Məhkəmə qərarları › İş №2(005)-195/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-195/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-195/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 6521 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 26500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 58 ünvanında yerləşən, 68 kv.m olan qeyri-yaşayış sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 3755 nömrəli alqı-satqı müqaviləsinə əsasən 38700 (otuz səkkiz min yeddi yüz) manata Cavabdeh satılmışdır.Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 26000 (iyirmi altı min) manat ödəmiş, digər hissənin, yəni 12700 (on iki min yeddi yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı” müqaviləsinə əsasən, 1.1. Müqavilənin predmetini "Alıcı’nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017 -ci il tarixdə keçirilən hərracda 44/02 №-li protokola əsasən satın aldığı 68,0 kv.m qeyriyaşayış sahəsi (4 mərtəbəli binanın 1-ci mərtəbəsi 19,6 kv.m və zirzəmisinin bir hissəsi 48,4 kv.m) təşkil edir. 1.2. “Satıcı” satır, ‘'Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə Bakı səhəri, Nərimanov rayonu. Ağa Nemətulla küçəsi, 58 ünvanında yerləşən 68,0 kv.m qeyri- yaşayış sahəsini hərracdan satış qiyməti ilə 38700.00 - otuz səkkiz min yeddi yüz manata satın alır. 1.3. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata aındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri. Nərimanov rayonu. Ağa Nemətulla küçəsi. 58 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığınız xx.xx.2017ci il tarixli. 3755 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2 bəndinə müvafiq olaraq əmlakın satış qiyməti o'an 38700 (otuz səkkiz min yeddi yüz) manatdan 26000 (iyirmi altı min) manat tərəfinizdən ödənilmiş, qalcn məbləğ ödənilməmişdir. Müqavilə üzrə ödənməmiş 12700 (on iki min yeddi yüz) rrıarıat vəsait 10 (on) gün ərzində ödənilməlidir. Bu bildiriş sizə təqdim edildiyi tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasənəgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq əmlakın dəyərini müqavilə imzalandığı andan 30 gün müddətində, yəni xx xxxxxx 2018-ci tarixədək tam ödəməyi öhdəsinə götürməsinə baxmayaraq əmlakın dəyərini halhazıradək tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı haqlı olaraq müqavilənin ləğvi və alqı-satqı predmiti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin iddia tələbləri təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 26000 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı həmin tələbi onunla əsaslandırmışdır ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəmədiyindən bununla iddiaçını dövlət əmlakının satışından daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Belə ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, həmin alqı-satqı predmeti olan əmlak iddiaçıya geri qaytarıldıqdan sonra o, həmin əmlakı satıb, satışından əldə olunan pul vəsaitini dövlət büdcəsinə köçürə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı dövlət büdcəsi hesabına maliyyələşən qurum olduğundan iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu ödəməkdən azaddır. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçının məbləğlə ifadə olunmuş tələbi rədd edildiyindən cavabdehdən həmin iddia üzrə dövlət rüsumu tutula bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 5 ünvanında yerləşən 68 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2017-ci tarixli 3755 nömrəli ləğv edilsin. ünvan 5 ünvanında yerləşən 68 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar