Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2175/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı BOKT QSC Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixil Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 1364 saylı,xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçıxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx’’ ASC-nin Binəqədi filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında 30.04. 2013-cü il tarixli, 167 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 36 ay müddətinə 8900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “VAZ21214 MİNİK” markalı minik avtomobili (buraxlış ili 2013-cü il, Ban - XTA212140D2124184, rəngi - Ağ) xx.xx.2013-cü il tarixdə, 167 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, A A seriyalı, 082884 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 8900 (səkkiz min doqquz yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür.(2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60(altmış) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 (iyirmi) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2743 (iki min yeddi yüz qırx üç) manat, faiz borcu 506,30 (beş yüz altı manat,30 qəpik) manat, cəmi 3249,30 (üç min iki yüz qırx doqquz manat,30 qəpik) manat məbləği təşkil edir. Cavabdehə qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh əsas borc üzrə 2743 manat, faiz borcu 506,30 manat, cəmi 3249,30 (üç min iki yüz qırx doqquz manat,30 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “VAZ21214 MİNİK” markalı minik (buraxlış ili 2013-cü il, ban - XTA212140D2124184, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. xx.xx.2013-cü il tarixli, 167 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı BOKT QSC-nin “Binəqədi” filialı Cavabdeh 36 ay müddətinə illik 20 faiz olmaqla, 8900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 167 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tərəfindən kreditin təminatı kimi "VAZ-21214” markalı, qara rəngli, buraxılış ili 2013-cÜ il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil banka girov qoymuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli, 167 № kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 2743 manat, faiz borcu 506,30 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, "VAZ- 21214” markalı, qara rəngli, buraxılış ili 2013-cÜ il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş AA 082884 nömrəli çıxarışın surətindən görünür ki, "VAZ-21214” markalı, qara rəngli, buraxılış ili 2013-cÜ il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT QSC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 167 № kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh "VAZ-21214” markalı, qara rəngli, buraxılış ili 2013-cÜ il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan əlavə İddiaçı BOKT QSC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xx.xx.2013-cü il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu maliyyə arayışı ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas, faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təminedilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş Cavabdeh əsas borc üzrə 2743 manat, faiz borcu 506,30 manat, cəmi 3249,30 (üç min iki yüz qırx doqquz manat,30 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT QSC-nin qarşısında girov ilə yüklü edilmiş "VAZ-21214” markalı, qara rəngli, buraxılış ili 2013-cÜ il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 2743 manat, faiz borcu 506,30 manat, cəmi 3249,30 (üç min iki yüz qırx doqquz manat,30 qəpik) manat məbləğində kredit borcu həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. 134 saylı kredit müqaviləsi üzrə tutma Cavabdeh məxsus "VAZ-21214” markalı, ağ rəngli, buraxılış ili 2013-cü il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc İddiaçı BOKT QSCnə ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2175/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2175/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver