Məhkəmə qərarları › İş №2(005)-2088/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2088/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2088/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə, mərhum X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 ərizəçinin atası olub.O,1951-ci ildə Bakı şəhərində Nərimanov rayonunda doğulmuşdur.xx.xx.2025-ci il tarixdə atasının vəziyyətinin pisləşdiyini və təcili yardım çağrıldığını bildirir.xx.xx.2025-ci il tarixdə isə vəfat etmişdir.Bundan sonra,ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçü Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi müraciət etdiyini və orada ona bildirilib ki,ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur.Tibbi şəhadətnamə olmadığı təqdirdə,hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməli olduğunu bildiriblər. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmişdir. Eyni zamanda maraqlı şəxs elektron məhkəmə informasiya vasitəsi ilə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi oğludur. Mərhum atası X1 Bilgəh qəbirstanlıqda dəfn edildiyini və vəfat edən zaman işdə olduğunu qeyd etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalası oğludur. Ərizəçinin atasının 17 fevralda vəfat etdiyini və Bilgəh qəbirstanlığında dəfn edildiyini qeyd etdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: - İş materiallarında olan AZE № 04691193 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olub - İş materiallarında olan 052807 nömrəli arayışa əsasən görünür ki, X2 ölən günə kimi xx.xx.2025-ci ilədək ünvan 1 ünvanında qeydiyyatda olub. - İş materiallarında olan Təcili və X4 şöbəsinin Ölüm haqqında vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadasının tərkibinə xx.xx.2025-ci il tarixdə, saat 15:25-də çağırış edilmiş və həkimə qədər ölüm (kişi cinsi meyid) aşkar edilmişdir. - İş materiallarında olan Bakı şəhər Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən 03 mart 2025-ci il tarixli 21 nömrəli arayışa əsasən,arayış ondan ötrü verilir ki, X2 xx.xx.2025ci il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbə qəbirstanlığında dəfn edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 4 nömrəli Şəhər Poliknikası tərəfindən xx.xx.2025-ci il tarixli 18-1-1-87/3-45/2025 nömrəli Ərizəçi ünvanlanan məktubdan görünür ki,xx.xx.2025-ci il tarixdə vəfat edən vətəndaş X2 xidməti ərazidən kənar ünvanda vəfat etdiyi üçün hər hansı xəstəliklə əlaqədar rəhbəri olduğu tibb müəssisəsində müraciət etmədiyindən,tibbi qeydiyyatda olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. - İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət”X5 tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildiyi,bu halda Azerbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparıldığı bildirilmişdir.Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır.Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1951-ci il təvəllüdlü X2 17 fevral 2025-ci il vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1951-ci il təvəllüdlü X2 17 fevral 2025-ci il Bakı şəhərində ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X1 17 fevral 2025-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar