Məhkəmə qərarları › İş №2(005)-2202/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2202/2022

05.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2202/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla, Maraqlı şəxs arasında 01 mart 2022-ci il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi"nin təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onunla, Maraqlı şəxs mediasiya prosesindən keçmiş və aralarında 01 mart 2022-ci il tarixli barışı sazişi imzalanmışdır. Barışıq sazişinin 2.2.3-cü bəndinə əsasən ünvan 1 ünvanda yerləşən bağ evinin ½ hissəsi onun, ½ hissəsi isə Maraqlı şəxs mülkiyyətinə keçməlidir. Barışıq sazişinin 2.3-cü bəndinə əsasən bu barışıq sazişinin 2.2.3-cü bəndində nəzərdə tutulmuş əmlakı tərəflər qanunvericiliyə uyğun rəsmiləşdirməsini 31.03.2022-ci il tarixinədək yekunlaşdırmalıdır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, hal-hazıradək barışı sazişinin qeyd olunan şərti Maraqlı şəxs tərəfindən icra olunmamış, ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsi onun mülkiyyətinə keçməmişdir. Məhkəmə iclasında Ərizəçi və Maraqlı şəxs ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçi və maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı .960629 saylı çıxarışının surətindən görünür ki, ünvan 2 Maraqlı şəxs adına hüquqi rəsmiləşdirilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında 01.03.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. Maddə 1. Birgə nikahın pozulması, birgə nikahdan olan yetkinlik yaşma çatmamış uşaqların valideynlərdən hansının himayəsinə verilməsi, uşaqların saxlanılması üçün alimentin ödənilməsi, alimentin məbləği, ödənilmə qaydası və ödənilmə tarixi, himayəsində olmayan valideynin uşaqlarla ünsiyyətinin müəyyən edilməsi, yetkinlik yaşına çatmamış uşaqların xarici ölkəyə çıxarılması (valideyini ilə birlikdə) və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü. Maddə 2.1 Saziş imzalandıqdan sonra birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların (20.08.2005-ci il təvəllüdlü X9 və 13.01.2012-ci il təvəllüdlü X11) ana (ana-birinci tərəf) Maraqlı şəxs himayəsinə veriləcək, (ata-ikinci tərəf) Ərizəçi hər ay (hər ayın sonuna kimi) yetkinlik yaşına çatmamış övladları 20.08.2005-ci il təvəllüdlü X5 və 13.01.2012-ci il təvəllüdlü X1 üçün cəmi 1500 (min beş yüz) manat sabit pul məbləğində nlimenıi Maraqlı şəxs bank kartına (bank hesabına Unibank-5243 7544 1873 0022-bitmə müddəti-02.27-ci il) köçürmə yolu ilə ödəyəcəkdir. Qeyd olunan pulun ödənilməsi 20.08.2005-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatdıqdan sonra da 13.01.2012-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək davam edəcəkdir. Maraqlı şəxs himayəsində olan yetkinlik yaşma çatmamış uşaqları (20.08.2005-ci il təvəllüdlü X9 və 13.01.2012-cu il təvəllüdlü X11) ilə (ata-ikinci tərəf) Ərizəçi məkan və zaman məhdudiyyəti olmadan ünsiyyətdə olmasına icazə verəcəkdir. Ərizəçi yetkinlik yaşına çatmamış uşaqları 20.08.2005-ci il təvəllüdlü X9 və 13.01.2012-cu il təvəllüdlü X7 anaları Maraqlı şəxs ilə birlikdə xarici öləkələrə getmələrinə dair (yetkinlik yaşıarma çatana kimi) notarial icazə verəcək. Notarial icazə barışıq sazişi bağlandıqdan sonra 10 (on) gün içərisində veriləcəyini Ərizəçi öz üzərinə götürür. 2.2. Birgə nikah dövründə əldə edilmiş bəzi əmlakların bölgüsü aşağıdakı qaydada həyata keçirəcəkdir. 2.2.1. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, cv 19A- tam şəkildə Ərizəçi mülkiyyətinə keçir. 2.2.2.Bakı səhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 20 mərtəbə 3, mənzil 3 tam şəkildə Maraqlı şəxs mülkiyyətinə keçir. 2.2.3. ünvan 1 A hissədə Ərizəçi, A hissədə Maraqlı şəxs mülkiyyətinə keçir. Barışıq sazişi bağlandığı gündən 03 (üç) il müddətində Poladov Ərizəçi Nigar Azər qızına 100 000 (yüz min) manaat verdiyi (ödədiyi) təqdirdə Maraqlı şəxs ünvan 2 ünvanında yerləşən bağ evindəki ½ hissə payını Ərizəçi verməyi öhdəsinə götürür. Ərizəçi 03 (üç) il müddətində 100 000 (yüz min) manaatı Maraqlı şəxs vermədiyi təqdirdə göstərilən bağ evi barışıq sazişində göstərildiyi kimi tərəflər arasında bölgüdə qalır. Barışıq sazişi bağlandığı gündən 03 (üç) il müddətində Azərbaycan Respublikasında devalvasiya olarsa yəni, ABŞ dollarının bahalaşması müşahidə edilərsə Ərizəçi göstərilən bağ evinin Maraqlı şəxs payına düşən 1/2 hissəsini almaq üçün 59 000 (əlli doqqoz min) ABŞ dolları verməyə razılaşır. 2.2.4. Aşağıdakı nəqliyyat vasitələri Ərizəçi mülkiyyətinə keçir: **-ZE-*** Hyundai İX- 35 markalı irinik avtomobili; **-FM-*** dövlət qeydiyyat nişanlı BMW X-5 minik avtomobili; **-XB-*** dövlət qeydiyyat nişanlı PACTON markalı yarımqoşqu; **-OX-*** dövlət qeydiyyat nişanlı DA E markalı yəhərli dartıcı; **-ZB-*** dövlət qeydiyyat nişanlı BURG marakl yarımqoşqu; **-HF-*** dövlət qeydiyyat nişanlı DAF markalı yəhərli dartıcı; 2.2.5.**-RG-*** dövlət qeydiyyat nişanlı Honda CRV markalı minik avtomobili Maraqlı şəxs mülkiyyətinə keçir. 2.2.6.Tərəflərin birgə nikahından anadan olmuş və hazırda ABŞ-də universitetdə təhsil alan 30.05.2001-ci il təvəllüdlü X8 ali təhsili yekunlaşana kimi onun bütün təhsil və digər xərcləri Ərizəçi tərəfindən ödəniləcəkdir. 2.3. Bu barışıq sazişinin 2.2-ci bəndinə nəzərdə tutulmuş əmlakların tərəflərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi 31.03.2022-ci il tarixinədək yekunlaşdırılmalıdır. 2.4. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyon hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sa/işin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.6. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Ggər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.7.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.8. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələ! gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.9. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: 3.1.Tərəflər razılığa gəlirlər ki, tərəflərin lıər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3.Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. Bu məlumatı bilmələri vacib olaı vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. Bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. Mediasiya və ya hazırkı Sazişin hazırlanması zaımını vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4.Qarşı tərəfin yazılı icazəsi ilə: 3.4.5.Yaxın qohumlara; 3.4.6.Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5.Bu sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6.Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7.Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X3 tərəfindən tərəflər arasında 01 mart 2022-ci il tarixli təsdiq edilən barışıq sazişi qismən təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 2.2.3-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 01.03.2022-ci il tarixli Barışıq sazişinin 2.2.3-cü bəndi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar