Məhkəmə qərarları › İş №2(005)-1990/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1990/2020

18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1990/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “minik avtomobilinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı minik avtomobilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya geri qaytarılması və vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxana vasitəsilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı geri qaytarılması, avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 23.000 (iyirmi üç min) manat məbləğində pulun və vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “HYUNDAY AZERA” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün “057 CARS” avtosalona müraciət etmişdir. Avtosalonun direktoru Seyid adı ilə tanınan Cavabdeh1 ilə avtomobilin 32.000 manata satılması barədə razılığa gəlmişlər. Həmçinin Cavabdeh1 “HYUNDAY AZERA" markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün etibarnamə də vermiş və avtomobili həmin avtosalona qoymuşdur. Həmin vaxt Cavabdeh1 maşına görə iddiaçıya 2000 manat pul ödəmiş, qalanını isə 3 ay ərzində ödəyəcəyini bildirmişdir. Həmin 3 ay ərzində Cavabdeh1 ona cəmi 9000 manat pul ödəmiş və 3 aydan sonra cavabdeh pulun qalanını iddiaçıya vermək əvəzinə, avtomobilin mühərrikinin yararsız hala düşdüyünü, avtomobilin düzəldilməsi üçün 4000-5000 manat lazım olduğunu demişdir. Ona görə də maşının qalan pulunun tamamilə ödənilməsini cavabdehə bildirmişdir. Daha sonra Cavabdeh1 usta olan Seymurun avtomobili ilə iddiaçının maşınını barter edərək, dəyişməyi təklif etmişdir. “HYUNDAY AZERA” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Seymura məxsus olan “KİA OPTİMA” minik markalı, **-SR-*** qeydiyyat nişanlı avtomobillə dəyişəcəyini bildirmiş və **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixli qeydiyyata əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Bu məqsədlə də avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 etibarnamə ilə verilmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, avtomobili Cavabdeh1 idarə etmir, o avtomobili hansı yollasa başqa şəxslərə satmış lakin pulu iddiaçıya verməmiş və ona bu deyildiyi halda ya avtomobili ya da pulu geri qaytaracağını bildirmişdir. Cavabdeh1 avtomobili qaytarmadığına görə ona avtomobili idarə etmək üçün vermiş olduğu etibarnamənin ləğv edilməsi üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 44 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 44 saylı Notariat Ofisinin xx xxxx 2019-cu il tarixli 113 saylı məktubundan görünür ki, 99SR886 qeydiyyat nişanlı, KİA OPTİMA markalı avtomobilə dair xx.xx.2029-cu il tarixli, 7E- 3242 reyestr üzrə təsdiq edilmiş Cavabdeh1 verdiyi etibarnamə ləğv edilmiş, yenədə cavabdeh avtomobili geri qaytarmamışdır. Həmin vaxtlarda iddiaçını Bakı şəhər Baş Polis İdarəsinə çağırmışdırlar. Cavabdeh1 tərəfindən avtomobilin digər şəxslərə satılmağı iddiaçıya daha sonar məlum olmuşdur. Belə ki, X12 ilə avtomobillər barter olunduğu gün, yəni xx.xx.2019-cu il tarixdə 99SR886 qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobili Əhməd Cavabdeh2 etibarnaməli idarəçiliyinə verərək avtomobili ona satmışdır. Cavabdeh2 da həmin avtomobili xx.xx.2019-cu il tarixdə X3 etibarnaməli istifadəsinə vermiş, X9 həmin avtomobili xx.xx.2019-cu il tarixdə X4 etibarnaməli istifadəsinə vermiş, X10 bu avtomobili Cavabdeh3 qeyri-rəsmi satmışdır. Hazırda avtomobil Sumqayıt şəhərində yerləşən və Cavabdeh3 işlətdiyi avtomaşınların alqı-satqısı salonunda saxlanılır. Azərbaycan Respublikası AD 511226 saylı X1 Şəhadətnaməsindən görünür ki, “KİA OPTİMA" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında yaşayan İddiaçıdur. Məhkəmə avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğuna görə onların barəsində xüsusi qərardad da çıxarmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 xx.xx.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsilə yazılı vəsatətlə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Cavabdeh2 saxta sənəddən istifadə etməklə və dələduzluq yolu ilə mənə "Kia" markalı, 99-SR- 866 dövlət qeydiyyat nişanlı avtomobil satmışdır. Yəni polis baş leytenantı Cavabdeh2 "Kia" markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7 məxsus olmasına dair AD 429504 saylı X1 şəhadətnaməsi olduğu halda, həmin şəhadətnaməni itirməsi barədə müraciət etmiş və alqı-satqı müqaviləsi əsasında həmin nəqliyyat vasitəsi ilə bağlı İddiaçı adına AD 511226 saylı yeni şəhadətnamə almışdır. Lakin polis baş leytenantı Cavabdeh2 həmin avtomobili alqı-satqı müqaviləsi ilə İddiaçı satdığı və onun adına yeni şəhadətnamə aldığı halda, guya itmiş kimi göstərdiyi həmin avtomobilin keçmiş AD 429504 saylı şəhadətnaməsi ilə eyni avtomobili təkrar olaraq xx.xx.2020-ci il tarixdə baş etibarnamə ilə 17 min manata onlara satmışdır. Həmin avtomobili aldıqdan sonra rəsmiləşdirilməsi üçün müraciət etdikdə, onda olan AD № 429504 saylı şəhadətnamənin sistemdə itmiş kimi qeydiyyata düşməsi və həmin avtomobilin artıq İddiaçı adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. 2(005)-1990/2020 saylı mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi və bu mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir; Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Cavabdeh1 tanıyır, qohumluq əlaqəsi yoxdur. İddiaçı Şərifov X8 özü tanış edib. E.Şərişov “KİA OPTİMA" minik markalı avtomobilini satmaq üçün Cavabdeh1 vermişdir, buna görə də avtomaşını idarə etmək üçün etibarnamə də verdi. Lakin Cavabdeh1 maşının nasaz olduğunu deyirdi. Cavabehlərdən Ruslanı tanımır, Əhmədin yanında bir neçə dəfə görmüşdür. “KİA OPTİMA" minik markalı avtomobili bir neçə dəfə Ruslanın da idarə etdiyinin şahidi olub. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AD seriyalı, 457475 nömrəli “X1 şəhadətnaməsi”nin surətinə əsasən 2013-cü il buraxılışlı **-EP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Azera” minik markalı avtomobil İddiaçı mülkiyyətində olub; AD seriyalı, 429504 nömrəli “X1 şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X5 mülkiyyətində olub; AD seriyalı, 511226 nömrəli “X1 şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobil İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli, 113 saylı məktubun surətindən görünür ki, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 verdiyi etibarnamə Sizin xx.xx.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizə əsasən həmin tarixdə ləğv edilmişdir; X12 tərəfindən X6 verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətinə əsasən xx.xx.2019-cu il tarixdə **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil 11 ay 24 gün müddətinə xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 xx.xx.2020-ci il tarixli, 016-44614-/220 saylı məktubuna əlavə edilmiş məlumatlara əsasən **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA”minik markalı avtomobilə dair xx.xx.2019-cu il tarixdə şəhadtnamə verilmiş, həmin avtomobil alqı-satqı müqaviləsi səbəbi ilə xx.xx.2019-cu ildə qeydiyyatdan çıxmış, İddiaçı xx.xx.2019-cu il tarixdə şəhadətnamə verilmiş, daha sonra Cavabdeh1 xx.xx.2019-cu il etibarnamə verilmiş, həmin etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. “KORALL CONSULTİNG” Hüquq və Qiymətləndirmə Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, KC/MR 11-007/20 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən **-SR-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, mühərrik 5XXGAR63CG007218, albalı metallik rəngli “KİA OPTİMA” minik markalı avtomobilin xx xxxxxx 2020-ci il tarixinə bazar dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat təşkil edir; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X5 mülkiyyətində olmuş, sonradan həmin avtomobilə dair İddiaçı xx.xx.2019-cu il tarixli şəhadətnamə verilmişdir. Hazırda avtomobilin mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli, 113 saylı məktubun görünür ki, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 verdiyi etibarnamə İddiaçı xx.xx.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizənə əsasən həmin tarixdə ləğv edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir. İş materiallarından görünür ki, İddiaçı daşınar əmlakını (“KİA OPTİMA” minik markalı avtomobil) idarə etməyi, sürücülük hüququ olduqda idarə etməyi və onun üzərində sərəncam verməyi və digər səlahiyyətləri etibar etməsi barəsində Cavabdeh1 xx.xx.2019-xx.xx.2019-cu il tarixi əhatə edən etibarnamə vermişdir. Göstərilən etibarnamə Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən qeydə alınaraq təsdiq edilmiş, sonradan xx.xx.2019-cu il tarixdə mülkiyyətçi tərəfindən verilən etibarnamə ləğv edilmişdir. İş materiallarında İddiaçı tərəfindən iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hər hansı etibarnamə verilməsi aşkar olunmamışdır. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əmlakın onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Avtomobilin iddiaçının mülkiyyətində olduğu mübahisə mövzusu olmasa da, məhkəmə hesab edir ki, onun artıq məhz cavabdeh olaraq Cavabdeh3 və Cavabdeh2 kimi göstərilən şəxsin qanunsuz sahibliyində olması öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi, avtomobil iddiaçı tərəfindən Cavabdeh1 – istifadəsinə verilmişdir; bu isə cavabdehlər olaraq Cavabdeh3 və Cavabdeh2 qarşı yönəlmiş müvafiq iddia tələbinin dispozitiv şərtlərinin olmaması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qeyd edilən Məcəllənin 366-cı maddəsinə əsasən, Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmiş başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 verilmiş etibarnamə ləğv edildiyindən, lhazırda avtomaşın, cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı avtomobili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Lakin, mübahisəli avtomobil hazırda digər cavabdehlərdə deyil, Cavabdeh1 qanunsuz sahibliyində olduğundan, iddia qismən təmin edilərək, qeyd edilən avtomobil Cavabdeh1 alınaraq, iddiaçıya verilməlidir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İddiaçının digər tələbi isə «avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 23.000 (iyirmi üç min) manat məbləğində pulun verilməsi barədədir. Məhkəmə bu hissədə iddianı qismən əsaslı hesab edir, belə ki, xx xxxxxx 2020-ci il tarixli, ekspert rəyinə əsasən **-SR-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, mühərrik 5XXGAR63CG007218, albalı metallik rəngli “KİA OPTİMA” minik markalı avtomobilin xx xxxxxx 2020-ci il tarixinə bazar dəyəri 21.500 olaraq göstərmişdir. Buna görə də, avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 21.500 (iyirmi üç min) manat məbləğində pulun iddiaçıya verilməsi hissəsidə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə eyni zamanda, Cavabdeh3 «mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi və bu mülki işin baxılmamış saxlanılması» barədə vəsatətinə dair qeyd edir ki, iddiaçının əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cavabehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdeh Ə.Əhmədovdan ağlabatan məbləğdə, yəni 100 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılmalı, avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 21.500 manat məbləğində pul və vəkil xidməti üçün ödənilmiş 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılsın. Həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat Cavabdeh1 tutularaq İddiaçı verilsin. Cavabdeh1 100 (yüz) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar