Məhkəmə qərarları › İş №2(005)-2230/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2230/2022

27.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2230/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Bank of Baku ASC «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 arasında 09.03.2022-ci il tarixdə Bakı 5 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 MMC, Maraqlı şəxs4 və Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Bir tərəfdən gələcəkdə “Bank” adlanacaq Ərizəçi ASC, X4 şəxsində, digər tərəfdən "1-ci borclu" adlandırılacaq Maraqlı şəxs2, bundan sonra 2-ci borclu adlandırılacaq Maraqlı şəxs4, bundan sonra 3-cü borclu adlandırılacaq Maraqlı şəxs3, Bank və Borclular birlikdə “Tərəflər" adlandırılacaq və digər tərəfdən gələcəkdə icarəçi" adlanacaq X5 şəxsində Maraqlı şəxs1 MMC aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində: M- 00203 nömrəsi ilə qeydiyyatdan keçmiş hüquqi ünvanı ünvan 1inin eyniləşdirmə nömrəsi ********** olan Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X2 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş”) imzaladılar. 1.Mülkiyyətdə olan əmlakın boşaldılması və vurulmuş zərərin ödənilməsi.

2. Barışığın şərtləri 2.1. Bu saziş 1-ci borclu tərəfindən Banka olan ümumilikdə 60000 (altmış min) manat məbləğində borcun ödənilməsi şərtlərini, Bankın mülkiyyətində olan Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (bundan sonra qeyri-yaşayış sahəsi) və Şəki şəhəri, S.Rəhman küçəsində 73 saylı evin 10 saylı mənzilinin (bundan sonra mənzil) 1-ci borclunun mülkiyyətinə verilməsi və İcarəçi ilə 2-ci borclu arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış 31 yanvar 2020- ci il tarixli icarə müqaviləsi üzrə icarə münasibətlərinin Bank və İcarəçi arasında davam etdirilməsi ilə bağlı münasibətləri tənzimləyir. 2.1.1. 1-ci borclu 2022-ci il aprel ayının 01-dək Banka 10000 manat ödəyir. 2.1.2. Sazişin 2.1 -ci bəndində göstərilən məbləğ tam ödənənə qədər Bank qeyriyaşayış sahəsini İcarəçinin icarəsinə verir. 2.1.3. İcarəçi 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 10-dək müvafiq vergilər daxil olmaqla 1744.19 manat Banka icarə haqqı ödəyir. Həmin məbləğ Sazişin 2.1-ci bəndində göstərilən məbləğdən çıxılır. Aylıq məbləğ proporsional qaydada mənzilin və qeyri-yaşayış sahəsinin qiyməti arasında hər iki əmlakın borcunun eyni tarixdə bitməsi şərtilə bölünür. Əgər Sazişin 2.1-ci bəndində göstərilən məbləğ tam ödənilmədən Bankla İcarəçi arasında icarə münasibətlərinə xitam verilərsə 1744.19 manat aylıq ödəniş 1-ci borclu tərəfindən eyni qaydada həyata keçirilir. Bundan əlavə, Bank 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayı daxil olmaqla İcarəçi tərəfindən Banka ödənilməyən icarə haqqı məbləğinin 1-ci borcluya ödənilməsinə etiraz etmir. 2.1.4. Sazişin 2.1-ci bəndində göstərilən məbləğ və mediasiya xərci kimi 450 (dörd yüz əlli) manat tam ödənildikdən sonra mənzil və qeyri-yaşayış sahəsi 1-ci borclunun mülkiyyətinə keçir, həmçinin Bank 3-cü borcluya qarşı Şəki Rayon Məhkəməsinin 29.08.2012-ci il tarixli qətnaməsindən irəli gələn pul tələbindən imtina edir və Şəki şəhəri, X7 küçəsi 193A ünvanında yerləşən 32 nömrəli mənzil Bankın ipotekasından azad olunur. Mülkiyyət hüququnun keçməsinin rəsmiləşdirilməsi üçün Bank özünə aid bütün sənədləri təqdim edir. Sazişin 2.1-ci bəndində göstərilən məbləğ vaxtından əvvəl tam ödənilərsə, bu zaman 1-ci borcluya güzəşt edilməsi məsələsinə Bank tərəfindən baxılacaqdır. 2.1.5. Saziş imzalandıqdan və Sazişin 2.1.1-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra 10 gün ərzində tərəflər bir-birlərinə qarşı məhkəmədə qaldırdıqları iddialardan imtina edirlər. 2.1.6. Aylıq ödəniş İcarəçi tərəfindən gecikdirildikdə Bank bu barədə 1-ci borclunu məlumatlandırır və gecikdirilən aylıq ödəniş 1-ci borclu tərəfindən növbəti ayən 10-na qədər Banka ödənə bilər. 2.1.7. Tərəflər və İcarəçi razılaşır ki, bu Sazişin 2.1.1-ci və 2.1.5-ci bəndində nəzərdə tutulmuş öhdəlik vaxtında və tam icra edilməzsə. Tərəflərə və İcarəçiyə münasibətdə Sazişə avtomatik xitam verilir və mənzil boşaldılaraq Banka təhvil verilir, qeyri yaşayış sahəsi ilə bağlı münasibətlər isə Bankla İcarəçi arasında icarə müqaviləsi ilə tənzimlənəcəkdir.. 2.1.8. icarəçi tərəfindən icarə haqqı məbləği bu sazişin 2.1.3-cü bəndinə uyğun olaraq ödənilmədiyi təqdirdə, eləcə də Sazişin 2.1.1-ci bəndində göstərilən məbləğ vaxtında ödənilmədiyi halda İcarəçiyə münasibətdə Sazişə avtomatik xitam verilir və qeyriyaşayış sahəsi boşaldılaraq Banka təhvil verilir. 2.1.9. Bank və icarəçi razılaşır ki, onlar arasında qeyri-yaşayış sahəsinə dair bu saziş ilə tənzimlənməyən icarə münasibətləri icarəçi ilə 2-ci borclu arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış 31 yanvar 2020-ci il tarixli icarə müqaviləsi ilə tənzimlənəcəkdir, icarəçi qəbul edir ki, bu Saziş bağlanana qədər yaranmış səbəb və əsaslar üzrə Banka qarşı qeyri-yaşayış sahəsi ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.1.10. Tərəflər və İcarəçi razılaşırlar ki, bu razılaşmada əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir. 2.1.11.Mediasiya çəkilmiş xərclər Bank və 1 -ci borclu arasında bərabər bölünür, öhdələrinə götürürlər ki, mübahisə üzrə tərəflərin çəkdikləri digər xərclər özlərinə bu barədə bir-birlərinə-earsı hər hansı iddia irəjr sqrməyəcəklər. 2.1.11. Bu Saziş üzrə götürülmüş öhdəliklərin icrası tərəflər və icarəçi üçün məcburidir. 2.1.12. Bu Saziş imzalandığı andan hüquqi qüvvəyə minir. 2.1.13. Bu Saziş mediatorda və hər tərəfdə bir nüsxə qalması şərtilə eyni hüquqi qüvvəyə malik 6 nüsxədə hazırlanmışdır. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər və İcarəçi üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər və İcarəçi hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri və İcarəçi Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər və İcarəçi razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

3. Digər şərtlər 3.1. Tərəflər və icarəçi razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər və icarəçi razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər və İcarəçi bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər və İcarəçi həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər və İcarəçi razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər və İcarəçi mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər və İcarəçi aşağıdakı şəxslər və hallar istfsna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər və İcarəçi arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər və İcarəçi arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və İcarəçi və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1—ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Həmin Məcəllənin 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizəçi Bank of Baku ASC 09.03.2022-ci il tarixdə maraqlı şəxslər Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilsin: Bir tərəfdən gələcəkdə “Bank” adlanacaq Ərizəçi ASC, X4 şəxsində, digər tərəfdən "1-ci borclu" adlandırılacaq Maraqlı şəxs2, bundan sonra 2-ci borclu adlandırılacaq Maraqlı şəxs4, bundan sonra 3-cü borclu adlandırılacaq Maraqlı şəxs3, Bank və Borclular birlikdə “Tərəflər" adlandırılacaq və digər tərəfdən gələcəkdə icarəçi" adlanacaq X5 şəxsində Maraqlı şəxs1 MMC aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində: M-00203 nömrəsi ilə qeydiyyatdan keçmiş hüquqi ünvanı ünvan 1inin eyniləşdirmə nömrəsi ********** olan Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X2 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş”) imzaladılar. 1.Mülkiyyətdə olan əmlakın boşaldılması və vurulmuş zərərin ödənilməsi.

2. Barışığın şərtləri 2.7. Bu saziş 1-ci borclu tərəfindən Banka olan ümumilikdə 60000 (altmış min) manat məbləğində borcun ödənilməsi şərtlərini, Bankın mülkiyyətində olan Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (bundan sonra qeyri-yaşayış sahəsi) və Şəki şəhəri, S.Rəhman küçəsində 73 saylı evin 10 saylı mənzilinin (bundan sonra mənzil) 1-ci borclunun mülkiyyətinə verilməsi və İcarəçi ilə 2-ci borclu arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış 31 yanvar 2020- ci il tarixli icarə müqaviləsi üzrə icarə münasibətlərinin Bank və İcarəçi arasında davam etdirilməsi ilə bağlı münasibətləri tənzimləyir. 2.1.1. 1-ci borclu 2022-ci il aprel ayının 01-dək Banka 10000 manat ödəyir. 2.1.14.Sazişin 2.1 -ci bəndində göstərilən məbləğ tam ödənənə qədər Bank qeyriyaşayış sahəsini İcarəçinin icarəsinə verir. 2.1.15.İcarəçi 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 10-dək müvafiq vergilər daxil olmaqla 1744.19 manat Banka icarə haqqı ödəyir. Həmin məbləğ Sazişin 2.1-ci bəndində göstərilən məbləğdən çıxılır. Aylıq məbləğ proporsional qaydada mənzilin və qeyri-yaşayış sahəsinin qiyməti arasında hər iki əmlakın borcunun eyni tarixdə bitməsi şərtilə bölünür. Əgər Sazişin 2.1-ci bəndində göstərilən məbləğ tam ödənilmədən Bankla İcarəçi arasında icarə münasibətlərinə xitam verilərsə 1744.19 manat aylıq ödəniş 1-ci borclu tərəfindən eyni qaydada həyata keçirilir. Bundan əlavə, Bank 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayı daxil olmaqla İcarəçi tərəfindən Banka ödənilməyən icarə haqqı məbləğinin 1-ci borcluya ödənilməsinə etiraz etmir. 2.1.16.Sazişin 2.1-ci bəndində göstərilən məbləğ və mediasiya xərci kimi 450 (dörd yüz əlli) manat tam ödənildikdən sonra mənzil və qeyri-yaşayış sahəsi 1-ci borclunun mülkiyyətinə keçir, həmçinin Bank 3-cü borcluya qarşı Şəki Rayon Məhkəməsinin 29.08.2012-ci il tarixli qətnaməsindən irəli gələn pul tələbindən imtina edir və Şəki şəhəri, X7 küçəsi 193A ünvanında yerləşən 32 nömrəli mənzil Bankın ipotekasından azad olunur. Mülkiyyət hüququnun keçməsinin rəsmiləşdirilməsi üçün Bank özünə aid bütün sənədləri təqdim edir. Sazişin 2.1-ci bəndində göstərilən məbləğ vaxtından əvvəl tam ödənilərsə, bu zaman 1-ci borcluya güzəşt edilməsi məsələsinə Bank tərəfindən baxılacaqdır. 2.1.17.Saziş imzalandıqdan və Sazişin 2.1.1-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra 10 gün ərzində tərəflər bir-birlərinə qarşı məhkəmədə qaldırdıqları iddialardan imtina edirlər. 2.1.18.Aylıq ödəniş İcarəçi tərəfindən gecikdirildikdə Bank bu barədə 1-ci borclunu məlumatlandırır və gecikdirilən aylıq ödəniş 1-ci borclu tərəfindən növbəti ayən 10-na qədər Banka ödənə bilər. 2.1.19.Tərəflər və İcarəçi razılaşır ki, bu Sazişin 2.1.1-ci və 2.1.5-ci bəndində nəzərdə tutulmuş öhdəlik vaxtında və tam icra edilməzsə. Tərəflərə və İcarəçiyə münasibətdə Sazişə avtomatik xitam verilir və mənzil boşaldılaraq Banka təhvil verilir, qeyri yaşayış sahəsi ilə bağlı münasibətlər isə Bankla İcarəçi arasında icarə müqaviləsi ilə tənzimlənəcəkdir.. 2.1.20.icarəçi tərəfindən icarə haqqı məbləği bu sazişin 2.1.3-cü bəndinə uyğun olaraq ödənilmədiyi təqdirdə, eləcə də Sazişin 2.1.1-ci bəndində göstərilən məbləğ vaxtında ödənilmədiyi halda İcarəçiyə münasibətdə Sazişə avtomatik xitam verilir və qeyriyaşayış sahəsi boşaldılaraq Banka təhvil verilir. 2.1.21.Bank və icarəçi razılaşır ki, onlar arasında qeyri-yaşayış sahəsinə dair bu saziş ilə tənzimlənməyən icarə münasibətləri icarəçi ilə 2-ci borclu arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış 31 yanvar 2020-ci il tarixli icarə müqaviləsi ilə tənzimlənəcəkdir, icarəçi qəbul edir ki, bu Saziş bağlanana qədər yaranmış səbəb və əsaslar üzrə Banka qarşı qeyri-yaşayış sahəsi ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.1.22.Tərəflər və İcarəçi razılaşırlar ki, bu razılaşmada əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir. 2.1.11.Mediasiya çəkilmiş xərclər Bank və 1 -ci borclu arasında bərabər bölünür, öhdələrinə götürürlər ki, mübahisə üzrə tərəflərin çəkdikləri digər xərclər özlərinə bu barədə bir-birlərinə-earsı hər hansı iddia irəjr sqrməyəcəklər. 2.1.23.Bu Saziş üzrə götürülmüş öhdəliklərin icrası tərəflər və icarəçi üçün məcburidir. 2.1.24.Bu Saziş imzalandığı andan hüquqi qüvvəyə minir. 2.1.25.Bu Saziş mediatorda və hər tərəfdə bir nüsxə qalması şərtilə eyni hüquqi qüvvəyə malik 6 nüsxədə hazırlanmışdır. 2.8. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər və İcarəçi üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.9. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər və İcarəçi hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.10. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri və İcarəçi Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.11. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.12. Tərəflər və İcarəçi razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

3. Digər şərtlər 3.8. Tərəflər və icarəçi razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər və icarəçi razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.9. Tərəflər və İcarəçi bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər və İcarəçi həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.10. Tərəflər və İcarəçi razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər və İcarəçi mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.11. Tərəflər və İcarəçi aşağıdakı şəxslər və hallar istfsna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.4.7. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.8. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.9. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.10.qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.11. yaxın qohumlara; 3.4.12.Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.12. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.13. Tərəflər və İcarəçi arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.14. Bu Saziş tərəflər və İcarəçi arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və İcarəçi və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar