Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2139/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MSB/2-02038/2023 nömrəli barışıq sazişinin təsdiq edilməsi, məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumuna görə pulun maraqlı şəxsdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/2-02038/2023 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci ıl tarixli 2(005)-2772/2011 saylı qətnaməsi ilə 01 iyul 2011-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 100 manat sabit pul məbləğində aliment və əlavə xərclərə gorə 50 manat sabit pul məbləğində alıment tutulması qət edilmişdir. Alimentin ödənilməsi ilə bağlı cavabdehdən uşağın saxlanılması üçün tutulan aliment məbləği az olduğundan mən alimentin artırılması üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Maraqlı şəxslə aralarında bağlanmış 05,01.2023-cü il tarixli. MSB/2-02038/2023 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 220 manat alimenti mənə ödəməyi öhdəsinə götürmüşüdür. Aralarında xx.xx.2023-cü il tarixli, MSB/2-02038/2023 nömrəli barışıq sazişi bağlanmasına baxmayaraq maraqlı şəxs onun şərtlərinə əməl etməmişdir. Məhkəmə iclasında iştrirak edən Ərizəçi ərizəni müdafiə edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Maraqlı şəxs ilə X2 arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MSB-02038/2023 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri Tərəflər qarşılıqlıqlı razılığa gəıb aşağıdakı məsələlər üzrə “barışıq sazişi” bağlamışlar. 2-ci tərəf -Maraqlı şəxs uşağının (xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək) saxlanılması üçün hər ay 220 manat (iki yuz yirmi) manat 1-ci tərəfin- Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 535/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X2 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış və 1834 nömrə ilə Bakı Nikah evində qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi ilə maraqlı şəxs birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün hər ay 220 manat məbləğində pulun maraqlı şəxs tərəfindən ərizəçiyə ödənilməsinə mediasiya prosesində razılaşmışlar. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Hazırda ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış saziş mediasiya prosesində bağlandığından məhkəmə həmin sazişin qanunla müəyyən edilmiş qaydada təsdiq edilməsini əsaslı hesab edir. Eyni zamanda maraqlı şəxs məhkəmə iclasında barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə etiraz etmədiyini məhkəmə onun azad iradə ifadəsi kimi qəbul edərək, hazırki münasibətləri tənzimləyən maddi hüquq normasının tərəflərdən birinin barışıq sazişi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda sazişin məhkəmədən təsdiq edilməsinə dair şərtini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli. MSB/2- 02038/2023 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/2-02038/2023 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri Tərəflər qarşılıqlıqlı razılığa gəlib, aşağıdakı məsələlər üzrə “barışıq sazişi” bağlamışlar. - 2-ci tərəf -Maraqlı şəxs uşağının saxlanılması üçün hər ay 220 manat (iki yuz yirmi) manat 1-ci tərəf- Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2139/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2139/2023
10.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver