Məhkəmə qərarları › İş №2(005)-2257/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2257/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2257/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.500,38 (iyirmi min beş yüz manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 1.219,70 (bir min iki yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində faiz və 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21.731,86 (iyirmi bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borcun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 7 nömrəli evin 38 nömrəli mənzilinə yönəlməsi, müvafiq əmlakın ilkin satış qiymətinin 35.200 (otuz beş min iki yüz) manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmelinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 aprel 2011-ci il tarixli, 100.LN.1502.270411.00005 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 360 (üç yüz altmış) ay müddətinə illik 4 (dörd) faiz ödəmək şərli ilə 24.600 (iyirmi dörd min altı yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 27 aprel 2011-ci il tarixli, 100.CL.270411.00005/a nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 iyul 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ iizrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 7 nömrəli evin 38 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********077 nömrəli 18 yanvar 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 12 yanvar 2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 21.731,86 (iyirmi bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində təşkil edir. Bundan 20.500,38 (iyirmi min beş yüz manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 1.219,70 (bir min iki yüz on doqquz manat yetmiş qəpik) manat faiz, 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə borcu təşkil edir. Ona görə də, 20.500,38 (iyirmi min beş yüz manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 1.219,70 (bir min iki yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində faiz və 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21.731,86 (iyirmi bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borcun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 7 nömrəli evin 38 nömrəli mənzilinə yönəlməsi, müvafiq əmlakın ilkin satış qiymətinin 35.200 (otuz beş min iki yüz) manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmelinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə 06.12.2021-ci il tarixdə elektron qaydada ərizə təqdim edərək, mülki işə iştirakı olmadan baxılıb yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: AGBank ASC-nin Uğur filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2011-ci il tarixli, 100.LN.1502.240411.00005 saylı istehlak kredit müqaviləsi və ona dair əlavə razılığa əsasən, cavabdehə 360 ay müddətinə, illik 4% ödənilmək şərtilə 24600 manat məbləğində şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədilə kredit verilmişdir; 27 aprel 2011-ci il tarixli, 100.CL.270411.00005/a saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 iyul 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ iizrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 7 nömrəli evin 38 nömrəli mənzili ipotekaya qoyulmuşdur. İddiaçı 22.01.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 27.04.2011-ci il tarixli, 100.LN.1502.240411.00005 saylı istehlak kredit müqaviləsinə əsasən 12.01.2021-ci il tarixinə 20500 manat əsas, 1219,70 manat faiz borcu, 11,78 manat cərimə borcu olmaqla, cəmi 21731,86 manat məbləğində borcu qalmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38 "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 1403 nömrəli reyestr kitabının 128376 nömrəli vərəqində 01.07.2011-ci il tarixdə qeydə alınmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 oktyabr 2021-ci il tarixli QXM-389/M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7 saylı evin, 38 saylı mənzilinin bazar və likvid dəyəri müəyyən edilmiş, bazar dəyəri 55000.00 (əlli beş min) manat, likvid dəyəri 50000.00 (əlli min) manat təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh1 24600 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “AGBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2011-ci il tarixli, 100.LN.1502.240411.00005 saylı kredit müqaviləsinə əsasən cavabdehə 360 ay müddətinə illik 4 faiz dərəcəsi ilə 24600 manat məbləğində kredit verilmişdir. 27 aprel 2011-ci il tarixli, 100.CL.270411.00005/a nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 iyul 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ iizrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 7 nömrəli evin 38 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin edilməli, 20.500,38 (iyirmi min beş yüz manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 1.219,70 (bir min iki yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində faiz və 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21.731,86 (iyirmi bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borc vəsaiti Cavabdeh1 tərəfindən iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh1-ipoteka qoyan arasında bağlanmış 27 aprel 2011-ci il tarixli, 100.CL.270411.00005/a saylı alqı-satqı və ipoteka müqaviləsi ilə 27.04.2011-ci il tarixli, 100.LN.1502.240411.00005 saylı müqavilə üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38 Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38-ə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən mənzildən çıxarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 oktyabr 2021-ci il tarixli QXM 389/M nömrəli qiymətləndirmə rəyləri əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti hissədə iddia qismən təmin olunaraq ipoteka predmetinə tutma yönəldildikdə, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38-inilkin satış dəyəri ekspert rəyi ilə müəyyən edilmiş likvid dəyərinə uyğun, yəni 50000 (əlli min) manat müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 30,40 (otuz manat qirx qəpik) manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 20.500,38 (iyirmi min beş yüz manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 1.219,70 (bir min iki yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində faiz və 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21.731,86 (iyirmi bir min yeddi yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38-ə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın. Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38-in satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc ümumi qaydada cavabdehdən tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38 ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 7, mənzil 38-dən çıxarılsın və mənzil iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat cavabdeh Cavabdeh1 tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar