Məhkəmə qərarları › İş №2(005)-2045/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2045/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2045/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 Saylı Sumqayıt Regional “ASAN Xidmət” X5 cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 2 Saylı Sumqayıt Regional “ASAN Xidmət” X5 cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.2024-cü ildə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X8 onun qardaşıdır. 12 may 1984-cü il tarixdə anadan olmuş və 01 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. İddiaçı bildirir ki, qardaşının hər hansı bir xəstəliyi olmamış, qəflətən vəfat etmişdir. Müayinə zamanı da meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar edilməmişdir. Vəfatından sonra qardaşının ölüm haqqında şəhadətnaməsini almamışdır. Həmin sənədin verilməsi üçün iş üzrə maraqlı şəxsə müraciət etsə də müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir. Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə tibbi şəhadətnamə verilməsi barədə iddiaçının müraciətinə cavab olaraq imtina barədə arayış verilmiş və arayışda qeyd edilmişdir ki, mərhum hər hansı bir xəstəliklə müraciət etmədiyindən, dispanser qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İddiaçıya tibbi şəhadətnamə verilməmiş, yalnızca ərizəyə əlavə edilən təcili tibbi yardım tərəfindən verilmiş arayış təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, qardaşının Sumqayıt şəhərində qəflətən öldüyünü, qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini, bu səbəbdən də ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o, mərhumun rəfiqəsinin yoldaşıdır. Ailəvi dost olmuşlar və mərhumun iki az yaşlı övladı var. 2024-cü ilin yay ayında vəfat etmişdir. Mərhumun yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə universitetdə bir oxumuşdular. Ərizəçinin qardaşı olduğu üçün dəfn mərasimində iştirak etmişdir. Mərhum Saray qəbristanlığında dəfn edilib. Sumqayıtda isə yas mərasimi keçirildi. Maraqlı şəxs 2 Saylı Sumqayıt Regional “ASAN Xidmət” X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İ-ЗЖ №498647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə doğulmuşdur. X2, anası X1r. İş materiallarında olan AA №0805681 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən verilmiş arayışa əsasən, ünvan 2 ünvanında yaşamış, xx.xx.1984-cü il təvəllüdlü, X8 xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir, ölüm hadisəsi cinayət xarakterli deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinin 05/13 №-li xx.xx.2025-ci il tarixli arayışına əsasən, həqiqətən X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Sumqayıt Regional “ASAN Xidmət” X5 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, X4 ölümünün qeydə alınması barədə müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki , Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə “ olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi bağlı aidiyyəti məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası MPM-in: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 xx.xx.2024-cü il tarixində Sumqayıt Şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2024-cü il tarixində Sumqayıt şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması 2 Saylı Sumqayıt Regional “ASAN Xidmət” X3 həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar