Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-220/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 cavabdeh Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 35891,10 manat əsas, 3806,68 manat faiz olmaqla, cəmi 39697,78 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidməthaqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 MMC-nin mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 15/21A saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh1 ilə Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SF/280-19 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 40000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olurmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, GSF/280-İ9 saylı ipoteka müqaviləsinə əsasən bu şirkətin mülkiyyətində olan, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, J5/21A saylı evin 3 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 35891,10 manat əsas, 3806,68 manat faiz olmaqla, cəmi 39697,78 manat borcu yaranmışdır Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İdda tələbinin “əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə icra hərəkətlərinin davam etdirilməsi” hissəsinə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/21 saylı xx.xx.2021 –ci il tarixli qərardadı ilə xitam verilmişdir. Odur ki, məhkəmə iddia tələbinin qalan hissəsinə qətnamədə hüquqi qiymət verilməsini məqbul hesab edir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli №SF/280-19 kredit müqaviləsindən (birdəfəlik kredit) görünür ki, bank cavabdehə illik 20% olmaqla, 40.000 (qırx min) manat məbləğində kredit verir. Kreditin faktiki illik faiz dərəcəsi 20.8%, cərimə faizi vaxtı keçmiş əsas borc qalığına gündəlik 0.5%, kredit müddəti 36 ay müddətinə, xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli GSF/280-19 nömrəli ipoteka müqaviləsinin 2.1.4-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək, 2.1.5-ci bəndinə əsasən öhdəliyin məbləği 40.000 (qırx min manat) olmaqla müəyyən edilmiş və Cavabdeh2 MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A,mənzil ipoteka predmeti ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli 03/27-1 nömrəli ipoteka predmetinin tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq yaranmış borc məbləğinin 7 gün müddətində tam olaraq ödənilməsini tələb edildiyini və əks təqdirdə onlardan kreditin, kredit fazilərinin, cərimənin və məhkəmə xərclərinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dai iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehə bildirilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli 03/99 saylı ərizənin surətindən görünür ki, İddiaçı ASC ilə bağlanılan xx.xx.2019-cu il tarixli, GSF/280-19 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı ASC-də ipoteka ilə yüklü olub Cavabdeh2 MMC-nin mülkiyyətində olan, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 15/21A saylı evin 3 saylı mənzilinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə ipoteka qoyana göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh2 MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı X3 xx xxxx 2020-ci il tarixli, **********77 nömrəli İddiaçı ASC-nə ünvanlanmış məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilə dair ipoteka predmetinə tutmanın yönəıldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli **********751 nömrəli ərizənin surətindən görünür ki, Məmmədov X2 şəhəri 2-ci mikrorayon, ev 15/21A, mənzil 3 ünvanda yerləşən mənzilin İddiaçı ASC-yə ipoteka (girov) qoyulmasına razı olduğunu və borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirlməsi) hər hansı şərtsiz mənzili, qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüququndan imtina etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 15/21 mənzil 3-də xx.xx.1930-cu il təvəllüdlü X4, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. Daşınmaz əmlakın təsvirlərinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırlmasına (yüklülüyünə) dair dövlət reyesterindən arayışın surətindən görünür ki, mülkiyyət hüquqları haqqında məlumatlardan görünür ki, Cavabdeh2 MMC daşınmaz əmlakın mülkiyyətçisidir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1959-cu ildə Xocavənd rayonunda anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1989-cu ildə ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4937 nömrəli ekspert rəyinin nəticə hissəsində cavabdehlərdən əsas borc üzrə 35.565,50 (otuz beş min beş yüz altmış beş manat əlli qəpik) manat, faiz borcu üzrə 1.975.86 (min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) borc məbləği müəyyən edilmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 15/21A saylı binanın 3 saylı mənzilinin bazar dəyəri 65.000 (altmış beş min) manat, likivid dəyəri 60.000 (altmış min) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqavilələri ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilərlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, iddiaçıya olan borcu ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcun hesablanması ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş və müvafiq rəylər verilmişdir. Məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, əsas borc üzrə 35.565,50 (otuz beş min beş yüz altmış beş manat əlli qəpik) manat, faiz borcu üzrə 1.975.86 (min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) borc məbləği müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin likvid qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 15/21 A saylı binanın 3 saylı mənzilinin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə tutma həmin mənzilə yönəldilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı iddia tələbində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 15/21 A saylı binanın 3 saylı mənzilində cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissəyə münasibətdə iddia tələbi təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Göründüyü kimi mülki qanunvericiliyə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir. Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, ipoteka predmetinin hərracda ipoteka qoyan tərəfindən alınacağı halda iddiaçının tələbində qeyd etdiyi kimi cavabdehlərin istifadə hüquqlarının xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da mümkünsüz edərək qeyri müəyyənliyin yaranamsına səbəb ola bilər. İddiaçı nə qədər ki, ipoteka predmetinə hərrac vasitəsilə əmlak hüququ əldə etmədən hazırki qeyd edilən tələblə mülkiyyətçi kimi çıxış edərək və tələbin bu hissəsinin təmin edilməsini xahiş etməsi tələbin həmin hissədə təmin edilməsini istisna edir. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz və həmin hissədə rədd edilməlidir. İdda tələbinin “əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə icra hərəkətlərinin davam etdirilməsi” hissəsinə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/21 saylı xx.xx.2021 –ci il tarixli qərardadı ilə xitam verilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 Rüfət oğlundan İddiaçıSCnin xeyrinə əsas borc üzrə 35.565,50 (otuz beş min beş yüz altmış beş manat əlli qəpik) manat, faiz borcu üzrə 1.975.86 (min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) borc məbləği müəyyən edilməklə, ümumilikdə 37541,36 manat pul tutulmalı, tutma ilkin satış qiyməti 65000 ( altmış beş min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, 15/21 A saylı binanın 3 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına İddiaçıSC-nə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 MMC-nə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdeh tərəfdən müştərək qaydada tutularaq, 145 (bir yüz beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ341NABZ**********000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli SF/280-19 nömrəli kredit müqaviləsinə əsasən 35.565,50 (otuz beş min beş yüz altmış beş manat əlli qəpik) manat əsas, 1.975,86 ( bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 37.541,36 (otuz yeddi min beş yüz qırx bir manat otuz altı qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 15/21A saylı evin 3 saylı mənzilinə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-ə olan borcu ödənilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 15/21A saylı evin 3 saylı mənzilin ilkin satış qiyməti 65 000 manat müəyyən edilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 MMC-nə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq, 145 (bir yüz qırx beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-220/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-220/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver