Məhkəmə qərarları › İş №2(005)-1977/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1977/2022

27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1977/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.05.1936-cı il təvəllüdlü X8 23.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X8 10.05.1936-cı il tarixdə doğulmuşdur. 23.03.2021-ci il tarixdə yaşadığı ünvanda rəhmətə getmiş, təcili tibbi yardım tərəfindən ölüm anı qeydə alınmışdır. Ölüm haqqında tibbi şəhadətnamə əldə edilməsi üçün təcili tibbi yardım tərəfindən təqdim edilən arayışı qeydiyyatda olduğu ərazi üzrə poliklinikaya təqdim edilməsi haqqında məlumatı olmadığı üçün poliklinikaya müraciət etməmişdir. Müraciət etdiyi zaman artıq tibbi şəhadətnamənin almaq mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X2 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, X8 23.03.2021-ci il tarixdə Bakı şəhərində ölmüş, Tovuz rayonunda dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X10 ifadəsində bildirmişdir ki, X8 23.03.2021-ci il tarixdə ölmüş və dəfn mərasimində iştirak etmişdir. Belə ki, iş materiallarında olan; "xxxx" MMC-nin 30.03.2022-ci il tarixli arayışından qeyd edilmişdir ki, 10.05.1936-cı il təvəllüdlü X8 vəfat edənə qədər, yəni 23.05.2021-ci il tarixdə qədər ünvan 1 ünvanında pasport qeydiyyatsız yaşamışdır. Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 23.03.2021-ci il tarixdə, saat 13:25-də X3 adına çağırış daxil olmuş, həkimə qədər qadın cinsli meyit aşkar olunmuşdur. Tovuz rayon İHB-nın Qovlar şəhər İƏD-nin arayışından görünrü ki, X8 24.03.2021-ci il tarixdə Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında dəfn edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanış 28.02.2022-ci il tarixli, 05/Q-167/15 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə doğulmuş və ana qrafasında X6 qeyd edilmişdir. AZE seriyalı 15731604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10.05.1936-cı il tarixdə Tovuz rayonu, Kovlyar kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin vəkilinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 10.05.1936-cı il təvəllüdlü X8 23.03.2021-ci il tarixdə ölüb. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara 10.05.1936-cı il təvəllüdlü X3 23.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.05.1936-cı il təvəllüdlü X3 (AZE seriyalı 15731604 nömrəli) 23.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar