Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-202/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçıASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 45087.13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat əsas, 451,71 (dörd yüz əlli bir manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla cəmi 45538,84 (qırx beş min beş yüz otuz səkkiz manat səksən dörd qəpik) manat pulun, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, bildirişin ƏMDK yanında DƏDRXdə qeydiyyatı ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia tələbində Cavabdeh İddiaçı Açıq Shmdar Cəmiyyətinin xeyrinə 45087.13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat əsas, 1398.30 (bir min üç yüz doxsan səkkiz manat 30 qəpik) manat faiz, cəmi 46485,43 manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinin ilkin satış qiyməti müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evə tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması xahiş edilmişdir. İddia ərizəsi ilə məhkəməyə verildikdən hazırki tarixə kimi müqavilə üzrə əsas borca əlavə fazilər hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı iddiası üzrə iddia tələbinin artırılmasına zərurət yaranmışdır. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 45.087.13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat əsas, 1813,16 (bir min səkkiz yüz on üç manat 16 qəpik) manat faiz, cəmi 46900,29 (qırx altı min doqquz yüz manat 29 qəpik) manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməsi, Tutma Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi və ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 10.08.2017-ci il tarixli 17/182 saylı kredit müqaviləsinə əsasən mənzilin alınması üçün illik 4% dərəcəsi ilə 226 ay müddətinə 55 000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 93, M12 ünvanında yerləşən evin 13 saylı mənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında 10.08.2017-ci il tarixli, 17/182 saylı Alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 2709 nömrəli reyestr kitabının 252484 nömrəli vərəqində (reyestr nömrəsi **********70-05301- 093153, qeydiyyat nömrəsi **********) 26.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 10.08.2017-ci il tarixli, 17/182 saylı Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 01.06.2020-ci il tarixə 45087.13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat əsas, 451,71 (dörd yüz əlli bir manat yetmiş bir qəpik) manat faiz olmaqla cəmi 45538.84 (qırx beş min beş yüz otuz səkkiz manat səksən dörd qəpik) manat borcu ödənilməmiş qalmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş 12.03.2020-ci il tarixli, 07/08-808 saylı pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 21.04.2020-ci il tarixli, 07/05-1057 saylı bildiriş də cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini rədd edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Cavabdeh 10.08.2017-ci il tarixli 105346 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 01.06.2020-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, ödənilmiş əsas borc 9912.87 (doqquz min doqquz yüz on iki manat səksən yeddi qəpik) manat, ödənilmiş faiz borcu 5246.76 (beş min iki yüz qırx altı manat yetmiş altı qəpik) manat, 45087.13 (qırx beş min sıfır səksən yeddi manat on üç qəpik) manat, ödənilməli faiz borcu 451.71 (dörd yüz əlli bir manat yetmiş bir qəpik) manat, ümumi borc 45.538.84 (qırx beş min manat beş yüz otuz səkkiz manat səksən dörd qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” ASC-yə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh göndərilmiş 21.04.2020-ci il tarixli, 07/05-1057 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh 17 aprel 2020-ci il tarixə əsas borcu 45.087,13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat, faiz borcu isə 231,37 (iki yüz otuz bir manat otuz yeddi qəpik) manat təşkil edir. Bununla da 10.08.2017-ci il tarixli 17/182 saylı kredit müqaviləsi üzrə kredit borcunun (əsas və faiz) ödənilməsinin tələb edilməsi zərurəti yaranmışdır. Bu bildiriş tutmanın notariusun icra qeydi əsasında ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıqdır və Cavabdeh 10.08.2017-ci il tarixli 17/182 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 12.03.2020-ci il tarixdə, №07/08-808 nömrəli pretenziyanın surətindən görünür ki, 5 (beş) iş günü ərzində 842.38 manat məbləğində gecikdirilmiş borcun ödənilməsini, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 45332.05 (qırx beş min üç yüz otuz iki manat 05 qəpik) manat əsas, ona hesablancaq fazilərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. Nərimanov RPİ tərəfindən verilmiş 21.11.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Ə.Əliyev küç, ev.52A,m.167 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № 11277303 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvandakı mənzilin mülkiyyətçisi Cavabdehdur. 10.08.2017-ci il tarixli, №17/182 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədilə isifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 55.000,00 (əlli beş min) manat məbləğində illik 4 (dörd) faiz dərəcəsi ilə 226 (iki yüz iyirmi altı) ay müddətinə ipoteka krediti verir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 10.08.2017-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, kredit alan Cavabdeh cədvəl üzrə ödəniş məbləği 346,82 (üç yüz qırx altı manat səskən iki) qəpikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/1348 nömrəli, 07 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcu 30.07.2020-ci il tarixə əsas borc üzrə 45128 manat, faiz borcu üzrə 101.15 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvandakı mənzil “xxxx” Bank ASC-nin “Mərkəz” filalında ipoteka ilə yüklü edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.08.2017-ci il tarixli qiymətləndirməyə dair hesabatından görünür ki, Cavabdeh, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, giriş 93, M.12, m.3-də yerləşən əmlakın bazar dəyəri 78.000,00 manat, likvid dəyəri 66.500,00 manat təşkil edir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.12.2020-ci il tarixli № QXM 337/M nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 93, M12 ünvanında yerləşən 13 saylı mənzilin bazar və likivid dəyəri müəyyən edilmiş, bazar dəyəri 81.000 (səksən bir min) manat, likivid dəyəri 68.000.00 (altmış səkkiz min) təşkil edir. 09.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh münasibətdə qismən təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri tərəfdən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ341NABZ**********000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas müqavilədə nəzərdə tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girov saxlayanın tələbləri, o cümlədən Girovsaxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh X3 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 45.128,84 (qırx beş min manat yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat əsas, 101,15 (yüz bir manat on beş qəpik) manat faiz borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC- nin xeyrinə tutulmnalı, tutma ilkin satış qiyməti 81.000 (səksən bir min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 93 nömrəli evin, 12 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılmalı, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına, aparılmış əmlakın qiymətləndirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq VÖEN **********, H/h AZ64BBTB********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BBTBAZ22, VÖEN ********** “xxxx” MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 45.128,84 (qırx beş min manat yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat əsas, 101,15 (yüz bir manat on beş qəpik) manat faiz borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC- nin xeyrinə tutlsun. Tutma ilkin satış qiyməti 81.000 (səksən bir min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 93 nömrəli evin, 12 saylı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış əmlakın qiymətləndirilməsi ilə 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq VÖEN **********, H/h AZ64BBTB********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BBTBAZ22, VÖEN ********** “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-202/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-202/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver