Məhkəmə qərarları › İş №2(005)-2050/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2050/2023

27.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2050/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə, aliment məbləğinin hər ay Maraqlı şəxs əmək haqqısının 3/1 hissəsinə yönəldilməsinə və 100 manat əlavə məbləğin ödənilməsi, eləcə də ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə, aliment məbləğinin hər ay Maraqlı şəxs əmək haqqısının 3/1 hissəsinə yönəldilməsinə və əlavə 100 manat məbləğinin ödənilməsinə, əvvəlki dövrlər üçün ödənilməyən məbləğin tutulmasına və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2021-ci il tarixində Barışıq Sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün əmək haqqının 3/1 hissəsi və əlavə 100 manat (həmin vaxt üçün ümumilikdə 483 manat) ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixdən sonra ödənişlər aylıq olaraq həyata keçirilməmişdir. Belə ki, onun tərəfindən xx.xx.2021-ci il tarixdən bugünədək xx.xx.2021-ci il tarixindən bugünədək aşağıdakı ödənişlər həyata keçirilmişdir. xx.xx.2022-ci il - 200 manat xx.xx.2022-ci il – 350 manat xx.xx.2022-ci il – 400 manat xx.xx.2022-ci il – 200 manat xx.xx.2022-ci il – 350 manat xx.xx.2022-ci il – 325 manat xx.xx.2022-ci il – 620 manat xx.xx.2022-ci il – 640 manat xx.xx.2022-ci il – 300 manat xx.xx.2022-ci il - 736 manat Təqdim olunmuş ödənişlərdən göründüyü kimi, aliment hər barışıq sazişində nəzərdə tutulmuş qaydada ödənilməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2021-ci il tarixli, mediasiya reyestrində M-00221 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. 2.1.2 Tərəflər övladları X6 və X2 üçün ana Ərizəçi hesabına həyat yoldaşı Maraqlı şəxs əmək haqqının 3/1 + 100 manat hal-hazırda ayda 483 manat pulun ödənilməsinə razılaşdılar; fBakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1458/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2016cı il tarixdə bağlanmış və 1340 nömrə ilə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X5 tərəfindən tərəflər arasında 16 dekabr 2021-ci il tarixdə təsdiq edilən barışıq sazişinin 2.1.2-ci bəndi təsdiq olunmalıdır. Hazırda «əvvəlki dövrlər üçün ödənilməyən məbləğin tutulması» hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizənin qeyd olunan hissəsi təmin edilə bilməz. Belə ki, alimenti ödənilməsi ərizə verilən tarixədək natamam olsa belə, həmin məbləğin hesablanaraq Ərizəçi ödənilməsi icra mərhələsində həyata keçirilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2021-ci il tarixli, mediasiya reyestrində M-00221 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişinin aşağıdakı hissədə təsdiq edilsin. (2.1.2-ci bəndə münasibətdə) 2.1.2 Tərəflər (yəni- Maraqlı şəxs və Ərizəçi) övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün ana Ərizəçi hesabına həyat yoldaşı Maraqlı şəxs əmək haqqının 1/3 + 100 manat hal-hazırda ayda 483 manat pulun ödənilməsinə razılaşdılar; Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar