Məhkəmə qərarları › İş №2(005)-206/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-206/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-206/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcunun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcunun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsinə əsasən 13.317,93 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.110 manat faiz, 4.856,77 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.618,75 manat borc, ümumilikdə isə 20.903,45 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X8” ASC-dən tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan “xxxx” ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında 29 mart 2010-cu il tarixində kredit verilməsi haqqında AK-22 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 90 ay müddətinə, 29766.80 manat məbləğində kredit verilmişdir. 29 mart 2010-cu il tarixli № 22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu ray,, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzili 29.03.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X8” ASC i ə “xxxx” ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X8” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 04.03.2020-ci il tarixinə Banka 13.317,93 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.110 manat faiz, 4.856,77 cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.618,75 manat borc, ümumilikdə isə 20.903,45 manat məbləğində borcu yaranmışdır. 09.10.2020-ci ildə cavabdeh “X8” ASC məhkəməyə yazılı olaraq iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Belə ki, "xxxx” ASC ilə Akord arasında birgə fəaliyyət haqqında müqavilə bağlanılmış olsa da tərəflər arasında Zaminlik müqaviləsi mövcud deyildir. Hesab edirlər ki, Zaminlik müqaviləsi mövcud olmadığı üçün Akkord Cavabdeh2 öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən hesab edirlər ki, ”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün həmin hissədə təmin olunmamalıdır. 25.05.2021-ci ildə İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin artırılması zərurəti yarandığından LPO “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2010-cu il tarixli AK-22 saylı kredit müqaviləsinə əsasən 13,317.93 (on üç min üç yüz on yeddi manat, 93 qəpik) manat məbləğində əsas borc, 1,110.00 (bir min yüz on) manat məbləğində faiz borcu, 6,721.55 (altı min yeddi yüz iyirmi bir manat, 55 qəpik) manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 06.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 (iki min üç yüz doxsan doqquz manat, 45 qəpik) manat borc, ümumilikdə isə 23,548.93 (iyirmi üç min beş yüz qırx səkkiz manat, 93 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X8” ASC-dən tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət elmədiyi halda, qalan borcun Cavabdeh2 və “X8” ASC-dən tutulması, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan “xxxx” ASCyə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, "xxxx” ASC ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanılmış olsa da tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığı üçün iddia tələbinin onlara aid hissədə əsassız olduğunu və "xxxx" ASC-yə aid hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci və 185.6-ci maddələrinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, “xxxx” ASC («kreditor») ilə Cavabdeh2 oğlu («borcalan») arasında 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsin əsasən, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 90 ay müddətinə, 29766.80 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 mart 2010-cu il tarixli № 22 saylı ipoteka müqaviləsindən görünür ki, 29 mart 2010-cu il tarixli № 22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri; Sabunçu ray,, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzili 29.03.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X8” ASC ilə “xxxx” ASC arasında bağlanmış müqaviləyə əsasən “X8” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadından görünür ki, ilə İddiaçı təyin edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı bildiriş pretenziyadan görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli 9/5115 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları və 29.03.2010-cu il tarixli AK-22 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla sual üzrə müqavilə müddətinin bitdiyi, 29 sentyabr 2017-ci il tarixinə Cavabdeh2 iddiaçı “xxxx" ASC-yə olan əsas və faiz borcu cəmi 14442,27 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 12518,02 manat, faiz borcu 1924,25 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli “X9”inin SEM/Y 02-011/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin 15 yanvar 2021-ci il tarixə likvid dəyəri 75 600 (yetmiş beş min altı yüz) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli 9/1174 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasə iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29.03.2010cu il tarixli AK-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 29 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) “xxxx" ASC-yə olan borcu 15339.70 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 13271.68 manat, faiz borcu 2068,02 manat təşkil edir. Qeyd edilir ki, 11.01.2021-ci il tarixli, 9/5115 №-li ekspert rəyi ilə 01.04.2021-ci il tarixli, 9/1174 №-li ekspert rəyi arasındakı fərq onunla izah olunur ki, 9/5115 №-li ilkin ekspert rəyində 24.09.2012-cu il tarixdən 30.07.2012-ci il tarixədək ümumilikdə 440,00 AZN məbləğində ödənilmiş sığorta haqqları kredit borcuna silinmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli “Əmlak Ekspert Mərkəz”inin ƏEM/A 81-402/21 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında,yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin 16 aprel 2021-ci il tarixə baar dəyəri 86 000 (səksən altı min) manat, likvid dəyəri 82 000 (səksən iki min) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında 29 mart 2010-cu il tarixində kredit verilməsi haqqında AK-22 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə, 90 ay müddətinə, 29766.80 manat məbləğində kredit verilmişdir. 29 mart 2010-cu il tarixli № 22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu ray, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzili 29.03.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X8” ASC ilə “xxxx” ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X8” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə iddiaçı “xxxx” ASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh2 oğluna verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə ilk olaraq iddia tələbi üzrə “13.317,93 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.110 manat faiz, 6,721.55 manat cərimə, müqavilənin bitdiyi tarixdən 04.03.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.618,75 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X8” ASC-dən tutulması” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iddia üzrə tələb olunan məbləğin “X8" ASC-dən tutulması hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1 maddəsinə əsasənzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx" ASC ilə “xxxx" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Belə olan halda tələb olunan məbləğin cavabdeh “xxxx" ASC-də tutulması hissəsi ilə məhkəmə razılaşmır və hesab edir ki, həmin hissədə tələb rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə 13,317.93 (on üç min üç yüz on yeddi manat, 93 qəpik) manat məbləğində əsas borc, 1,110.00 (bir min yüz on) manat məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən 06.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 (iki min üç yüz doxsan doqquz manat, 45 qəpik) manat borc Cavabdeh2 iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2021-ci il tarixli 9/1174 №-li ekspert rəyində Cavabdeh2 29 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) “xxxx" ASC-yə olan borcu əsas kredit borcu 13271.68 manat, faiz borcu 2068,02 manat olmaqla, cəmi 15339.70 manat məbləğində müəyyən edilmişdir, Həmçinin maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 aldığı kredit vəsaitinə görə 13,317.93 (on üç min üç yüz on yeddi manat, 93 qəpik) manat məbləğində əsas borc, 1,110.00 (bir min yüz on) manat məbləğində faiz borcunun olması müəyyən edilir. İddia tələbi üzrə 13,317.93 (on üç min üç yüz on yeddi manat, 93 qəpik) manat əsas məbləğə hesablanmış 6,721.55 manat cərimə tələbi ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 6,721.55 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 1000 manata endirilməlidir. Məhkəmə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış 29 mart 2010-cu il tarixli № 22 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu ray,, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzil Cavabdeh2 ilə “xxxx'' ASC-nin arasında bağlanmış 29 mart 2010-cu il tarixli Kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1- ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140- cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında 29 mart 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın “tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi” hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqavilələri üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, Cavabdeh2 “xxxx" ASC-nin xeyrinə 13,317.93 (on üç min üç yüz on yeddi manat, 93 qəpik) manat məbləğində əsas borc, 1,110.00 (bir min yüz on) manat məbləğində faiz borcu, 1000 (bir min) manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 06.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 (iki min üç yüz doxsan doqquz manat, 45 qəpik) manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, Cavabdeh2 oğlundan tutularaq iddiaçının xeyrinə, habelə 150 manat mühasibatlıq ekspertizasının xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə, habelə iddia tələbi kredit borcu üzrə tutmanın əmlaka yönəldilməsi hissəsində təmin edilmədiyindən Ləğv prosesində olan “xxxx" ASC-dən 150 manat qiymətləndirmə ekspertizasının xərci "X7" MMC-nin xeyrinə, 150 manat qiymətləndirmə ekspertizasının xərci tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsi üzrə 13,317.93 (on üç min üç yüz on yeddi manat, 93 qəpik) manat məbləğində əsas borc, 1,110.00 (bir min yüz on) manat məbləğində faiz borcu, 1000 (bir min) manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 06.05.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 (iki min üç yüz doxsan doqquz manat, 45 qəpik) manat olmaqla, cəmi 17827,38 (on yeddi min səkkiz yüz iyirmi yeddi manat 38 qəpik) manat borc və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Cavabdeh2 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Ləğv prosesində olan “xxxx" ASC-dən tutularaq, "X7" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Ləğv prosesində olan “xxxx" ASC-dən tutularaq, "xxxx" MMC -nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəriəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar