Məhkəmə qərarları › İş №2(005)-2247/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2247/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2247/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X6 xx xxx 2020-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 onun doğma atasıdır. Atası Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 nömrəli evin 133B nömrəli mənzilində ölən gününə qədər onunla və anası ilə bir yerdə yaşamışdır. Atası xx xxx 2020-ci il tarixdə qəflətən dünyasını dəyişmiş və o bu barədə Təcili və X10 Stansiyasına müraciət edərək, sonuncu tərəfindən bu barədə “Ölüm haqqında Xəbərdalıq vərəqəsi” ona təqdim edilmiş və tövsiyyə olunmuşdur ki, 3 (üç) gün ərzində ölüm faktının qeydiyyata alınması üçün yaşayış yeri üzrə ərazi poliklinikasına müracət etsin. xx xxx 2020-ci il tarixdə ərazi üzrə qeydiyyatda olduğu poliklinikaya atasının vəfatı ilə bağlı arayış əldə edilməsi üçün müraciət etmişdir. Lakin poliklinika həmin arayışı verməkdən imtina etmiş və tövsiyyə etmişdir ki, hüquqi faktın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etsin. Qeyd edilməlidir ki, həkim arayışı olmadığından hal-hazıra qədər atasının ölüm faktını təsdiq edən şəhadətnaməni əldə edə bilməmişdir. Bu səbəbdən mərhum atası X4 miras qalmış mənzili sənədləşdirə bilmir. Ölüm şəhadətnaməsini almaq məqsədi ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, sonuncu cavab məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli xx xxxxxxx 2003-cü il tarixli qərarına istinad etməklə vətəndaşın ölmüş elan edilməsi barədə qeydin məhkəmə qətnaməsi əsasında aparılmasını tövsiyyə etməklə ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, mərhum atası X6 xx xxx 2020-cı il tarixdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edildiyi kimi mərhum atası X6 ölüm faktının müəyyən olunmaması, ondan miras qalmış mənzilin vərəsəlik qaydasında sənədləşdirilməsində problem yaranır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X12 bildirmişdir ki, Ərizəçi qonşusudur. xx xxx 2020-ci il tarixdə ərizəçinin atası xx xxxxx 1948-ci il təvəllüdlü X11 dünyasını dəyişmiş, ərizəçi anası və mərhum atası ilə birgə yaşadıqları mənzilə Bakı şəhəri Təcili və X10 Stansiyasına çağırış vermişdir. Bakı şəhəri Təcili və X10 Stansiyasının xx xxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsində sözügedən çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Ərizəçinin atası X2 qəbiristanlığında dəfn olunmuşdur, onun dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahid X7 ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, Ərizəçi tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon VVAQ Şöbəsi tərəfindən xx xxxx 1983-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı 318812 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1983-cü il tarixdə 14 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X11, anası X9 qeyd edilmişdir; Bakı şəhəri Təcili və X10 Stansiyasının 1 saylı Bölməsinin xx xxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx xxx 2020-ci il saat 02:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, 133B nömrəli mənzilinə X6 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm diaqnozu qoyulmuşdur; 8 nömrəli Şəhər Poliklinikasının xx xxx 2020-ci il tarixli 328 nömrəli məktubunun məzmunundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş 1948-ci il təvəllüdlü X11 poliklinikaya ilk dəfə xx xxxx 2018-ci il tarixdə müraciət etmişdir. İki il ərzində heç bir müarciəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixində sahə həkimi evə fəal gediş etmiş, lakin X11 evdə olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə təkrar sahə həkimi onun evinə fəal gediş-gəlişi olmuş, evində müayinə etmişdir. “Dz Arterial hipertenziya İ mərhələ”. Sahə həkimi X11na poliklinikada labarator müayinələrdən, dar ixtisaslı həkimlərin konsultasiyasından keçməsini təklif etsə də, o bundan imtina etmişdir. X1 iki ildə müraciəti və ölüm səbəbi məlum olmadığı üçün, ölüm şəhadətnaməsinin (forma 106) verilməsi mümkün olmamışdır; Maştağa subtropik sovxozunun ərazisində yerləşən qəbirstanlığın gözətçisi X5 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışın məzmunundan görünür ki, Bakı şəhəri Təcili və X10 Stansiyasının verdiyi xx xxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi əsasında subtropik sovxoz ərazisində yerləşən qəbirstanlıqda xx xxx 2020-ci il tarixdə X6 dəfni üçün müraciət edilmiş və qeyd edilən qəbirstanlıqda həmin tarixdə adı çəkilən şəxs dəfn olunmuşdur; Nərimanov RPİ tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş AZE seriyalı 05418494 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1948-ci il tarixdə Şəki şəhərində anadan olmuş X11 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X6 xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 27 nömrəli evin 133B nömrəli mənzilində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X6 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1948-ci il təvəllüdlü X6 xx xxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar