Məhkəmə qərarları › İş №2(005)-2098/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2098/2020

04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2098/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölüm faktını müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il tarixdə X8 ilə ailə qurmuşdur. xx xxxx 2020-ci il tarixdə X3 qəfildən vəfat etmişdir. X3 xx xxxx 2020-ci il tarixdə ölməsinə dair Qaradağ rayon bələdiyyəsi tərəfindən verilmiş 128 saylı arayışa əsasən, X8 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasına lazım olan tibbi sənədləri (epikriz) şəhər poliklinikasından ala bilmədiyinə görə Nərimanov Rayon VVADQ şöbəsinə müraciət etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X8 onun qonşusu olub. Qonşusu uzun müddət idi ki, müalicə alırdı, ayaqlarından əməliyyat olunmuşdu. Mart ayında Akif evdə vəfat etdi. Pandemiya səbəbi ilə yas mərasiminin keçirilməsə də, lakin mərhumun dəfnində iştirak etmişdi. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X8 onun qonşusu olub. Mərhum X3 qanın tromblaşmasından əziyyət çəkdiyini, ayaqlarından əməliyyat olunduğunu lakin bir müddət sonra vəfat etdiyini bildirmişdir. X3 dəfn edilməsində də iştirak etmişdir. Məhkəmə, Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.1966-cı il tarixdə Ermənistan, Krasnoselsk rayonunda anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; xx.xx.2015-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı 15289687 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselsk rayonunda anadan olmuş X8 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yataqxana 1 ünvanında qeydiyyatdadır; X9 tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş İİ-SL seriyalı 483658 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 ilə X5 arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir; Bakı şəhəri Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə saat 01:20 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi Ş.İsayev 1963-cü il təvəllüdlü X3 vəfat etməsini qeyd etdi; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselsk rayonunda anadan olmuş X8 Ərizəçi əridir. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X8 xx xxxx 2020-ci il tarixdə ünvan 5 şəraitində, yəni yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselsk rayonunda anadan olmuş X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselsk rayonunda anadan olmuş X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar