Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-211/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 69822,54 manat əsas, 40322,52 manat faiz, 1034,71 manat cərimə borcu olmaqla, cəmi 111179,77 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 nömrəli evin 113 saylı mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 485/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 85000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzil ipoteka qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh arasında xx.xx.2018-ci-ci il tarixli, 485/EG saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notarial qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, eləcə də bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə cəmi borcu 111179,77 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan: İddiaçı ASC və borcalan Cavabdeh arasında bağlanmış 485/E nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcalana 48 ay müddətinə, illik 22 faiz olmaqla 85000 manat məbləğində kredit ayırır; 485/EG nömrəli xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 485/E nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət resyestrində qeydiyyata alınmış 10-cu mərtəbədə 8 nömrəli binada yerləşən 102.7 kv.m. olan 3 otaqlı 113 nömrəli mənzil ipoteka qoyulur; 485/E nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 2679,25 manat ödəniş edilməlidir; xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASCdən 85000 manat məbləğində kredit almışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 nömrəli mənzil İddiaçı ASC Azadlıq filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir; LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh arasında bağlanan 485/E nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 69822,54 manat əsas borc, 40322 manat faiz, 1034,71 manat cərimə borcu olmaqla, cəmi 111179,77 manat məbləğində borc mövcuddur; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcunun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə, banka borcun və onun üçün çəkilən xərclərin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdi;. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir; Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron xidmətlər portalından çıxarışdan görünür ki, təsdiqetmə bildirişinin verilmə tarixi xx.xx.2021, müraciətin qəbul olunması tarixi xx.xx.2021-ci ildir; “X3 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki ünvan 2 ünvanında yerləşən mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 164300 manat, likvid dəyəri 156000 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1529 nömrəli ekspert rəyindən görünür ki, 485/E nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021ci il tarixə İddiaçı ASC-yə olan borcu 110948,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 69925,54 manat, faiz borcu 41022,98 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin əmələ gəlmə əsaslarından biri iştirakçılar arasında bağlanmış müqavilədir. İddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Borc (kredit) müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən cavabdehə 48 ay müddətinə, illik 22 faiz olmaqla 85000 manat məbləğində borc verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, həmçinin kassa məxaric orderi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1529 nömrəli ekspert rəyində Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcunun 69925,54 manat, faiz borcunun 41022,98 manat olduğu müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, əsas borca görə 69822,54 manat, faiz borcuna görə 40322,52 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2 və 467-ci maddələrinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddələrin məzmunundan göründüyü kimi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə faizlər hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış etməməlidir. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu olmaqla, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks hal öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cərimənin məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. İddianın, cavabdehə məxsus mənzilə tutma yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın tələbinin satılmış əmlak hesabına ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunduğu kimi, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən mənzil cavabdehin kredit öhdəliklərinin təminatı olaraq sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.3-cü maddələrinə görə, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanarkən “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinin təsviri, ilkin satış qiyməti, satış üsulu, əsas öhdəliyin mahiyyəti, ölçüsü və s. məlumatlar nəzərdə tutulmuşdur. İddiaçının izahatı və iş materialları əsasında müəyyən olunmuşdur ki, əvvəlki və sonrakı ipoteka saxlayan qismində məhz iddiaçı bank çıxış edir. Sonrakı ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Bildiriş borcluya xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 34.1-cü maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, eləcə də ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi aiddir. İş materiallarında olan tərəflər arasında bağlanmış 485/EG nömrəli xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 9.3-cü bəndinə görə, borclu müqavilə ilə müəyyənləşdirilmiş müddətlərdə öhdəliklərini yerinə yetirmədikdə, sonrakı ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. Həmçinin iş materiallarında olan ekspertiza rəyinə əlavə edilmiş 13 mart 2018-ci il tarixli, 485/E nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, sonuncu dəfə xx.xx.2018-ci il tarixində 13064,96 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, əsas öhdəliyin icrası 90 təqvim günündən artıq müddətə gecikdirildiyindən, eləcə də ipoteka müqaviləsinin şərtləri nəzərə alınmaqla ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Müqavilənin 6.1.1-ci bəndinə uyğun olaraq əmlakın açıq hərrac vasitəsilə satılması razılaşdırılmışdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin qiymətinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən müvafiq qiymətləndirmə tədqiqatı təyin edilmiş və həmin qiymətləndirici rəyində mənzilin likvid dəyəri 156000 manat göstərilmişdir. Məhkəmə qiymətləndirici rəyi və onun cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilin ilkin satış qiyməti 156000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və borcun tutulması əldə olunan məbləğə yönəldilməlidir. İddianın ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun bağlanması üçün kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunmuş vəsaitin qətnamənin tam icrasına kifayət etmədiyi halda qalan borcun cavabdehdən tutulması ümumi qaydada icra mərhələsində “İcra haqqında” Qanuna müvafiq olaraq icra edildiyindən və tutulacaq məbləğ qətnamədə konkret göstərildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, ipoteka predmetinin yeni mülkiyyətçisinin kim olacağı məlum olmadan mənzilin iddiaçıya təhvil verilməsi digər şəxslərin konstitusiya hüquqlarının pozulması ilə nəticələnə bilər. “İpoteka haqqında” Qanuna və Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət hüququnun itirilməsi üçün ipoteka predmetinin satılması zəruridir. Mülki Məcəllənin 205.2ci maddəsinə uyğun olaraq tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Həmçinin “İpoteka haqqında” Qanunun 6.1.3-cü maddəsinə əsasən yalnız ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 69822,54 manat, faiz borcuna görə 40322,52 manat, cərimə borcuna görə 500 manat olmaqla, cəmi 110645,06 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASCnin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 156000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan artıq məbləğ qaldığı halda ipoteka qoyana qaytarılmalıdır İddia ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən, əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq LPO İddiaçı ASC-yə təhvil verilməsi hissələrində təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçının (müxbir hesab AZ89NABZ********************, kod 502605, VÖEN **********, SWİFT AMRAAZ22) hesabına köçürülməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat məbləğində pul Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına ("xxxx" ASC, KOD 505141, VÖEN **********, müxbir hesab AZ82NABZ******************** S.W.İ.F.T BİK: PAHAAZ22, “X3 Mərkəzi” MMC VÖEN **********, hesablaşma hesabı AZ75PAHA40060AZNHC**********), ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 69822,54 manat, faiz borcuna görə 40322,52 manat, cərimə borcuna görə 500 manat olmaqla, cəmi 110645,06 (yüz on min altı yüz qırx beş manat, altı qəpik) manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, 113 saylı mənzilə yönəldilsin. Mənzil ilkin satış qiyməti 156000 (yüz əlli altı min) manat müəyyən edilməklə açıq hərracda satılsın və borc tələbi satışdan əldə olunan məbləğin ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən, əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissələrində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində pul Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin hesabına (müxbir hesab AZ89NABZ********************, kod 502605, VÖEN **********, SWİFT AMRAAZ22) köçürülsün. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına ("xxxx" ASC, KOD 505141, VÖEN **********, müxbir hesab AZ82NABZ******************** S.W.İ.F.T BİK: PAHAAZ22, “X3 Mərkəzi” MMC VÖEN **********, hesablaşma hesabı AZ75PAHA40060AZNHC**********”), ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-211/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-211/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver