Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2116/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İsrafilov Sergey İsakoviç və CavabdehMMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İsrafilov Sergey İsakoviçin Cavabdeh” MMC-ə qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsrafilov Sergey İsakoviç Cavabdeh” MMC-ə qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "Cavabdeh" MMC-də VÖEN : ********** qanunsuz saxlanılan ona məxsus "VAZ" 21214 markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "VAZ" 21214 markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə üzrə ona məxsusdur. Həmin avtomobil ünvan 2 ünvanında VÖEN : ********** "Cavabdeh" MMC- nin ərazisində qanunsuz saxlanılaraq iddiaçıya qaytarılmır. Dəfələrlə müraciət ətməyinə baxmayaraq əvvəllər üç dəfə dələduzluq cinayətinə görə məhkumluğu olan və özünü Cavabdeh" MMCnin baş direktoru kimi təqdim edən X8 adlı bir şəxs bildirir ki, etibarnamə əsasında ona məxsus olan avtomobil "Cavabdeh" MMC-ə məxsusdur. Ona məxsus olan "VAZ" 21214 markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması üçün Narimanov Rayon Pİ- nin 17-ci PB-nə ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı İsrafilov Sergey İsakoviç məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. CavabdehMMC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İddiaçı X3 ünvanlanan məktubundan görünür ki, iddiaçı X3 şikayəti ilə bağlı mülkü qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmündən görünür ki, X8 Azərbaycan Respublikası Cm-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinəylət Məhkəməsinin 1(101)-864/2014 saylı hökmündən görünür ki, X9 AR CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 2014cü ilin 26 mart tarixindən 04 aprel tarixinədək həbsdə saxlanıldığı və həmin ilin 04 aprel tarixindən 26 aprel tarixinədək ev dustaqlığında olduğu 1 ay təyin eedilmiş cəzadan çıxılmaqla üzərinə qəti olaraq 2 il 11 ay müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)101-16 saylı qərarından görünür ki,X2 AR CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 sentybar 201-ci il tarixli ilkin baxış qərarı ləğv edilmiş,cinayət işinin həmin məhkəmədə yenidən apelyasiya baxışına təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Atəşgah Sığorta şirkəti tərəfindən verilmiş sığorta şəhadətnaməsindən görünür ki, "VAZ" 21214 markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 23.02.2021-ci il tarıxlı etibarnamədən görünür ki, X7 VAZ21214 minik markalı 10-LN 660 dövlət qeydiyyat nişanlı avtomobilİ İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ etibar edilmişdir. İş materiallarında olan ƏN-İİ-№167014 saylı 29.12.2007-ci il tarixlı etibarnamədən görünür ki, X7 iddiaçı X3 VAZ-21214 minik markalı 10-LN660 dövlət qeydiyyat nişanlı olan avtomobili sürücülük hüququ olduqda idarə etməyi və digər hərəkətləri etibar edir. İş materiallarında olan AR ll № 281532 saylı19.04.2021-ci il tarixlı etibarnamədən görünür ki, X1 Vüqar Salah oğluna ona məzsus bütün daşınar əmlakların üzərində sərəncam verməyi etibar edir. İş materilallarına əlavə edilmiş AA№ 533660 saylı Nəgliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "VAZ" 21214 markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə X5 məxsusdur. Mülki işin araşdırılmış halları ilə müəyyn edilmişdir ki, iddiaçı ona mülkiyyət hüququ ilə məxsus olmayan, lakin əmlakı idarə edilməsi və sərəncam verilməsinə dair mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən avtomobilin cavabdehin qanunsuz sahibliindən qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət huququ- subyektin ona mənsub əmlakə (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.8-ci maddəsindən göründüyü kimi, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2- ci maddəsindən göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsindən göründüyü kimi, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə qeyd edir ki, mübahisəli əmlakın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmaması, mülkiyyətçi tərəfindən əmlakın iddiaçıya idarə edilməsi və sərəncam verilməsi ilə bağlı etibarnamə verilməsi nəzərə alınaraq, iddiaçının həmin əmlakın digər şəxslərin qanunsuz sahibliyindən tələb etməsi hüququnun olub – olmaması ilk növbədə müzakirə edilməlidir. Qeyd edilməlidir ki, qanunverici həm mülkiyyətçinin, həm mülkiyyətçi olmayan şəxslərin əmlakın digər şəxslərin qanunsuz sahibliyindən tələb etməsi hüququnu nəzərdə tutduğundan, həmin əmlaka cavabdehin iddiaçıya nisbətdə sahiblik hüququnun nə dərəcədə qanuni olması araşdırılmış və müəyyən edilmişdir ki, ona 19 aprel 2021-ci il tarixdə mülkiyyətçi tərəfindən etibarnamə verilmişdir (cavabdehin nümayəndəsi vüqar Piriyevə). Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia əsaslı sayıla bilməz və rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsrafilov Sergey İsakoviçin Cavabdeh”MMC-ə qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2116/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2116/2021
30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver