Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2157/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda 11 fevral 2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilin bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin mənzil barəsində Cavabdeh2 verilmiş 14 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mübahisəli mənzilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilini valideynləri X8 və X9 şəxsi vəsaitləri hesabına əldə etmişlər, həmin mənzil Kooperativ tərəfindən inşa edilmiş, mənzilin dəyərini həmin Cəmiyyətə onlar ödəmişlər, yaşlı olduqları üçün mənzili onun adına rəsmiləşdirilməsinə razılıq vermişlər və mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində onun yəni, İddiaçı adına qeydə alınmışdır. Hazırda o, ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq xaricdə yaşayır. İddiaçı qayınanası Cavabdeh1 70.000 manat məbləğində borc pul almış və mübahisəli mənzil barəsində ona etibarnamə vermişdir. Cavabdeh1 həmin etibarnamə ilə mübahisəli mənzili Bakı şəhəri 14 saylı Notariat Kontorunda 11 fevral 2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə qızı Cavabdeh2 bağışlanmışdır. Mənzil 14 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hazırda həmin mənzil Cavabdeh2 mülkiyyətindədir. O, mübahisəli mənzilin qayınanası Cavabdeh1 tərəfindən ona verdiyi etibarnamə əsasında qızı Cavabdeh2 Bakı şəhəri 14 saylı Notariat Kontorunda 11 fevral 2017-ci il tarixdə təsdiqlənmiş daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə bağışlanmasını və həmin mənzilin sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını Nəsimi Rayon Məhkəməsində bilmişdir. Bu barədə ona bacısı zəng edərək məlumat vermişdir. Həmin bağışlama müqaviləsi onun iradə ifadəsini əks etdirmir, İddiaçı təmsilçisi olan qayınanası Cavabdeh1 belə bir səlahiyyət вerilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda 11 fevral 2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilin bağışlanma müqaviləsi bağlandığı andan etibarsız sayılmalı, həmin mənzil barəsində Cavabdeh2 verilmiş 14 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, mübahisəli mənzil onun mülkiyyətinə qaytarılmalıdır. Belə ki, mübahisli mənzil onun Cavabdeh1 verdiyi etibarnamə əsasında qızı Cavabdeh2 bağışlanmışdır. Onu təmsil edən Cavabdeh1 mülkiyyətində olan mübahisəli mənzili qızı Cavabdeh2 mülkiyyətinə əvəzsiz verməklə şəxsən özü üçün müqavilə bağlamışdır, onu və ailə üzvlərini əmlakından məhrum etmişdir, həmin müqavilə Cavabdeh1 ona pis niyyətinin nəticəsi olaraq bağlanmışdır, onun şəxsi əmlakı ilə qızını zənginləşdirmişdir, o, heç vaxt şəxsi əmlakını Cavabdeh2 bağışlamazdı, Cavabdeh2 mübahisli mənzilə hüquqlarının qeydiyyatı əsassızdır, o, həmin müqaviləni bəyənmir və müqavilənin etibarsız sayılmasını, mübahisəli mənzilə dair Dilbər Иbrahimovanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini və həmin mənzilin özünün mülkiyyətinə qaytarılmasını istəyir.Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 və Vəkil2 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlu iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda 28.07.2021-ci il tarixli məhkəmə iclasında verdiyi etirazında bildirmişdir ki, İddiaçı Sadəddin oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 11 fevral 2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş Bakı şəhəri, Nəsimi rayonu,2-ci mkr, Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilinin bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin mənzil barəsində Cavabdeh2 verilmiş 14 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın reyestrdən çıxarışın ləğv edilməsi və mübahisəli mənzilin iddiaçının mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, guya həmin mənzilin onun adına rəsmiləşdirilməsini və mülkiyyətinə keçməsini Nəsimi rayon Məhkəməsində bacısı vasitəsi ilə öyrənmişdir. Qeyd etmişdir ki, o Cavabdeh1 belə bir səlahiyyət verməmişdir və həmin hərəkət onun iradə ifadəsini əks etdirmir. Qeyd edir ki, Elxan Sadəddin oğlunun iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, sözügedən mənzil anası- Cavabdeh1 verilmiş etibarnamə əsasında 14 saylı notariat kontorunda 11 fevral 2017-ci ıl tarixdə bağışlanma müqaviləsi əsasında ona bağışlanılmışdır. Həmin bağışlanma müqaviləsi Elxan Sadəddin oğlunun nümayəndəsinin iştirakı ilə bağlanmış və həmin mənzildə qeydiyyatda olan şəxslər - X4, X3, İddiaçı Səddəddin oğlu, X10, X8 mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı razılıq ərizələri vermiş, həmçinin X5, X6 faktiki istifadə hüquqlarının olması nəzərə alınaraq onların mülkiyyətinə sərəncam verilməsi barədə rəyləri nəzərə alınmışdır. Lakin adıçəkilən şəxslər üzərinə götürdükləri öhdəlikləri icra etməmiş, həmin mənzildə qeydiyyatda qalmış və X10, X8 isə mənzildən faktiki olaraq indidə istifadə etməyə davam etməkdədirlər. Lakin qeyd edilməlidir ki, İddiaçı Sadəddin oğlunun iddia ərizəsində göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmir və həmin məlumatlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı Sadəddin oğlu və həmin mənzildə qeydiyyatda olan digər şəxslər ərizə verərək həmin mənzildən qeydiyyatdan çıxmağı öz üzərlərinə götürmüş və mənzilin онун mülkiyyətiня keçməsi barədə tamamilə məlumatlı olmuşlardır. Lakin İddiaçı Sadəddin oğlu məhkəməyə yalan məlumat verərək, sözügedən məzilin onun mülkiyyətinə keçməsini Nəsimi rayon Məhkəməsinin icraatında olan digər məhkəmə iclasında bacısı vasitəsi ilə öyrəndiyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı Sadəddin oğlu və digərləri məznilin Cavabdeh2 mülkiyyətinə keçməsi barədə əvvəlcədən məlumatlı olmuşlar və buna etiraz etməmişdirlər. Onların bağışlanma müqaviləsindən xəbərdar olmasını 14 saylı Notariat Kontorunda olan notariat işini əldə etməklə və onlar tərəfindən verilmiş razılıq ərizələri ilə müəyyənləşdirmək mümkündür. Qeyd edir ki, borc münasibətlərinin başlanğıcından və evin gələcəkdə borcun verilməməsi halında Cavabdeh2 mülkiyyətinə keçməsinə və satılmasına o cümlədən bağışlanmasına etiraz etmədiklərini bildirmişlər, əldə edilmiş notariat işi materiallarından da görünür ki, etibarnamə 05.03.2015-ci il tarixdə verilməsinə baxmayaraq borcu qaytara bilməyən iddiaçı daha sonra öz iradəsi ilə 2017-ci ildə tərəflərin arasında bağışlmama müqaviləsinin bağlanmasına razılığını bildirdikdən sonra bağışlama müaviləsi bağlamışdır, qeyd edир ki, istər iddiaçı, istərsə də 2017-ci ildən mənzilin bağışlanılması ilə bağlı münasibətlərin olmasыndan məlumatlı olmuşdurlar. Əgər cavabdeh və cavabdehin anasının mənzili ələ keçirmək kimi bir niyyətləri olsaydı verilmiş etibarnamədən suiistifadə etmək niyyətləri olsaydı elə bu bağışlama müqaviləsi 2015-ci ildə və ya 2016-cı ildə baş tutardı. Bundan başqa hazırda iddiaçının nümayəndəsi işin digər faktiki halları ilə bağlı məsələ ilə əlaqədar da məhkəməni yanlış məlumatlandırmaqdadır. Belə ki, aralarında olan razılaşmaya uyğun olaraq onun mülkiyyətinə keçdikdən sonra verilmiş borc məbləği puldan çıxıldıqdan sonra iddiaçının anası və atasının yaşaması üçün mənzil alındıqdan sonra qalan pul iddiaçının özünə verilməsi razılaşdırılmışdır. Hazırda cavabdehin nümayəndəsinin irəli sürdüyü hallar həqiqəti əks etdirmir. Qeyd edир ki, iddiaçı 2015-ci ildən etibarnamə verməsi cavabdehin nümayəndəsi də daxil olmaqla digər ailə üzvlərinin notariat qaydada təxminən eyni vaxtlarda razılıq ərizələrini verməsi eyni zamanda aralarında olan borc münasibətlərinin olmasının qabaqcadan bilmələri bir müddət gözlədikdən sonra iddiaçının maddi vəziyyətinin düzəlməməsi yaşadığı yerdə əlavə borclara düşməsi səbəbindяn 2017-ci ildə razılıq verməsi bundan özü də daxil olmaqla bütün ailə üzvlərinin məlumatlı olması artıq evin satılması ilə bağlı əməli addımlar atılan zaman bu prosesi ləngitmək və ya bu vəya digər formada qarşısını almaqla süni şəkildə uzatmağa xidmət edən iddiadır və tamamilə əsassız iddiadır. Bildirir ki, şəxsin indiki iddianı qaldırmasına səbəb Nəsimi məhkəməsində qaldırılmış iddia üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra heç bir addım atmaq imkanının olmamasıdır. Artıq borc münasibətləri aralarında olan qohumluq münasibətlərindən sui-istifadə bütünü hədləri aşmışdır. 2017-ci ildən bu vaxta qədər müddətlər istəyərək ancaq evin satılması yolu ilə borcunun qaytarılmasını “ləngitməyi” bacaran iddiaçı artıq məhkəmə iddiası olduqdan sonra hüquqlarının pozulmasındn Nəsimi Məhkəməsində məlumatlı olmuşdur əsasını qoymaqla iddia qaldırmışdır. Odur ki, İddiaçı Sadəddin oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 nömrəli evin 30 nömrəli mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 14 fevral 2017-ci il tarixdə qeydiyyat aparılmışdır; İddiaçı əvəzinə Cavabdeh1-hədiyyə verən ilə Cavabdeh2-hədiyyə alan arasında bağlanmış 11 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən və məzmunundan görnür ki, hədiyyə verən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilini hədiyyə alanın mülkiyyətinə verir. Müqavilə Bakı şəhəri 14 saylı Notariat kontorunda təsdiq edilmişdir; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 192461 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə -142 koop saylı reyestr kitabının 21626 nömrəli səhifəsində 30/0274 qeydəalma nömrəsi ilə 05.05.2014-cü il tarixdə qeydiyyat aparılmışdır; Bakı şəhəri 14 saylı Notariat kontorunun Cavabdeh1 ünvanlanmış 26.05.2021ci il tarixli, 1541 №-li məktubundan görünür ki, İddiaçı Sadəddin oğluna məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 48 saylı evin, 30 nömrəli mənzilinin hansı əsasla Cavabdeh2 adına bağışlanması barədə məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə daxil olmuş müraciətinizə baxılmışdır. Məlumunuz olduğu kimi 11.02.2017-ci il tarixdə, 4Ə/105 reyestr nömrəsi ilə qeydə alınaraq İddiaçı Sadəddin oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 48 saylı evin, 30 nömrəli mənzili mülkiyyətiçinin arvadının bacısı olan Cavabdeh2 adma bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Müqavilə tərəfimizdən rəsmiləşdirilərkən mənzil üzərində hər hansı məhdudiyyət və yüklülüyün olub olmaması, eyni zamanda qeydiyyatda hər hansı şəxsin olub olmaması araşdırılmışdır. Qeydiyatda olan 18 yaşı tamam olmuş şəxslərin, eyni zamanda mülkiyyətçininn arvadının razılığı ilə tərəflər arasında bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. Bildiririk ki, bağışlama müqaviləsi, mülkiyyətçi İddiaçı Sadəddin oğlunun Bakı şəhəri, 14 saylı notariat ofisində 7E/2782 reyestr nömrəsi ilə qeydə alınaraq, 05.03.2015-ci il tarixdə, 10 il müddətinə sizin adınıza vermiş etibarnamə əsasında tərəfinizdən imzalanmışdır. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd edilən etibarnamə hal-hazırda da qüvvədədir. Bakı şəhəri 14 saylı Notariat kontorunun xüsusi notariusu Əlийev Elmar Qəzənfər oğlu tərəfindən təsdiq edilmiş 15.03.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 etibarnamə üzrə verilən səlahiyyətlər: Az.Res. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17.12.2014-cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənə məxsus olan ünvan 2 ünvanında yerləşən 48 saylı evin 30 nömrəli mənzilə dair sənədləri toplamağı, bütün idarə və təşkilatlarda nümayəndəm olmağı, notariat kontorunda, Banklarda, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidnətinin ərazi idarəsində və ya ASAN x/rn-də məni təmsil etməyi, lazimi sənədləri toplamağı, sənədləri təqdim etməyi, Forma 1 və Forma 2 arayışları almağı, mənzillə əlaqədar hər hansı bir mübahisə çıxarsa bütün məhkəmə orqanlarında məni təmsil etməyi, iddia ərizəsini imzalamağı, bütün idarələrə şikəyət etməyi, qətnaməni qəbul etməyi, və gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pul aımağı, buna dair müqavilə imzalamağı, icarə və kirayə verməyi, müqaviləni ləğv etməyi, notariusun depozit hesabından pulu qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adımdan ərizə verməyi, imza etməyi və digər hərəkətlər etibar edilmişdir. Notarial qaydada tərtib edilmiş X8, X10, X3 tərəfindən yazılmış ərizələrin surətindən görünür ki, onlar qeydiyyatda olduqları və İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilinin satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına, ipoteka yolu ilə satılmasına etiraz etmirlər. Notarial qaydada tərtib edilmiş X2 ərizəsindən görünür ki, o, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilinin Cavabdeh2 bağışlanmasına etiraz etmir. Gələcəkdə bu barədə heç bir iddia tələbi olmаyacaq. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən iş üzrə Cavabdeh1 etibarnamə ilə səlahiyyətlər verilmiş və həmin etibarnamə üzrə verilmiş səlahiyyətlər əsasında Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilini öz qızı olan digər Cavabdeh2 11.02.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə hədiyyə etmişdir. Əmlak daşınmaz əmlakın dövlət reyestrində 14 fevral 2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş və buna dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, çıxarışın ləğvini və mənzilə dair mülkiyyət hüquqlarının bərpa ediməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 05.03.2015-ci il tarixdə verilmiş etibarnamə ilə etibar edilənə verilən səlahiyyətlər arasında mənzili bağışlamaq, satmaq, icarə vermək və digər hüquqlar göstərilmişdir. Buradan məlum olur ki, Cavabdeh1 mübahisə predmeti olan mənzili Cavabdeh2 bağışlamaq hüququna malik olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı Bakı şəhəri 14 saylı Notariat kontorundan “daşınmaz əmlakın bağışlanmasına dair” notariat işi sorğu ilə tələb edilmiş və qeyd edilən notariat işində Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsindəki 48 saylı evin 30 saylı mənzilinin bağışlanmasına dair İddiaçı ailə üzlərinin etirazının olmamasına dair ərizələr müəyyən edilmişdir. Bununla da sübuta yetirilir ki, İddiaçı etibarsızlığını mübahisələndirdiyi müqavilə barədə məlumatlı olmuşdur. Göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat kontorunda 11 fevral 2017-ci il, daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Əqdin isə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. İddia ərizəsinin “çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi” tələbi “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı Notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2157/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2157/2021
25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver