Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-221/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə inşa edilmiş özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli , Xan Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması İddiaçı MTK-ya həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən edilmişdir. İddiaçı hazırki vaxta kimi qeyd olunan ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış obyektləri hüquqmüəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alınaraq sökülmüş, onların yerində yeni və müasir yüksəkmərtəbəli binalar inşa edilmiş, ərazi abadlaşdırılmışdır. Hal-hazırda İddiaçı MTK tərəfindən BŞİH başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncamının icrası ilə bağlı görülən işlər çərçivəsində həmin ərazidə yerləşən və sahiblərindən satın alınmış digər yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və həmin sahələrin kommunal təchizatlarının kəsilməsi istiqamətində işlər aparılır. Son vaxtlar BŞİH başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamı ilə əhatə olunan ərazidə yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçı tərəfindən aparılan işlərə maneələr yaradılmağa başlanılmışdır. Bəzi sakinlər tərəfindən özbaşına tikinti işlərinin aparılması, piyadalar üçün nəzərdə tutulmuş yolların zəbt edilməsi, evlərin təyinatının özbaşına dəyişdirilməsi və s. bu kimi hallar ciddi qanun pozuntusuna səbəb olmaqla yanaşı, qanuni fəaliyyətlərinə də mane olmuşdur.Hazırki iddia ərizəsi üzrə cavabdeh Ələkbərov X4 rayonu, Xan Şuşinski küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt edərək orada özbaşına iaşə obyekti inşa etmişdir. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoyulması, özbaşına tikilini sökərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi və piyadaların hərəkət hissəsinin boşaldılması tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı MTK tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə dair şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, şikayətlə əlaqədar sənədlər əldə edilmiş və cavabdehdən izahat alınmışdır. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında ümumi sahəsi 204,26 kv/m olan qeyri-yaşayış sahəsi “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixində Cavabdeh adına daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh ona məxsus olan qeyri-yaşayış sahəsinə bitişik ərazidə əlavə olaraq 80 kv/m yaxın torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etmişdir. İş üzrə Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsasıandırmışdır ki, iddiaçının da qeyd etdiyi kimi sözügedən ünvandakı əmlak cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh ailə üzvləri ilə birgə həmin evdə yaşayır, evin bir hissəsi qanunvericiliyə uyğun olaraq qeyri-yaşayış sahəsinə çevrilmişdir, o, 1988-ci ildən etibarən həmin yerdə sahiblkarlıq faəliyyəti ilə məşğul olmuşdur. Şəxsə sözügən daşınmaz əmlaka hüquqları barədə ARİN yanında ƏMDX tərəfində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışa əlavə olunan tikilinin planında da iddiaçının sökülməsini tələb etdiyi tikili mülkiyyət hüququ ilə qeydə alınmış evin bir hissəsi kimi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının sökülməsi ilə bağlı iddia qaldırdığı qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir və onun hüququ dövlət tərəfindən tanınmışdır. Qeyd edilənlərdən əlavə,həmin qeyri-yaşayış sahəsində sahibkarlıq faəliyyətinin aparılması üçün aidiyyəti dövlət orqanlarından müvafiq icazələr alınmışdır. Cavabdeh qeyd edilən ərazidə zəruri abadlıq işləri aparmaqla obyektin ərazinin memarlıq quruluşuna uyğunlaşdırılmasını da təmin etmişdir. Bu halda cavabdehin həmin tikiliyə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadığını ehtimal etsələr də, bu etiraza əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadəsi və ora sahibliyi dövlət tərəfindən tanınmışdır. 20 ildən artıq müddətdə cavabdehin həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması, aidiyyəti dövlət orqanlarında müvafiq icazələr alması, qeydiyyatın aparılması onun həmin qeyri-yaşayış sahəsinə qanuni gözlənti hüququnu yaradır.Digər diqqət çəkən məqam isə, iddiaçının iddianın əsası kimi BŞİH başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli Sərəncamına istinad edərək, ərazidə söküntü işləri aparması, “Yeni və müasir yüksəkmərtəbəli binaların tikilməsi, ərazinin abadlaşdırılması”-nı imperativ müddəa kimi təqdim etməsidir. Halbuki sözügedən Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə razılaşmayaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarına iştirak edən «Zirvə-A” MTK-nın nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına qeydə alınmışdır. AR DİN Nərimanov Rayon Polis İdarəsinin 30 iyul 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Cavabdeh barəsində aparılmış araşdırmaya əsasən müraciətlə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət olunmalıdır; BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli , 14/243 saylı Ayrıc Aktına əsasən, BŞİH başçısının xx.xx.2014-cü il tarixli , 166 saylı sərəncamıyla N.Yusifbəyli , Xan Şuşinski, M.Sənani və Azadlıq prospekti ünvanda, sahəsi 1.2509 hektar ərazi İddiaçı MTL-nın istifadəsinə verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4298 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, 1-ci, 2-ci, 3-cü və 4-cü suallar üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanı , ümumi sahəsi 204.26 kv/m ibarət qeyri-yaşayış sahəsinin 19, 20 və 21 saylı tikililərin arasında olan arakəsmələr götürülmüş, yerində sahəsi 22.4 kv/m olan tikili inşa edilmişdir. Digər tikililərin texniki pasportda qeyd olunan texniki ölçüləri hazırki faktiki ölçülərə uyğundur. Baxış zamanı ünvan 1 ünvanında rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa inşa edilmiş hər hansı tikiliyə rast gəlinməmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından aydın olur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 204.26 kv/m ibarət qeyri-yaşayış sahəsinin 19, 20 və 21 saylı tikililərin arasında olan arakəsmələr götürülmüş, yerində sahəsi 22.4 kv/m olan tikili inşa edilmişdir. Nəzərə alınmalıdır ki, “qanunsuz tikililərin sökülməsi” barədə iddiaçıların tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir, həmin maddi hüquq normasına görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, iddiaçıl qanunsuz olduğunu iddia etdikləri tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlarının mövcudluğu baxımından da haqlı olmamışlar, çünkü tikili onların hüquqlarını pozmursa, onlar, Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməzlər. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada hər kəs, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, iş üzrə keçirilmiş ekspertizanın şərh olunmuş rəyində göstərildiyi kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanı , ümumi sahəsi 204.26 kv/m ibarət qeyri-yaşayış sahəsinin 19, 20 və 21 saylı tikililərin arasında olan arakəsmələr götürülmüş, yerində sahəsi 22.4 kv/m olan tikili inşa edilmişdir. Digər tikililərin texniki pasportda qeyd olunan texniki ölçüləri hazırki faktiki ölçülərə uyğundur. Baxış zamanı ünvan 1 ünvanında rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa inşa edilmiş hər hansı tikiliyə rast gəlinməmişdir. İş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçının mənafelərinə toxunub-toxunmadığıdır. Məhkəmə hesab edir ki, verilmiş iddia üzrə tərəf subyektiv hüquqa malik olmadığından iddia tələbi rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir, 103.1-ci maddəsinə görə isə məhkəmə üçün məcbur olmayan bu rəy Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 50 manat İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat İddiaçı MTK-dan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-221/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-221/2022
15.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver