Məhkəmə qərarları › İş №2(005)-2151/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2151/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2151/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 17.06.1970-ci il təvəllüdlü X8 25.12.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinin qardaşı X15 17.06.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun yaşadığı ünvan 1 ünvanda 25.12.2020-ci il tarixdə səhhəti pisləşmiş və həmin gün o, vəfat etmişdir. Dərhal təcili tibbi yardım çağırımışlar. Həkim tərəfindən V.Xıdırova baxıldıqdan sonra, onun vəfat etməsi bildirilmişdir. Təcili tibbi yardımın sahə həkimi bu barədə xəbərdarlıq vərəqəsi vermişdir. Qardaşı, Masazır qəsəbəsində yerləşən qəbirstanlıqda basdırılıb. Həmçinin onun vəfat etməsi ilə əlaqədar yaxın tanışları və qohumları xəbərdar olmuşdurlar. Həmin şəxslər məhkəmə iclasına şahid kimi gətiriləcəkdir. Ərizəçinin qardaşının vəfatından sonra, onun ölüm kağızının əldə edilməsi ilə əlaqədar arvadı, X6 osetin əsilli olduğundan, kömək məqsədi ilə müvafiq qurumlara özü müraciət etmişdir. Bunun üçün (yəni, dəfndən sonra) ölüm haqqında şəhadətnamə alınması məqsədi ilə dövlət qeydiyyatı orqanına müraciət etmişdir. Oradan bildiridilər ki, siz öncə gedib poliklinikadan ölüm haqqında arayış almalı, sonra müraciət etməlisiniz. Bundan sonra, araşdırmışdır ki, bu barədə ərazi üzrə poliklinikaya müraciət etməlidir. Bunu müəyyən etdikdən sonra ünvan 2 ünvanında yerləşən 37 saylı və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 62 ünvanında yerləşən 16 saylı Şəhər Poliklinikalarına dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Həmin yerlərdən isə deyirlər ki, ölüm arayışını 3 gün ərzində gəlib götürməli idiniz, götürmədiyiniz üçün məhkəməyə müraciət etməlisiniz. Buna görə də ərizəçiyə ölüm arayışı vermirlər. BŞT və TTYS-in 8 saylı bölməsi tərəfindən ərizəçiyə qardaşı X8 ölüm faktı ilə əlaqədar 25.12.2020-ci il tarixdə xəbərdarlıq vərəqəsi verilmişdir. Həmçinin ölümün qeydə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə etdiyi müraciətə 16.01.2021-ci il tarixli 13 №-li məktubla bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsinin onun ərizəsinin təmin edilməsinin mümkün olmaması və eyni zamanda məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Abşeron rayonu Masazır Bələdiyyəsinin 01/A saylı 21.01.2021-ci il tarixli arayışdan görünür ki, qardaşı X4 qəbristanlığında dəfn olunmuşdur. Beləliklə, tibbi arayışı əldə edə bilmədiyindən qardaşının ölüm faktını təsdiq edən şəhadətnaməni ala bilmədi və məsələ qardaşının ölümündən bəri öz həllini tapmamış qaldı. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X13 ifadəsində bildirmişdir ki, Vüqar onun əridir. O ürək tutmasından vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 22.01.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov rayon mənzil komunal təsərüffat birliyinin 19.01.2021-ci il tarixli 008772 nömrəli arayışdan görünür ki, Xıdırova X2 13 nömrəli evin 4 nömrəli mənzilində pasport qeydiyyatındadır. A3 № ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Tovuz şəhərində doğulmuşdur. X7 anası X9r. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə doğulmuşdur. AA2329739 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 17.06.1970-ci ildə doğulmuşdur. Bakı şəhəri Təcili və X11 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 25.12.2020-ci il tarixdə xəstənin yanına gəlmə vaxtı 20:18-dir. Ölümün ilkin səbəbi kəskin mikroinfarkt qeyd edilmişdir. Bakı şəhəri, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16.01.2021-ci il tarixli 13 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Abşeron rayon Masazır Bələdiyyəsinin 21 yanvar 2021-ci il tarixli 01/A saylı arayışdan görünür ki, X1 qəbirstanlığında dəfn olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Larisa Viktorovna ilə 28.07.2012-ci ildə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1659 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 17.06.1970-ci il tarixdə doğulmuşdur. X7 anası isə X9r. Bu barədə 21.12.1970-ci il tarixdə 194 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X15 17.06.1970-ci il tarixdə Tovuz rayonunda anadan olmuş 25.12.2020-ci il tarixdə vəfat edib. 25.12.2020-ci il tarixdə Masazır kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X8 25.12.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.06.1970-ci il təvəllüdlü X8 25.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar