Məhkəmə qərarları › İş №2(005)-2242/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2242/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2242/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12.02.1956-cı il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası 12.02.1956-cı il təvəllüdlü X6 10 mart 2021-ci il tarixində saat 00:10-da vəfat etmiş, bu hal evə çağırılmış Təcili və X5 Stansiyasının 1 saylı bölmənin təcili yardım briqadasının ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə olunmuşdur. Ərizəçi X2 Ölüm haqqında şəhadətnaməsinin əldə olunması məqsədi İlə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsinin Maraqlı şəxsnə müraciət etməsinə baxmayaraq, müsbət nəticəyə nail ola bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun qayanası olub, X6 uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi, müalicələr alırdı. Vəziyyəti 10 mart 2021-ci il tarixində qəfildən pisləşmişdir. Təcili yardım çağrılmışdır, həkim gələnə qədər vəfat etmişdir. Mərhum Masallıda dəfn olunmuşdur. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun qonşusudur. X2 ürək-damar problemləri var idi, səhhəti ilə bağlı daima müalicə alırdı. Bakı şəhəri Nərimanov Rayonu, F.X.Xoyski küçəsi, 140 A,mənzil 18-də X6 yaşayırdı və həmin ünvanda da vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1985-ci il tarixdə Azərbaycanda doğulmuşdur; 15.02.2008-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 06111913 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 12.02.1956-cı il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş X6 ünvan 2 ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 10.03.2021-ci il tarixdə saat 00:20 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi İ.Əliyeva 1956-cı il təvəllüdlü X2 vəfat etməsini qeyd etdi; Nərimanov ZAQS tərəfindən 02.09.1985-ci il tarixdə verilmiş Xİ-JQ seriyalı 315139 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Ərizəçi xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası – X4r; Azərbaycan Respublikası Masallı rayon Ərkivan Bələdiyyəsinin 27 nömrəli, 19.03.2021-ci il tarixli arayışına əsasən X6 10.03.2021-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsi Bağlaküçə məhəlləsinin qəbirstanlığında dəfn olunmuşdur; 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 29.03.2021-ci il tarixli, 05/Q- 383/15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 29.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Masallı rayonu Ərkivan kəndində anadan olmuş X6 Ərizəçi anasıdır. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X6 10.03.2021-ci il tarixdə ünvan 4 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 12.02.1956-cı il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş X2 10.03.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12.02.1956-cı il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş X2 10.03.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar