Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1981/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci il təvəllüdlü anası X3 xx.xx.2024-cü il tarixdə Bakı Şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnə qədər o vəfat etmişdir. Onlar həmin gün X5 Biləcəri qəsəbəsi 1 saylı qəbirstanıqda dəfn etmişlər. Bundan sonra ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona tibbi arayış olmadığından şəhadətnamə verilməsinin mümkün olmadığını bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X1 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, mərhum isə ərizəçinin anası olmuşdur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra Biləcəridə dəfn edilmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X8 ifadəsində bildirdi ki, o ərizəçinin qonşusudur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və dəfnində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 119, mənzil 30 ünavnında qeydiyyatda olan şəxslərin siyahısında xx.xx.1938-ci il təvəllüdlü X3 adı qeyd olunmuşdur. Bakı Şəhər Təcili və X7 Stansiyasının 1 saylı Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, X3 adına xx.xx.2024-cü il tarixdə saat 18:33-də ünvan 1 ünvanı üzrə çağırış olmuş, xəstəyə xroniki ürək, ağciyər çatışmazlığı kəskin dekompensasiya mərhələsi, terminal vəziyyət diaqnozu qoyulmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdaəetmə Birliyi” X14 37 nömrəli Şəhər Poliknikası tərəfindən 30 yanvar 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, X6 mütəmadi olaraq ailə həkiminin nəzarətində olub. Lakin ölüm həkim yanında təsdiqlənmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Bakı Şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 02/71 nömrəli arayışda qeyd olunur ki, Ərizəçi anası X6 xx.xx.2024-cü il tarixə Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlığında dəfn olunmuşdur. 1 saylı Bakı “Asan xidmət” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"- nın 8.5 bəndlərinə əsasən ölüm laklı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi Ərizəçi tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün deyil. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1938-ci il təvəllüdlü X6 Ərizəçi anasıdır. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 1 saylı Bakı “Asan xidmət” X10 ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1938-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1981/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1981/2024
21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver