Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-196/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanma Fondu cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “ipoteka borcunun ödənilməsini əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanma Fondu cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “ipoteka borcunun ödənilməsini əmlaka yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.059,47 manat faiz, 4.407,28 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 632.80 manat borc, ümumilikdə isə 44.615,31 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən tutulmasına; tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələblərinin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5552.75 manat faiz, 8352.92 manat cərimə, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikcirilmiş vaxt üçün illik beş faiz olmaqla 1658.84 manat borc, ümumilikdə isə 48080.27 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X14" ASC-dən tutulmasına; tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi 03.11.2020-ci il tarixdə iddia tələblərinin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5552.75 manat faiz, 8352.92 manat cərimə, müqavilənin bitdiyi tarixdən 21.10.2020-ci il tarixinə kimi gecikcirilmiş vaxt üçün illik beş faiz olmaqla 1658.84 manat borc, ümumilikdə isə 48080.27 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X14" ASCdən tutulmasına; tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 06.08.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cəmi 52.319,54 (əlli iki min üç yüz on doqquz manat, 54 qəpik) manat – bundan 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat əsas, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat faiz, 11.344,67 (on bir min üç yüz qırx dörd manat, 67 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər X7 və Cavabdeh1-dən müştərək qaydada tutulması;X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi; Həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması; Satışdan əldə olunmuş vəsaitin 14 noyabr 2011-ci il tarixli, AK-302 nömrəl kredit müqaviləsi üzrə borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər X7 və "X14” ASC-dən tutulması; İpoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK-302 saylı kredit müqaviləsi bağlanmışdır Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011 -ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir.Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə ‘Texnikabank" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən “X14" ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 04.03.2020-ci il tarixinə Banka 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.059,47 manat faiz, 4.407,28 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 632,80 manat borc, ümumilikdə isə 44.615,31 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cəmiyyətə dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 2.12-ci bəndində qeyd edilmişdir ki: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti” məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank" ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətir” bankda olan hesabından, ona xəbərdalıq etməklə silir. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. "Şirkəfin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir".Göründüyü kimi 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqavilə üzrə Cavabdeh1 və Cavabdeh2 32.515,76 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.059,47 manat faiz, 4.407,28 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 632,80 manat borc, ümumilikdə isə 44.615,31 manat üzrə birgə məsuliyyətdaşıyırlar. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək, "Texnikabank” ASC ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanılmış olsa da tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığı üçün iddia tələbinin onlara aid hissədə əsassız olduğunu və "xxxx" ASC-yə aid hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci və 185.6-ci maddələrinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Texnikabank” ASC ilə Cavabdeh2 arasında arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK-302 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. İş materiallarında 14 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011 -ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 X6 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 30.07.2021-ci il tarixli "xxxx" ASC-ni maliyyə arayışından görünür ki, 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixə yaranmış tələb; cəmi 52.319,54 (əlli iki min üç yüz on doqquz manat, 54 qəpik) manat – bundan 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat əsas, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat faiz, 11.344,67 (on bir min üç yüz qırx dörd manat, 67 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadından görünür ki, ilə İddiaçı təyin edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı bildiriş pretenziyadan görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli 9/5354 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh2 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində müqavilə müddətindən sonra illik 5 faiz hesablanmaqla 04.03.2020-ci il tarixə banka olan borcu 43.653,87 manat təşkil edir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli “X15”inin SEM/Y 07-007/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin likvid qiyməti 42000 (qırx iki min) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli “Əmlak Ekspert Mərkəz”inin ƏEM/A 97- 653/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilin likvid qiyməti 29 iyun 2021-ci il tarixə bazar dəyəri 55 000 (əlli beş min) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli 9/3415 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011 -ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X5 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində və müqavilə müddətindən sonra illik 5% hesablanmaqla 21.10.2020-ci il tarixə (sualda göstərilən tarixədək) banka olan borcu 44718,42 manat məbləğində müəyyən olunur Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC Cavabdeh2 arasında 14 noyabr 2011-ci il tarixində kredit verilməsi haqqında AK-302 saylı kredit müqaviləsi bağlanmışdır Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 qızma ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 95 ay müddətinə, 35.553,42 manat məbləğində kredit verilmişdir. 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011 -ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" ASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə ilk olaraq iddia tələbi üzrə 14 noyabr 2011-ci il tarixli, AK-302 saylı kredit müqaviləsinə əsasən cəmi 52.319,54 (əlli iki min üç yüz on doqquz manat, 54 qəpik) manat – bundan 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat əsas, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat faiz, 11.344,67 (on bir min üç yüz qırx dörd manat, 67 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borc tələbi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iddia üzrə tələb olunan məbləğin “X14" ASC-dən tutulması hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1 maddəsinə əsasənzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Belə olan halda tələb olunan məbləğin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də tutulması hissəsi ilə məhkəmə razılaşmır və hesab edir ki, həmin hissədə tələb rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat faiz, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu Cavabdeh2 iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2021-ci il tarixli 99/3415 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011 -ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X5 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində və müqavilə müddətindən sonra illik 5% hesablanmaqla 21.10.2020-ci il tarixə (sualda göstərilən tarixədək) banka olan borcu 44718,42 manat məbləğində müəyyən edilmişdir. İddia tələbi üzrə 32.515,76 manat əsas məbləğə hesablanmış 11.344,67 manat cərimə tələbi ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11.344,67 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 2000 manata endirilməlidir. Məhkəmə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzilə yönəldilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış 14 noyabr 2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzili 14.11.2011-ci il tarixli AK-302 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,5 kv.m olan, 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1- ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında 29 mart 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın “tələbin Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.5 kv.m olan 2 (iki) otaqlı mənzilinə yönəldilməsi” hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqavilələri üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, Cavabdeh2 “Texnikabank" ASC-nin xeyrinə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş minbeş yüz əlli iki manat, 75 qəpik) manat faiz, 2000 (iki min) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, Cavabdeh2 tutularaq iddiaçının xeyrinə, habelə 300 manat mühasibatlıq ekspertizasının xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə, habelə iddia tələbi kredit borcu üzrə tutmanın əmlaka yönəldilməsi hissəsində təmin edilmədiyindən Ləğv prosesində olan “Texnikabank" ASC-dən 150 manat qiymətləndirmə ekspertizasının xərci "X13" MMC-nin xeyrinə, 150 manat qiymətləndirmə ekspertizasının xərci tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsi üzrə 32.515,76 (otuz iki min beş yüz on beş manat, 76 qəpik) manat məbləğində əsas borc, 5.552,75 (beş min beş yüz əlli iki manat, 75 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə borcu, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2906,36 (iki min doqquz yüz altı manat, 36 qəpik) manat faiz borcu manat olmaqla, cəmi 17827,38 (on yeddi min səkkiz yüz iyirmi yeddi manat 38 qəpik) manat və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "X13" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq, "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəriəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-196/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-196/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver