Məhkəmə qərarları › İş №2(005)-2088/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2088/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2088/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X5 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verüməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasını Nərimanov rayonu X1 Dövlət Qeydiyyat idarəsinə həvalə edilməsini xahiş etmişdir. Bundan sonra Ərizəçi məhkəmə iclasında ərizəyə dəqiqləşmə təqdim edərək, mülki iş üzrə Nərimanov rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 28 mart 2018-ci il tarixində o, Ərizəçi, atası X7 və digər ailə üzvləri (həyat yoldaşı, qızı və oğlu), ünvan 1 ünvanına qeydiyyata düşmüşdürlər. 2020-ci ilin oktyabr ayının ortalarında atası X4 COVİD19 simptomları aşkar olundu. Atası xəstəxanaya getməkdən imtina etdi və ona dedi: "80 yaşım var, şəkərim var, qulağım ağır eşidir. Məni ora bura tullama. Nə olursa sənin yanında olsun". Həkimlərin məsləhəti ilə evdə müalicəyə başladı və hər şey yaxşılığa doğru gedirdi. 31oktyabr 2020-ci il tarixində səhər saat 8-də atası yuxudan oyanarkən nəfəs almasında çətinlik olduğunu dedi. Dərhal 103 telefon nömrəsinə zəng edərək təcili tibbi yardım briqadası çağırdı. Həkimlərin bütün cəhdlərinə baxmayaraq atasının vəziyyəti dahada pisləşirdi və o elə həkimlərin yanında vəfat etdi. Elə həmin gün o və ən yaxın qohumları atasını Zabrat - Məştağa yolunun şimal hissəsində (DYP Dizaqnoztika Mərkəzinin yanında) yerləşən "xxxx" MMC-nin istifadəsində olan ərazidə (qəbirsanlıqda) dafn etdilər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 bildirmişdir ki, mərhum X7 onun əmisidir. Bildirir ki, X7 həqiqətən 19.09.2020-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Mərhum COVİD-19 xəstəliyinə yoluxmuşdur. Təcili Tibbi yardım gələnə kimi X7 artıq vəfat etmişdir. Ölüm faktının müəyyən edilməsi, ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması və gələcəkdə notarial hərəkətlətin aparılması üçün lazımdır. Məhkəmə iclasında şahid X3 bildirmişdir ki, ərizəçi onun həyat yoldaşının qardaşıdır. X2 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 09.03.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizəsnizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 7 saylı Yardımçı stansiya tərəfindən verilmiş 31.10.2020-ci il tarixli arayışından görünür ki, 31.10.2020-ci il tarixdə, saat 09:20-də X5 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X5 qəbirüstü abidəsi mövcuddur, üzərində “X7, 01.01.1940-30.10.2020, Ruhuna Fatihə” yazılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 05.03.2021-ci il tarixli arayışdan görünrü ki, X7 31.10.2020-ci il tarixdə Zabrat-Məştağa yolunun şimal hissəsində (DYP Diaqnostika Mərkəzinin yanında) yerləşən “xxxx” MMC-nin istifadəsində olan ərazidə (qəbirisyanlıqda) dəfn olunmuşdur. İş materiallarında olan VVAQB tərəfindən verilmiş АЗБ seriyalı, 162557 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 30.05.1971-ci il tarixdə, 1923 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 31.10.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X5 31.10.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 31.10.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar