş №2(005)-194/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-194/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-194/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 13.02.2015-ci il tarixli 10KD/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04.06.2019-cu il tarixli 24KD/15-2 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 5.281,98 AZN, faiz borcu üzrə 294,70 AZN, cərimə borcu üzrə 3,80 AZN olmaqla, cəmi 5.580,48 AZN kredit borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 04.06.2019-cu il tarixli 24KD/15-2 saylı əlavə kredit müqaviləsi üzrə5.580,48 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 73.000 (yetmiş üç min) manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyriyaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 13.02.2015-ci il tarixli 10KD-15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04.06.2019-cu il tarixli 24KD/15-2 saylı əlavə kredit müqaviləsinə əsasən iddiaçıya 24 ay müddətinə, 04.06.2021-ci il tarixədək illik 20 % ödəmək şərtilə, 7442 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx»xxxx ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2015-ci il tarixli 10KDİ/15 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsi «xxxx»xxxxna ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi və ona əlavə saziş müvafiq olaraq 14.02.2015 və 18.03.2019-cu il tarixlərdə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (çıxarış seriya RX №0573368, qeydiyyat №1 115012663, çıxarış seriya RX №1489559, qeydiyyat №**********). Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx"xxxxna ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 14.05.2020-ci il tarixli maliyyə arayışına əsasən 04.06.2019-cu il tarixli 24KD-15-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5.281,98 AZN, faiz borcu üzrə 294,70 AZN, cərimə borcu üzrə 3,80 AZN olmaqla, cəmi 5.580,48 AZN kredit borcu təşkil edir. Əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-vaşayış sahəsi «xxxx» KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; 03.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2015-ci il tarixli 10KD/15 nömrəli əsas kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, borc verən borc alana 1 000 000 (bir milyon) AZN məbləğində 120 ay (bir yüz iyirmi ay) müddətinə, 13 fevral 2025-ci il tarixnədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Bu müqavilənin 3.4-cü bəndinə əsasən “borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, peniyanın), üçüncü növbədə mövcud kredit fazilərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. 13 fevral 2015-ci il tarixli 10KD/15 saylı əsas kredit müqaviləsi üzrə “xxxx”xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2019-cu il tarixli sazişin 1-ci bəndindən görünür ki, “tərəflər arasında bağlanmış “13” fevral 2015-ci il tarixli 10KD/15 saylı əsas kredit müqaviləsinin (bundan sonra “əsas kredit müqaviləsi” adlandırlacaq) 1.1-ci bəndi aşağıdakı yeni redaksiyada verilsin. Bu sazişin 1.1-ci bəndinə əsasən borc verən borc alana 1 000 000 (bir milyon) manat məbləğində, illik maksimum 28 (iyirmi səkkiz) faiz, maksiumum 120 (yüz iyirmi) ay müddətinə, “13” fevral 2015-ci il tarixnədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. “xxxx”xxxx ASC ilə Cavabdeh1 arasında 04.06.2019-cu il tarixli 24KD/15-2 saylı əlavə kredit müqaviləsinin 1.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə “Bank” tərəfindən “borcalan” a verilən kreditin məbləği 7442 (yeddi min dörd yüz qırx iki) AZN təşkil edir. Bu müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı: kredit məbləği 7442 (yeddi min dörd yüz qırx iki) AZN bank qarşısındakı 30.06.2015-ci il tarixli 24KD/15-1 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcək. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 cədvəl üzrə aylıq 379 (üç yüz, yetmiş doqquz) manat məbləğində vəsaiti hər ay qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx”xxxx ASC ilə ipoteka saxlayan Cavabdeh1 arasında 13.03.2019-cu il tarixli əlavə sazişin 1.2-ci bəndindən görünür ki, ipoteka saxlayanla ipoteka qoyan (borc alan) arasında Bakı şəhərində bağlanmış 13.02.2015-ci il tarixli 10KD/15 saylı əsas kredit müqaviləsinə (və bu müqaviləyə 25.02.2019-cu il tarixdə edilmiş sazişə) əsas borc verən borc alana 1000.000 (bir milyon) manat məbləğində, illik maksimum 28 (iyirmi səkkiz) faiz, “13” fevral 2025-ci il tarixnədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə faiz daha az müəyyən oluna bilər. Borcalan isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqavilələrində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın (ipotekaqoyanın) ssuada hesabına daxil olduğu müvafiq günündə) borcverənə (ipotekasaxlayana) ödəməyi öhdəsinə götürür. Borcverən (ipotekasaxlayan) öz mülahizəsinə əsasən ipoteka predmetinin ilkin qiymətini nəzərə almaqla borcalana (ipoteka qoyana) bu müqavilənin 1.2-ci bəndinin birinci abzasında göstərilən müddətdən artıq ola bilməz. Həmin müddət ərzində istənilən an üçün borcalanın (ipoteka qoyanın) əlavə kredit müqavilələri üzrə cari əsas borc öhdəliklərinin ümumi məbləği bu müqavilənin 1.2-ci bəndinin birinci abzasında göstərilən məbləğdən artıq ola bilməz. “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2015-ci il tarixli 10KDİ/15 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 10.09.2009-cu il tarixində 61 nömrəli reyestr kitabının 5732 nömrəli vərəqində, reyestr nömrəsi **********42-05101-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat aparılmış, MH seriyalı ******* nömrəli hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan və ipoteka predmeti kimi çıxış edən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsini (bundan sonra “ipoteka predmeti”) ipoteka saxlayana ipoteka qoyur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6a/ qeyri-yaşayış sahəsi “xxxx” KB ASC-də ipoteka ilə yüklü edilmişdir. “xxxx”xxxx” Açıq Səhmdar Cəmiyyətinin “11” saylı filalının müştərisi olan Cavabdeh1 24KD/15-2 saylı 04.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcu 14.05.2020-ci il tarixili cədvəlindən görünür ki, əsas məbləğ üzrə borc 5281.98 AZN (beş min iki yüz səksən bir manat doxsan səkkiz qəpik), faiz üzrə borc 294.70 AZN (iki yüz doxsan dörd manat yetmiş qəpik), cərimə faizləri üzrə borc 3.80 AZN (üç manat səksən qəpik) olmaqla cəmi borc 5580.48 AZN (beş min beş yüz səksən manat qırx səkkiz qəpik) hesablanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 22.05.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1968-ci ildə Gürcüstan, Marnauli rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Asan 1 tərəfindən verilmiş 08.05.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 17487862 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1968-ci ildə Gürcüstan, Marnuli rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 31.05.2008-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh2 xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Rəsulzadə qəs, S.Bəhlulzadə küç.dön-1, ev. 10/68 ünvanında qeydiyyatdadır. 13.02.2015-ci il tarixdə Cavabdeh2 tərəfindən 3 saylı notariat kontorunda yazılmış ərizənin məzmunundan görünür ki, Cavabdeh2, həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində 6a nömrəli binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.3 kv.metr, əsas sahəsi, 114.3 olan qeyri-yaşayış sahəsinə “xxxx”xxxxna ipoteka qoyulmasına razı olduğunu və həmin qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda onu tərk edəcəkdir. Bu ərizə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gəlcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx”xxxx qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün həmin qeyri-yaşayış sahəsinin ipotekasına dair razılığını ifadə etmişdir. 10.09.2009-cu il tarixli ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0.15063 ha torpaq sahəsində yerləşən 6a nömrəli binanın zirzəmisində 114.3 kv.m ümumi, 114.3 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5732 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxx” KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziyadan görünür ki, kredit müqaviləsi üzrə borcun 5 (beş) təqvim günü müddətində tam ödənilməsi, əks təqdirdə, banka borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. 31.05.2020-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiqetmə bildirişinin qeydə alınmasına görə 10 (on) manat məbləğində dövlət rüsumu ödənmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.04.2021-ci il tarixli QXM 383/M nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 6a saylı binanın zirzəmisindəki qeyri yaşayış sahəsinin bazar və likvid dəyəri müəyyən edilmiş, bazar dəyəri 80.000.00 (səksən min) manat, likivid dəyəri 60.000.00 (altmış min) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27.01.2021-ci il tairxli ekspert rəyindən görünür ki, xxxx”xxxx ASC ilə Cavabdeh1 arasında 04.06.2019-cu il tarixli 24KD/15-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 4.089,05 AZN, faiz borcu üzrə 170,38 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqavilələri ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilərlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, iddiaçıya olan borcu ödəməlidir. O da qeyd edilməlidir ki, ipoteka predmetinin qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0.15063 ha torpaq sahəsində yerləşən 6a nömrəli binanın zirzəmisində 114.3 kv.m ümumi, 114.3 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 80.000 (səksən min) manat olduğundan həmin əmlakın ilkin satış qiyməti 80.000 manat müəyyən edilməklə tutma həmin mənzilə yönəldilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı iddia tələbində həmin mənzilin boşaldılmasını da xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissəyə münasibətdə iddia tələbi təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Göründüyü kimi mülki qanunvericiliyə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir. Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, ipoteka predmetinin hərracda ipoteka qoyan tərəfindən alınacağı halda iddiaçının tələbində qeyd etdiyi kimi cavabdehlərin istifadə hüquqlarının xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da mümkünsüz edərək qeyri müəyyənliyin yaranamsına səbəb ola bilər. İddiaçı nə qədər ki, ipoteka predmetinə hərrac vasitəsilə əmlak hüququ əldə etmədən hazırki qeyd edilən tələblə mülkiyyətçi kimi çıxış edərək və tələbin bu hissəsinin təmin edilməsini xahiş etməsi tələbin həmin hissədə təmin edilməsini istisna edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4.089,05 (dörd min səksən doqquz manat beş qəpik) manat əsas, 170,38 (yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka bildiriçinin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı “xxxx” KB ASC- nin xeyrinə tutulmalı, tutma ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı “xxxx” KB ASC -nə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalı, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3,) Məhkəmə Ekspertizası Mərkəzi hesabına, aparılmış əmlakın qiymətləndirilməsi ilə bağlı 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq VÖEN **********, H/h AZ64BBTB********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BBTBAZ22, VÖEN ********** “xxxx” MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4.089,05 (dörd min səksən doqquz manat beş qəpik) manat əsas, 170,38 (yüz yetmiş manat otuz səkkiz qəpik) manat faiz borc, 30 manat ipoteka bildirişinin qeydə alınmasına görə ödənilmiş xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “xxxx” KB ASCnin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində istifadədə olan 0,15063 ha torpaq sahəsində yerləşən 6 a saylı binanın zirzəmisində ümumi sahəsi 114,3 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı “xxxx” KB ASC-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 Mü səllim oğlundan tutularaq, 100 (bir yüz) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış əmlakın qiymətləndirilməsi ilə 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq (VÖEN **********, H/h AZ64BBTB********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BBTBAZ22, VÖEN **********) “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar