Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2125/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(005)-2881/2019 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X7, X1, Cavabdeh2 və X4 müştərək qaydada cəmi 116113 ABŞ dolları 36 sent məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)- 2665/2020 saylı qətnaməsinə əsasən cavabdehlərin apelyasiya şikayəti rədd edilmişdir. Ali Məhkəmənin 11.09.2020-ci il tarixli 2(102)-4167/2020 saylı qərarına əsasən cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(103)-2665/2020 saylı qətnaməsi qüvvəsində saxlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(005)- 2881/2019 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.07.2011-ci il tarixli 22L000000252 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 400000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.03.2013-cü il tarixli 22R000002073 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.03.2014-cü il tarixli 22R000008070 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 AccessBank QSC ilə bağladığı 06.07.2011-ci il tarixli 22M000000157 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 3 №-li reyestr kitabının 10 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 qızma İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 26.01.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 02.02.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 AccessBank QSC ilə bağladığı 14.03.2012-ci il tarixli 22M000000206 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1149 №-li reyestr kitabının 104221 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 26.01.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 02.02.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 06.07.2011-ci il tarixli 22M000000156 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 60 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 26.01.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 02.02.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 15.03.2012-ci il tarixli 22M000000205 saylı ipoteka müqaviləsi əsasında ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 69 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasının Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 26.01.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 02.02.2021 -ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" QSC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2019cu il tarixli 2(005)-2881/2019 saylı qətnaməsi ilə nəzərdə tutulmuş pul məbləği, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə, həmçinin Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, eyni zamanda ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasına tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X6 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən iclasda iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan 05.07.2011-ci il tarixli 22L000000252 kredit xətti müqaviləsi Cavabdeh1 120 ay müddətinə 400000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 05.07.2011-ci il tarixli 22R000002052 nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 14.03.2013-cü il tarixli 22R000002073 nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 19.03.2014-cü il tarixli 22R000008070 nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan Cavabdeh2 AccessBank QSC ilə bağladığı 06.07.2011-ci il tarixli 22M000000156 saylı ipoteka müqaviləsindən görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öz öhdəliklərinin icrasını təmin etmək məqsədilə ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* Hüquqların nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı QSC Salyan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* Hüquqların nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasının Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* Hüquqların nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı QSC Salyan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir, yüklülüyün müddəti 06.07.2011-05.07.2021-ci illər təşkil edir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, İddiaçı QSC ilə bağlanmış ipoteka müqaviləsi əsasında Hacıqabul şəhəri, H Həmidov küçəsində yerləşən 20 saylı Qeyri yaşayış binası ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 08.07.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İcrası yuxanda qeyd olunan ipoteka ilə təmin olunmuş 05.07.2011-ci il tarixli 11L000000252 saylı Kredit Xətti Müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc 63330.6000 ABŞ dolları təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh1 bununla ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılmasına dair xəbərdar edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Portal Xidmətindən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi”ndən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka predmeti olan Hacıqabul şəhəri, H Həmidov küçəsində yerləşən 20 saylı Qeyri yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan X5 tərəfindən verilmiş ərizənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X5 əri Cavabdeh1 məxsus ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasının İddiaçı QSC-nə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarında olan 22M000000205 nömrəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binası Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 69 №-li vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, İddiaçı QSC ilə bağlanmış ipoteka müqaviləsi əsasında Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 1M №-li qeyri yaşayış binası/Mağaza/ mülkiyyətində olan 0.01275 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 17.03.2012ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İcrası yuxarıda qeyd olunan ipoteka ilə təmin olunmuş 05.07.2011-ci il tarixli 12L000000252 saylı Kredit Xətti Müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc 63330.6000 ABŞ dolları təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytanlmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh1 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlandığına dair xəbərdar edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Portal Xidmətindən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi”ndən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka predmeti olan Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 1M №-li qeyri yaşayış binası/Mağaza/ mülkiyyətində olan 0.01275 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 AccessBank QSC ilə bağladığı 06.07.2011-ci il tarixli 22M000000157 saylı ipoteka müqaviləsindən görünür ki, Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Hüquqların nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 3 №-li reyestr kitabının 10 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, İddiaçı QSC ilə bağladığınız ipoteka müqaviləsi əsasında Hacıqabul şəhəri, X.Məmmədov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 08.07.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İcrası yuxanda qeyd olunan ipoteka ilə təmin olunmuş 05.07.2011-ci il tarixli 22L000000252 saylı Kredit Xətti Müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc 63330.6000 ABŞ dolları təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasmadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh1 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Portal Xidmətindən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi”ndən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka predmeti olan Hacıqabul şəhəri, X.Məmmədov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 AccessBank QSC ilə bağladığı 14.03.2012-ci il tarixli 22M000000206 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Hüquqların nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1149 №-li reyestr kitabının 104221 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, İddiaçı QSC ilə bağladığınız ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 83/ Mənzil 25 ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 16.03.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İcrası yuxanda qeyd olunan ipoteka ilə təmin olunmuş 05.07.2011-ci il tarixli 22L000000252 saylı Kredit Xətti Müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc 63330.6000 ABŞ dollan təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasmadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh1 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Portal Xidmətindən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi”ndən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilində yaşayan Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilin üzərinə İddiaçı QSC-nə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İş materiallarında olan ərizədən görünür ki, Məmmədova X2 şəhəri H.Həmidov küçəsi 20 ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə İddiaçı QSC-nə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh2 AccessBank QSC ilə bağladığı 14.03.2012-ci il tarixli 22M000000206 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan “X9 Mərkəzi” tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasının bazar dəyəri 38000 manat, likvid dəyəri 35000 manat; ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi 35000 manat, likvid 30000 manat; ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsi bazar dəyəri 53000 manat, likvid 46000 manat; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bazar dəyəri 45000 manat likvid dəyəri 39000 manat təşkil edir. İş materiallarında olan X9 Mərkəzi” tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli YQD 022 nömrəli arayışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2125/2021 nömrəli, 31,03.2021-ci il tarixli qərardadı əsasında Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 25 saylı mənzilin (MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 16.04.2011 qeydiyyat tarixli çıxarışa əsasən) hazırki bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə sözügedən əmlaka baxış keçirilməsinin zəruriliyi mülkiyyətçiyə izah olunsa da, əmlakın mülkiyyətçisi tərəfindən əmlaka baxış keçirilməsinə icazə verməmişdir.“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə qiymətləndirici, qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçə bilər. Bundan başqa, qiymətləndirici, qiymətləndirmə keçirildiyi hallarda zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq hüququ vardır. Lakin qiymətləndirmə keçirilən zaman əmlakın mülkiyyətçisi əmlaklara baxış keçirilməsinə icazə vermədiyindən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunması mümkün olmamışdır. Buna görə də, əmlakın qiymətləndirilməsi zamanı əmlakın orta təmirli olması ehtimal olunaraq bazar və likvid dəyəri hesablanmışdır.Milli Qiymətləndirmə Standartlarına görə qiymətləndirici, ona məlum olmayan və ya müəyyən edilməsi mümkün ola bilən fakt haqqında ehtimal irəli sürmək məcburiyyətində qala bilər.Həmin standartlara görə qiymətləndiriciyə bir və ya daha çox əhəmiyyətli amilləri tam tədqiq etməyə icazə verilmədikdə, bu qiymətləndirməyə təsir göstərə bilər.Beləliklə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilin bazar dəyəri 69000 manat, likvid dəyəri 61000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə,ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindənvə yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətindəməcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi nəticəsinə gəlir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(005)-2881/2019 saylı qətnaməsi ilə nəzərdə tutulmuş pul məbləği, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumu, ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə, həmçinin Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasına yönəldilməlidir, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə olan borc ödənilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra qeyri yaşayış sahələri və torpaq boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. 80 manat xidmət haqqının cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia rədd edilir, çünki həmin xərci təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(005)- 2881/2019 saylı qətnaməsi ilə nəzərdə tutulmuş pul məbləği, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumu ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə), ilkin satış qiyməti 39000 manat müəyyən edilməklə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə ilkin satış qiyməti 61000 manat müəyyən edilməklə, həmçinin Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə, ilkin satış qiyməti 46000 manat müəyyən edilməklə, və ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasına ilkin satış qiyməti 35000 manat müəyyən edilməklə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə olan borc ödənilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 83 saylı evin 25 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılsın, əmlakın boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli 126.1 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və ünvan 3 ünvanında 0.01275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 122.8 m2 olan qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2125/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2125/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver