Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2107/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X9 onun anası idi. Ölümündən əvvəl birlikdə yaşayırdılar. Sağ olduğu müddətdə anasının sağlığı ilə əlaqədar problemləri yox idi, sadəcə yaşlı olduğu üçün hərdən səhhəti ilə bağlı şikayətlənirdi, amma ciddi heç bir problemi yox idi. Anasının 86 yaşı var idi. 10 dekabr 2022-ci il tarixində anasının vəziyyəti qəflətən ağırlaşmış və ona təcili yardım çağırmışlar. Təcili yardım gələnə qədər anası artıq vəfat etmişdir. Təcili və X10 Stansiyası 10 dekabr 2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Bundan sonra Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onlar rəsmi qaydada bildirmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin ailəvi qohumudur, mərhum onun yoldaşının nənəsidir. xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təyin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun ailəvi yaxınıdır, mərhum X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 02379883 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 1937-ci il tarixdə dünyaya gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 92A, mənzil 39 ünvanında qeydiyyatdadır. Bakı Şəhər Nərimanov Rayon VVADQ şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 24 yanvar 1970-ci il tarixdə doğulmuşdur. X3, anası X7r. AR Ədliyyə Nazirliyi 7 saylı Bakı Asan Xidmət X4 19 aprel 2023-cü il tarixli, məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq X5 ölümünü təsdiq edən sənəd olmadığından, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; AR TƏBİB PHŞ-nin 37 nömrəli Şəhər Poliklinikasının 19 aprel 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, 1937-ci il təvəllüdlü X9 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmamış və ambulator kartası yoxdur. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. xx.xx.2022-ci il tarixli X8 Yardım Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, xəstənin yanına saat 15:45-də çatmış, lakin TTY briqadası qeyd edilən ünvana çatana qədər xəstə vəfat etmişdir. Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əhaliyə vətəndaşlıq xidməti trestinin arayışın məzmunundan görünür ki, X9, Bakı şəhəri, Yasamal rayonu, Dağüstü 2 qəbirstanlığında xx.xx.2022-ci il tarixində dəfn olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 1937-ci il tarixində Göyçay şəhərində anadan olmuş X9 Ərizəçi anasıdır. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 92A, mənzil 39 qeydiyyatda olmaqla, yaşayır. X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 7 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X5 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1937-ci il tarixində Göyçay rayonunda anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1937-ci il tarixində Göyçay şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzovas
Məhkəmə qərarları › İş №2(005)-2107/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2107/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver