Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-23/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh LPO İddiaçı ASC-yə və Sahibkarlığa Kömək Milli Fonduna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4ndən xx.xx.2014-cü il tarixli, 007/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat əsas borc, 350.690,48 (üç yüz əlli min altı yüz doxsan manat 48 qəpik) manat faiz borcu, ümumilikdə 1.850.690,48 (bir milyon səkkiz yüz əlli min altı yüz doxsan manat 48 qəpik) manat məbləğində kredit borcunun; Cavabdeh4ndən xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat 66 qəpik) manat əsas borc, 147.829,78 (bir yüz qırx yeddi min səkkiz yüz iyirmi doqquz manat 78 qəpik) manat faiz borcu, ümumilikdə 781.195,44 (yeddi yüz səksən bir min bir yüz doxsan beş manat 44 qəpik) manat məbləğində kredit borcunun; Cavabdeh4ndən xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 53.573,91 (əlli üç min beş yüz yetmiş üç manat 91 qəpik) manat əsas borc, 4803,78 (dörd min səkkiz yüz üç manat 78 qəpik) manat faiz borcu, ümumilikdə 58.377,69 (əlli səkkiz min üç yüz yetmiş yeddi manat 69 qəpik) manat məbləğində kredit borcunun; Cavabdeh4ndən xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 366.000 (üç yüz altmış altı min) manat əsas borc, 87.476,90 (səksən yeddi min dörd yüz yetmiş altı manat 90 qəpik) manat faiz borcu, ümumilikdə 453.476,90 (dörd yüz əlli üç min dörd yüz yetmiş altı manat 90 qəpik) manat məbləğində kredit borcunun; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat məbləğində rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi: Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə; Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisəyə; Cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 nömrəli evin 95 saylı mənzilinə; Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzilə; Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 89 saylı mənzilə; həmin ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 (bir) ay müddətində boşaldılması, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıb borcun ümumi qaydada Cavabdeh4ndən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 İddiaçı ASC-yə qarşı kredit müqavilələri üzrə borc məbləği (əsas və faiz borcları) düzgün hesablanmadığı üçün onların azaldılması və biznesplanda nəzərdə tutulmuş kreditin tam və vaxtında verilməməsinə görə dəymiş 4.885.188 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmtəəşünaslıq ekspertizasının müvafiq rəyinə uyğun olaraq inflyasiya nəzərə alınmaqla çəkilən və çəkməli olduqları xərclərin və 4.885.188 (dörd milyon səkkiz yüz səksən beş min yüz səksən səkkiz) manat məbləğində əldən çıxmış faydanın İddiaçı ASC-dən Cavabdeh4 xeyrinə tutulması, habelə borc məbləği (əsas və faiz borcları) düzgün hesablanmadığı və ya şişirdildiyi üçün onların azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 007/1 LFHŞ №-li “Kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 82 (səksən iki) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ №-li “Kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 84 (səksən dörd) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 634.000 (altı yüz otuz dörd min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ №-li “kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 84 (səksən dörd) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 366.000 (üç yüz almış altı min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ №-li “kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 60 (almış) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ №-li “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, 0066751№-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 89 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 nömrəli evin 95 saylı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 nömrəli evin 95 saylı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ №-li “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 89 saylı mənzil banka ipotekaya qulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2014-cü il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* N:li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 89 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ №-li “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 nömrəli evin 95 saylı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2014-cü il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 007/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminat qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2014-cü il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2014-cü il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı “bildiriş”lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan “kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Daha sonra iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2012-ci il tarixli, 004/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 8866,48 (səkkiz min səkkisz yüz altmış altı manat 48 qəpik) AZN faiz, 6089,57 (altı min səksən doqquz manat 57 qəpik) AZN cərimə borcunun; xx.xx.2014-cü il tarixli, 005/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat 91 qəpik) AZN əsas, 128.574,94 (bir yüz iyirmi səkkiz min beş yüz yetmiş dörd manat 94 qəpik) AZN faiz, 17341,43 (on yeddi min üç yüz qırx bir manat 43 qəpik) AZN cərimə borcunun; xx.xx.2014-cü il tarixli, 006/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat 66 qəpik) AZN əsas, 219.541,39 (iki yüz on doqquz min beş yüz qırx bir manat 39 qəpik) AZN faiz, 29.839 (iyirmi doqquz min səkkiz yüz otuz doqquz) AZN cərimə borcunun; xx.xx.2014-cü il tarixli, 007/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) AZN əsas, 520.000 (beş yüz iyirmi min) AZN faiz, 71.720,23 (yetmiş bir min yeddi yüz iyirmi manat 23 qəpik) AZN cərimə borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat məbləğində rüsumun Cavabdeh4 Elmi-İstehsalat Şirkəti MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh4 MMC-nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisəyə, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 nömrəli evin 95 saylı mənzilinə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzilə və tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 89 saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4 Elmi-İstehsalat Şirkəti MMC-dən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksi kimi müəssisənin və mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ona və digər cavabdehlərə qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, bu iddia tələbi ilə razı deyil, iddianı əsassız və qanunsuz hesab edir. Belə ki, İddiaçı ASC iddia ərizəsində Cavabdeh4 ilə bağladığı xx.xx.2012-ci il tarixli 004/1 LFHŞ saylı, xx.xx.2014-cü il tarixli 005/1 LFHŞ saylı, xx.xx.2014-cü il tarixli 006/1 LFHŞ saylı və xx.xx.2014-cü il tarixli 007/1 LFHŞ saylı kredit müqavilələri üzrə verdiyi kredit borclarını faizləri ilə birlikdə tələb etmişdir. Eyni zamanda, iddiaçı adı çəkilən kredit müqavilələrinin təminatı kimi Cavabdeh4 ilə bağladığı ipoteka müqavilələri üzrə də tələbin ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış bütün kredit müqavilələrində kreditin alınma məqsədi dövriyyənin artırılması olmuşdur (kredit müqavilələrinin 1.2-ci bəndi). İddiaçı ASC-yə tərəflərindən Cavabdeh4 “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi təqdim olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihələr və Cavabdeh4 tərəfindən hazırlanmış bisnesplan əsasında İnvestisiya layihəsinin təşəbbüskarıu Cavabdeh4 olmuşdur. Şirkət dövlət qeydiyyatından keçmişdir və Lerik-Lənkəran şossesinin 40-cı km-də turizm sahəsində fəaliyyət göstərir. Şirkət “Meşəbəyi” ailəvi istirahət zonasını yaratmışdır. İnvestisiya planına əsasən layihə çərçivəsində vəsaitlərin texnoloji xətt üzrə avadanlıqların alınması, onların gətiriliməsi ilə bağlı xərclərə sərf olunması, avadanlıqların quraşdırılacağı istehsalat yerinin layihələndirilməsi, tikinti işlərinin aparılması və ilkin xammal ehtiyatının yaradılması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Bu layihənin ümumi dəyəri 6 550 000 (altı milyon beş yüz əlli min) manat olmuşdur. Alınacaq avadanlıqların dəyərinə ƏDV və idxal rüsumu, tikinti və layihələndirmə işlərinin dəyərinə isə ƏDV məbləği daxil edilməmişdir. Sözügedən investisiyanın tikinti və layihələndirilməsinin 1 550 000 (bir milyon beş yüz əlli min) manat məbləğində hissəsinin sahibkar tərəfindən mövcud bizneslərindən əldə edilən gəlir hesabına qoyulması, 5 000 000 (beş milyon) manat hissəsinin isə kredit kimi cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihənin əsasən cəlb edilmiş vəsait hesabma həyata keçirilməsi nəzərdə tutulmuşdur. İnvestisiya planının bu mərhələsinin həyata keçirilməsi nəticəsində yaranacaq maliyyə imkanları istehsalın genişləndirilməsi üzrə növbəti mərhələlərin sahibkarlıq subyektinin öz vəsaiti hesabına həyata keçirilməsinə şərait yaradacaqdı. Təqdim edilən investisiya layihəsi mineral su istehsalını nəzərdə tutur. Layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili və xarici bazara çıxarılması planlaşdırılmışdır. Bu investisiya layihəsi iddiaçı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bəyənilmişdir. İddiaçı ASC sözügedən investisiya layihəsinin reallaşdırılması üçün onlara müvafiq kreditin verilməsinə razı olmuşdur. Lakin iddiaçı ilkin mərhələdə Cavabdeh4nə investisiya layihəsinin reallaşdırılması üçün kredit versə də, kredit müqavilələrinin 1.2-ci bəndinə müvafiq olaraq dövriyyənin artırılması üçün kreditin verilməsi öhdəliyinə tam şəkildə əməl etməmişdir. Belə ki, iddiaçı ayrı-ayrı vaxtlarda 366 000, 634 000 və 1 500 000 manat məbləğlərində krediti illik 6 % olmaqla şirkətə vermişdir. Qeyd edir ki, Cavabdeh4 “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi iddiaçı ilə bağlanmış kredit müqavilələrinin ayrılmaz tərkib hissəsidir. Çünki kredit müqavilələrinin 1.2-ci bəndində nəzərdə tutulmuş dövriyyənin artırılması şərti Cavabdeh4 “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinə söykənir. Eyni zamanda şirkət 2013-cü ildə Lerikdə çörək istehsalı sexini yaratmış və hazırda bu istehsal sahəsi də mənfəətlə işləyir. Çörək sexinin yaradılması üçün isə iddiaçı şirkətə xx.xx.2012-ci ildə 200 000 manat məbləğində kredit vermişdir. Lakin Azərbaycanda 2015-ci ilin fevral ayının 21-dən etibarən başlayan inflyasiya bütün istehsal sahələrinə mənfi təsir göstərmiş və qurduqları çörək sexi də uzun müddət zərərlə işləmişdir. Belə ki, yuxarıda qeyd olunan tarixdən etibarən ABŞ dollarının məzənnəsi sürətlə qalxmağa başlamışdır. Nəticədə unun qiyməti 2 dəfədən artıq qalxmışdır. Bu səbəbdən iddia ərizəsində də qeyd olunduğu kimi çörək istehsalı sexinin yaradılması üçün aldığı krediti də tam olaraq ödəyə bilməmişdir. Kredit müqavilələrindən də aydın olur ki, şirkətə verilən kreditin ümumilikdə məbləği 2700 000 (iki milyon yeddi yüz min) manat təşkil edir. “Mineral su istehsalının təşkili üzrə2 investisiya layihəsinin reallaşdırılması üçün isə 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh4 “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi üzrə dövriyyəsinin artırılması üçün isə 2 500 000 manat deyil, 6 550 000 manat məbləğində vəsait lazımdır, investisiyanın tikinti və layihələndirilməsinin 1 500 000 manat məbləğində hissəsinin sahibkar tərəfindən mövcud bizneslərindən əldə edilən gəlir hesabına qoyulacağını nəzərə alsalar, qalan vəsaitin, yəni 2 550 000 (iki milyon beş yüz əlli min) manat məbləğində pulun (2 500 000+1 550 000=4 050 000; 6 550 000-4 050 000=2 050 000) da İddiaçı ASC tərəfindən kredit kimi verilməsi planlaşdırılmışdır. Lakin İddiaçı ASC hazırda 5 000 000 manat məbləğində kreditin onun tərəfindən veriləcəyi şərtinin qoyulduğunu qəbul etmir. Hətta iddiaçı Cavabdeh4 “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi ilə tanış olub, bu layihəni bəyəndiyini də etiraf etmir. Məhkəmənin nəzərinə çatdırır ki, heç bir bank investisiya layihəsi ilə tanış olmamış və onu bəyənməmiş hər hansı fiziki və ya hüquqi şəxsə bu cür böyük məbləğdə krediti biznes məqsədilə vermir. Onu da qeyd edir ki, tikinti başlanan gündən Sahibkarlığa Kömək Milli Fondu və İddiaçı ASC-nin nümayəndələri tərəfindən hər ayda ən azı 2 dəfə işin gedişinə nəzarət edilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının investisiya layihəsi ilə tanış olmaması və onu bəyənməməsi fikri yalandır. Yuxarıda da qeyd etdiyi kimi kredit müqavilələrində nəzərdə tutulmuş dövriyyənin artırılması şərti Cavabdeh4 “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinin reallaşdırılmasına söykənir və bu şərtin reallaşdırılması üçün bank Cavabdeh4nə ödənilməmiş qalan 2 500 000 manat məbləğində krediti də inflyasiyanı nəzərə almaqla verməli idi. Lakin İddiaçı ASC öhdəliklərinə tam şəkildə əməl etməmiş və kreditin qalan məbləğini verməmişdir. Bu səbəbdən Cavabdeh4 tərəfindən “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi başa çatdırılmamış və yarımçıq qalmışdır. Layihənin reallaşdırılması üçün cəlb edilmiş ağır texnika maliyyə vəsaitlərinin olmaması səbəbindən fəaliyyətini davam etdirə bilmir. Bütün bu hallar nəticəsində Cavabdeh4nə külli miqdarda maddi ziyan dəymişdir. Maddi ziyana daxil olan hissə təkcə çəkilən və çəkməli olduqları xərclərlə məhdudlaşmır, həmçinin əldən çıxmış fayda da kifayət qədərdir. Nəzərə alınmalıdır ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin regionların inkişafı, yəni iş yerlərinin açılması və yoxsulluğun aradan qaldırılması ilə əlaqədar verdiyi sərəncam və qərarlara dəstək olaraq tərəflərindən planlaşdırılmışdı. Əgər zavod vaxtında tikilmiş olsa idi, ucqar Lerik rayonunda ən azı 80- 100 nəfər işlə təmin olunacaqdı, dövlət büdcəsinə daxil olacaq pul vəsaitləri artardı, əlaqəli olan bir sıra sosial məsələlər həllini tapmış olardı. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Sahibkarlığa Kömək Milli Fondunun ağlabatan olmayan mövqeyi ilə əlaqədar, yəni kreditin tam və vaxtında verilməməsi ilə bağlı tərəflərindən zavodun tikintisi üzrə başlanmış iş yarımçıq qalmış və qaldıqca təbii olaraq təsirlərə məruz qalmaqla bərbad vəziyyətə düşməkdədir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Sahibkarlıa Kömək Milli Fondunun bu hərəkətləri sahibkarlığa dəstək deyil, ona zərbədir. Nəzərə alınmalıdır ki, tərəflərindən Türkiyə Respublikasından gətirilmiş, suyun qablaşdırılması üçün nəzərdə tutulmuş avadanlıqlar yağış sularının altında qalaraq paslanmış və keyfiyyətsiz hala düşmüşdür. Onlar İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2 500000 manat kredit almışlar, həmin məbləği və 11 ay ərzində ödəməli olduqları 165 000 manat məbləğində faiz pulunu qəbul edirlər. Hesablanmış qalan faiz pullarının isə onlara aidiyyəti yoxdur. Çünki biznes layihədə 11 aydan sonra məhsulun istehsalı və satışı nəzərdə tutulmuşdu. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqsirli hərəkətləri ilə bağlı olaraq onlar zavodun inşasını və avadanlıqlarla təchiz edilməsini təmin edə bilməmiş və təbii ki, məhsulu istehsal etmək, habelə satışını həyata keçirmək mümkün olmadı. 2015-ci ildən başlayaraq dəfələrlə İqtisadiyat Nazirliyinə, Sahibkarlığa Kömək Milli Fondunun və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət etməklə, kreditin qalan hissəsinin müəssisəyə ödənilməsi istiqamətində zəruri hərəkətlərin həyata keçirilməsini xahiş etmişlər. 2016- 2019-cu illər ərzində təkcə İqtisadiyyat naziri cənab Ş.Mustafayevlə 6 dəfə görüşləri olmuş və problemin həllinə qanuni kömək göstərilməsi xahiş olunmuşdur. Bu baxımdan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və qeyriləri bilə-bilə işlərinin yarımçıq saxlanmasına səbəb olduğundan cavabdehlik daşımalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsüllarla həyata keçirilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hərəkətləri isə nə qeyd olunan normaya və nə də işgüzar adətlərə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, kreditin verilməsi ilə əlaqədar bütün danışıqlar o cümlədən investisiya layihəsinin müzakirəsi Sahibkarlığa Kömək Milli Fondunda onun keçmiş rəhbəri Şirzaid Abdullayevin iştirakı ilə aparılmış və həm də razılaşdırılmışdır. Bununla əlaqədar bütün zəruri sənədlər fonda təqdim edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətində onlar ancaq hazır müqavilələrə imza etmişlər. Odur ki, layihənin hazırkı vaxta kimi həyata keçirilməməsinin əsas səbabkarı İddiaçı ASC ilə yanaşı Sahibkarlığa Kömək Milli Fondu və onun rəhbəri olmuş Şirzaid Abdullayevdir. Qeyd edir ki, çəkilən və çəkməli olduqları xərclər müvafiq qaydada əmtəəşünaslıq ekspertizası keçirildikdən sonra dəqiq müəyyən edilə bilər. Ona görə də əmtəəşünaslıq ekspertizasının müvafiq rəyinə uyğun olaraq çəkilən və çəkməli olduqları xərclərin də iddiaçıdan tutulmasını xahiş edirlər. Əldən çıxmış fayda layihənin müvafiq həyata keçirilmə illəri üzrə hər il eyni məbləğdə olmaqla, 1.395.768 manat, yəni 2016-2018-ci illər üzrə cəmi 4.187.304 manat, 2019-cu ilin 6 ayı üzrə 697.884 manat, ümumilikdə 4.885.188 (dörd milyon səkkiz yüz səksən beş min yüz səksən səkkiz) manat olmuşdur. Əgər layihə həyata keçirilsə idi, onlar bu mənfəəti əldə edəcəkdilər. İddiaçı kredit müqavilələrinin tələblərini düzgün icra etmədiyindən onlar bu mənfəətdən məhrum olmuşlar. Qeyd edir ki, İddiaçı ASC Cavabdeh4 müqaviləni əhəmiyyətli dərəcədə pozmasını iddiasını da əsaslandıra bilməmişdir. Əslində müqaviləni əhəmiyyətli dərəcədə pozan cavabdehlər deyil, iddiaçı özü olmuşdur. Belə ki, iddiaçı ilə kredit müqavilələri bağlanarkən Cavabdeh4 məqsədi ümumi dəyəri 6 550 000 manat olan “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinin başa çatdırılması idi. Lakin kredit məbləği tam olaraq verilmədiyi üçün onlar ümid etməyə haqqları çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Cavabdeh4 İddiaçı ASC ilə kredit müqavilələri bağlamaqda məqsədi “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinin reallaşdırılması olmuşdur. Lakin kreditin tam verilməməsi və hələ üstəlik vaxtından əvvəl də geri tələb edilməsi iddiaçının vicdanlılığm tələb etdiyi tərzdə hərəkət etmədiyinin sübutudur. Göstərilənlərə əsasən İddiaçı ASC-nin Cavabdeh4nə maddi zərər vurması aşkar olmaqla, onun əməlinin qanunazidd olması və iddiaçının qanunazidd əməli ilə nəticə arasında səbəbli əlaqə olması işin mötəbər sübutları ilə təsdiq olunur. Ona görə də hesab edir ki, iddiaçının Cavabdeh4nə vurduğu maddi ziyan tam həcmdə ödənilməlidir və onlar tələblərində haqlıdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı ASC faiz məbləğlərini də şişirtmişdir. Faizlərin necə və hansı qaydada yaranması, həmçinin hansı məbləğdə borca görə hesablanması onlara aydın deyil, iddiaçı həmin məbləğlərin yaranması barədə açıqlama verməli, yəni həmin borc məbləğlərinin necə və hansı qaydada yaranması, hansı məbləğdə borca görə hesablanması barədə hesabatlarını məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan, qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Ona görə də məhkəmədən mühasibatlıq ekspertizasının təyin edilməsini, bununla da əsas və faiz borcu məbləğlərinin müvafiq rəy əsasında müəyyən olunmasını xahiş edir. Xüsusi olaraq vurğulayır ki, o, əvvəllər də digər banklardan kredit götürmüş və vaxtında da qaytarmışdır. Buna misal olaraq "xxxx" ASC-dən götürdükləri krediti göstərə bilər. Belə ki, həmin bankdan 180 000 ABŞ dolları kredit götürmüşlər. Krediti vaxtlı-vaxtında da ödəmişlər. Bunu müvafiq sorğularla da müəyyən etmək olar. Əgər bankları aldatmaq fikirləri olsa idi, bunu "xxxx" ASC-nə qarşı da edərdilər. Hazırkı iş üzrə krediti tam olaraq qaytara bilməmələri onların təqsirli hərəkətləri ilə deyil, məhz İddiaçı ASC-nin və Sahibkarlığa Kömək Milli Fondunun təqsirli hərəkətləri ilə bağlıdır. Kreditin onlara tam verilmədiyini İddiaçı ASC-dən gələn cavab məktubları da sübut edir. Daha sonra Cavabdeh4 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü və 53-cü maddələrinə müvafiq ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, tərəflərindən tərtib və təqdim olunmuş 6.550.000 manat dəyərində “Biznesplan” əsasında Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə “AtaBank" ASC ardıcıl olaraq 2014-cü ilin sentyabr, oktyabr, noyabr aylarında üç dəfəyə müəssisəyə 2.500.000 manat kredit vermişdir.(366000+634.000+1.500.000). “Biznesplana"a uyğun olaraq əlavə verilməli olan 2.500.000 manat məbləğ isə ödənilməmişdir. 2015-ci ildə məlum devalvasiya nəticəsində manatın məzənnəsi 2 dəfə aşağı düşmüşdür. Belə ki, devalvasiya nəticəsində 21 fevral 2015-ci il tarixdə manatın məzənnəsi 35 faiz, 21 dekabr 2015-ci ildə 60 faiz aşağı düşmüşdür.Deməli tərtib etdikləri “Biznesplan”da nəzərdə tutulmuş materialların avadanlıqların dəyəri devalvasiyanın təsiri nəticəsində təxminən eyni həcmdə artmışdır. Bunun nəticəsində İddiaçıASC-nə və eləcə də Sahibkarlığa Kömək Milli Fonduna tam şəkildə məlum idi ki, onların müəssisəyə ayırdığı vəsaitlə nəzərdə tutulmuş lahiyəni başa çatdırmaq mümkün olmayacaqdır. Belə olan təqdirdə bank və fond müəssisəyə 2.500.000 manat məbləğinə kredit verəndən sonra baş verən devalvasiya hadisələrini nəzərə almaqla, onlara “Biznesplan”da nəzərdə tutulan 5.000.000 manat kredit məbləğindən əlavə kredit verilməsini müzakirə etməli idi. Lakin İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu ödənilməli olan kredit məbləğini də yarıbayarı kəsdi, “Biznesplan”da nəzərdə tutulan lahiyənin başa çatdırılmamasının və eyni zamanda kreditin vaxtında qaytarılmamasının təqsirkarı "xxxx" ASC və Sahibkarlığa Kömək Milli Fondudur. Qeyd etmək lazımdır ki, istər inşa olunmuş tikinti, istərsə də sifariş olunmuş və bir hissəsi alınmış avadanlıqların maliyyələşməsi tam şəkildə həm bankın, həm də fondun nəzarətində olmuşdur. Sözügedən təşkilatlar tərəfindən ayda ən azı bir dəfə monitorinq keçirilmişdir. 5 ilə yaxındır ki, həm inşa olunmuş bina, həm də alınmış avadanlıqlar işin yekunlaşdırılmaması səbəbindən yağış və qar altında qalaraq demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Hazırkı ərizədə qeyd etdiyi xüsusatlar aidiyyəti təşkilatlara dəfələrlə ünvanladıqları məktublarda da əksini tapmışdır. Lakin məsələnin həlli istiqamətində bilərəkdən və qəsdən heç bir tədbir görülməmişdir. 06 avqust 2019-cu il tarixdə məhkəməyə təqdim olunan qarşılıqlı iddia ərizəsində tələbini əsaslandırmışdır. Lakin həmin dövrdə qeyd edilməsi zəruri olan bir sıra əsaslar və sübutlar tərəfindən qarşılıqlı iddia ərizəsində qeyd olunmadığından hazırda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin əlavələri qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, tərtib olunan “Biznesplan”a əsasən cəmi 5.000.000 manat kreditin ödəniləcəyi ilə bağlı cavabdeh İddiaçı ASC ilə aralarında razılıq əldə olunmuşdur. İddiaçı ASC isə iddia edir ki, guya aralarında belə bir razılaşma olmamışdır. Hazırkı ərizəni yazıb məhkəməyə təqdim etməkdə məqsədi onunla bağlıdır ki, faktiki vəziyyət bununla əlaqədar kifayət qədər sübutun olmasına əsas verir. Məlumdur ki, krediti verən bank orqanları böyük lahiyələrə münasibətdə bir qayda olaraq va mütləq qaydada “Biznesplan” tələb edirlər. Tələb də ediblər. Lakin qeyd etdiyi kimi hazırda 5.000.000 manat kreditin verilməsi üzrə razılaşmanın olmasını isə inkar edirlər. Bankın həmin mövqeyinin yalan va əsassız olması istiqamətində sübutlarını qeyd edir. İş materiallarından göründüyü kimi İddiaçı ASC kreditin verilməsi ərəfəsində girov qismində bir sıra daşınmaz əmlakların ipoteka müqaviləsinin bağlanmasını tələb etmiş və buna nail olmuşdur. İpoteka predmetlərindən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan va Lənkəran Lerik yolunun 27-ci kilometrliyində 2,5 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102.7 kv.m olan əmlak kompleksi İddiaçı ASC-nin özü tərəfindən 6.020.000 (4.950.000+1.070.000) manat (həmin əmlakın faktiki dəyəri ən azından iki dəfə çoxdur), Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 24-də yerləşən 69 saylı manzil 80.100 manat, Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi bina 49Q-da yerləşən 35 saylı mənzil 124.000 manat və Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi 26 nömrəli binada yerləşən 95 saylı mənzilin qiyməti 60.200 manat məbləğində qiymətləndirilmişdir. Yuxarıda qeyd etdi ki, İddiaçı ASC ilə 5.000.000 manat kreditin veriləcəyi ilə bağlı aralarında razılaşma olmuşdur. İddiaçı ASC isə razılaşmanın 2.500.000 manatla bağli olduğunu iddia edir. Sübut qismində qeyd edir ki, əgər aralarında 5.000.000 manat deyil, 2.500.000 manat kreditin veriləcəyi ilə bağlı razılaşma olmuş olsa idi, onda 6.284.300 manat dəyərində çoxsaylı daşınmaz əmlakların ipoteka müqavilələrinin bağlanmasına ehtiyac olmazdı. Bu kifayət qədər əsaslı faktdır və bunu inkar etmək olmaz. Kreditin verilməsi ərəfəsində İddiaçı ASC əvvəlcədən onların maddi imkanlarının hansı səviyyədə olması barədə məlumatlı idi. Yəni əvvəlcədən onlara şifahi məlumat vermişlər ki, veriləcək 5.000.000 manat kreditin üzərinə onlar maksimum 500.000-800.000 manat əlavə etməklə zavodu inşa edəcəklər. Bununla əlaqədar tikintinin başlanması va davam etməsi prosesində İddiaçı ASC-nin nümayəndələri mütəmadi olaraq obyektdə olmaqla monitorinq aparmış va kifayət qədər məlumatlı olmuşlar.Yəni onlar əvvəlcədən bilirdilər ki, 5.000.000 manat kredit tam verilməyəcəyi halda, lahiyə üzrə tikintinin va zəruri avadanlıqların gətirilməsinin mümkün olmayacağı aksiomadır. Bu da faktdır və bu halı da inkar etmək olmaz. Belə olan surətdə soruşur: əgər onlara bilə-bilə maddi ziyan vurmaq fikirində olmayıblarsa, niyə krediti tam vermədilər və ya verilən kredit müqabilində yuxarıda qeyd etdiyi lahiyənin başa çatdırılmayacağına əmin olduqları halda, niyə 2.500.000 manat krediti verdilər? Yəni demək istəyir ki, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu hər cəhətdən bilə-bilə onları pis vəziyyətdə saxlamışlar. Qeyd etdiyi kimi bu hallar təkzibedilməz sübutlardır va onları ağlabatan formada inkar etmək olmaz. Ona görə da qeyd etdiyi sübutlar əsasında hesab edir ki, İddiaçı ASC-nin deyil, onların mövqeyi əsaslıdır. Daha sonra 06 avqust 2019-cu il tarixdə məhkəməyə təqdim etdikləri qarşılıqlı iddiada olduğu kimi, bir daha qeyd edir ki, onlar inşa olunacaq zavod üçün zəruri avadanlıqların Türkiyə Respublikasının “Ersey” şirkətindən gətirilməsini razılaşdırmışlar va həmin şirkətlə 13 aprel 2015-ci il tarixdə müvafiq qaydada müqavilə bağlamışlar (müqavilənin surəti əlavə olunur). Bu hallar əvvəlcədən cavabdehlərə məlum idi və ona görə də xx.xx.2015-ci il tarixdə İddiaçı ASC tərəfindən onlara kredit verilərkən həmin məbləğdən 267.350 evro, yəni xarici valyuta kimi bilavasitə onların hesablaşma hesabına köçürüldü. Həmin məbləği isə onlar müvafiq qaydada ödəniş tapşırığı yazmaqla (hesabdan çıxarış əlavə olunur), Türkiyə Respublikasında fəaliyyət göstərən “Ersey” şirkətinin hesabına, göndəriləcək avadanlıqların dəyəri ilə bağlıi avans olaraq köçürmüşlər. Çünki 13 aprel 2015-ci il tarixdə “Ersey” şirkəti ilə bağladıqları müqavilədə zavodun avadanlıqlarının gətirilməsi üçün 1.445.000 evro köçürüləcəyi nəzərdə tutulmuşdu və bu əvvəlcədən məlum idi. Bu halların əvvəlcədən cavabdehlərə məlum olması, həm də onunla bağlı idi ki, 2014-cü ilin sonunda və ya 2015-ci ilin əvvəllərində onlar inşa olunacaq zavodun lahiyəsini də təqdim etmişlər və təkcə həmin lahiyənin dəyərinin 2.700.000 manat olduğu aşkar idi (lahiyənin surəti əlavə olunur). Belə olan surətdə aralarında 2.500.000 manatla bağlı razılaşmanın olması mümkün deyildi. Hesab edir ki, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu həm da hüquqlarından sui-istifadəyə yol vermişlər və bu hərəkətləri ilə onu müflis etmişlər. Belə ki, o, bankdan kredit almaq istəyərkən ilkin olaraq Sahibkarlığa Kömək Milli Fondunun keçmiş sədri olmuş Şirzaid Abdullayevlə söhbət edərkən suyun istehsalı va qablaşdırılması ilə əlaqədar 1.270.000 manat kredit götürmək istədiyini bildirmişdir. Yəni həmin dövrdə o, zavod deyil, sex tikmək istəyirdi. X9 sahibkarlığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət proqramlarını, elacə də ölkə rəhbərinin tövsiyə va göstərişlərini ona xatırlatmış, 5.000.000 manat kredit götürməklə sex deyil, zavod tikməyini məsləhət bildi. Ona görə də ona təqdim etmiş olduğu “Biznesplan”ı dəyişməklə, 06 avqust 2019-cu il tarixdə məhkəməyə təqdim etmiş olduqları “Biznesplan” hazırlamışlar. Yəni fikirlərinin əsası onunla bağlıdır ki, onları süni surətdə bu bəlaya tərəf sürükləyən birinci şəxs Şirzaid Abdullayev olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsində göstərilir ki, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qatnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Bu baxımdan hesab edir ki, Sahibkarlığa Kömək Milli Fondu da hazırkı iş üzrə cavabdeh kimi cəlb edilməlidir. Yazdıqlarına münasibətdə şübhə olacağı halda, həmin dövrdə Sahibkarlığa Kömək Milli Fondunun sədri vəzifəsində işləmiş Şirzaid Abdullayevin məhkəmə iclasına dəvət edilib dindirilməsi zəruri olacaq. X7 məhkəmə iclasına çağırııb cavabdeh qismində dindirilməsi zaruri olduğundan həmin vəsatətin tamin edilməsini də xahiş edir. Beləliklə, hesab edir ki, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu qanun pozuntularına yol verməklə Cavabdeh4nə 5.000.000 manat krediti verməli olduqları halda, vermədiklərindən şirkətə ən azından 4.885.188 manat məbləğində ziyan vurmuşlar. Lakin bununla bitmir. Hesab edir ki, 5.000.000 manat kredit ödəniləcəyi halda, zavod inşa ediləcəkdi va şirkət göstərəcəyi fəaliyyətdən kifayət qədər mənfəət əldə edəcəkdi. Nəzərə almaq lazımdır ki, əldə olunacaq gəlirdən Dövlət Büdcəsinə əlavə dəyər vergisi və mənfəətdən vergi ödəniləcəkdi. Bu baxımdan hesab edir ki, ekspertiza təyin edilməklə, zavod inşa ediləcəyi halda Cavabdeh4 əldə edə biləcəyi mənfəətin və o halda Dövlət Büdcəsinə ödənilməli olan pulun məbləğinin dəqiqləşdirilməsi zəruridir. Ona görə da müvafiq qaydada ekspertiza təyin edilməsi və keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin qeyd etməlidir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının da keçirilməsi zəruridir. Çünki, İddiaçı ASC onun mülkiyyətində olan əmlakını həddindən artıq dərəcədə aşağı məbləğə özünün mənafeyinə uyğun qaydada qiymətləndirmiş və bununla da mülkiyyət hüququnu kobud şəkildə pozmuş olur. Yuxarıda qeyd etdiy kimi, 10 000 000 manatdan yuxarı qiymətə olan əmlakı (ipoteka predmetlərindən Cavabdeh4nə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan va Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində 2,5 hektar torpaq sahasində yerləşən, ümumi sahəsi 3102.7 kv.m olan əmlak kompleksi) İddiaçıASC-nin özü tərəfindən 4.950.000 manat qiymətləndirilmişdir. Bu pozuntu mülki qanunvericiliyin tələbləri baxımından hüquqdan sui-istifadədir. Mülki hüquqların gerçəklaşdirilməsi hədlərinin müəyyən olunmasının zəruriliyini sübut edən hallardan biri də mülki hüquqlardan sui-istifadənin yolverilməzliyidir. Mülki hüquqlardan sui-istifadənin iki formasını nəzərdə tutan 16-cı maddə aşağıdakıları qadağan edir: 1. başqa şəxsə ziyan vurmaq niyyəti ilə edilən hərəkətlər; 2. hüquqdan başqa formada sui-istifadə, yəni başqa şəxsə ziyan vurmaq niyyəti olmasa da, son nəticədə başqasına ziyan vurulmasına gətirib çıxarmış hərəkətlər. Bu iki forma arasında fərq odur ki, birinci halda zərər qəsdən vurulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsi də eyni mövqeyi ehtiva edir. Maddədə qeyd olunur ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Hüquqdan sui-istifadə dedikdə mülki hüquq münasibətləri subyektlərinin onlara verilmiş hüquqları bu hüquqların həddini aşmaqla gerçəkləşdirməsi başa düşülür. Praktikada bankların hüquqlarından sui-istifadə etməsi bankların vətəndəşlarıı var-yoxdan çıxarması, müflisləşməsi ilə nəticələnir. Yəni müqavilənin bir tərəfi, yəni bank hüquqdan sui-istifadə you ila qanunsuz olaraq varlanır. Belə ki, dəyərindən aşağı qiymətə, çox vaxt yarı qiymətinə girov götürülmüş əmlak girov qoyanın əlindən alınır. Məhz onun əmlakları da hədsiz dərəcədə aşağı qiymətə qiymətləndirilmişdir. Bankın ona qarşı etdikləri onun Konstitusiyada bəh-bəhlə təsbit olunmuş mülkiyyət hüququnun açıq-aşkar pozulmasına gıtirib çıxarır. Hüquqdan sui-istifadəni Azarbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də qadağan edir. İnsan Hüquqlarının va Əsas X1 Avropa Konvensiyasının 17-ci maddəsində (Maddə 17. hüquqlardan sui-istifadənin qadağan olunması) qeyd olunur ki, bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun va ya şəxsin burada təsbit olunan hüquq va azadlıqlarının ləğvinə va ya onların Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırılmasına yönəlmiş hər hansı fəaliyyətlə maşğul olmaq va ya har hansı əməl törətmək hüququna malik olması kimi şərh oluna bilməz. İnsan Hüquqlarının va əsas X1 Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsi də mülkiyyət münasibətlərini qorumağa yönəlmişdir. Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət münasibətlarinə həssaslıqla yanaşmasını ehtiva edən qərarları kifayət qədərdir va bu qərarlar məhkəmənin yurisdiksiyası altında olan dövlətlərin məhkəmələri üçün presedent rolunda çıxış edir. İstər kompensasiya məsələləri, istər ipoteka məsələləri, istərsə də digər prizmadan olan mülkiyyətlə bağlı yanaşmalar mülkiyyətçinin qanuni mənafeyini qorumağa yönəlmişdir. Avropa Məhkəməsinin qərarları ərizəçilərin (mülkiyyətçilərin) zəif tərəf olaraq mülkiyyətlərinin ağlabağan olmayan formada qiymətləndirilib əllərindən alınmasını təkzib edir və üzv dövlətlərin daxili instansiyalarının qərar qəbul edərkən həmin halları nəzərə almasını tələb edir. Yekunda qeyd etməlidir ki, o, İddiaçı ASC tərəfindən yol verilmiş hüquqdan sui-istifadədən külli miqdarda zərər çəkmiş şəxsdir. Qeyd olunanlara əsasən Sahibkarlığa Kömək Milli Fondu hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilməklə, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müəssisəyə vurulmuş ziyan üzrə 4.885.188 manat, eləcə də ekspertiza rəyi əsasında müəyyən ediləcək ziyanın cavabdehlərdən alınaraq müəssisəyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iştirak etməmişlər, lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini, bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (adından direktoru Cavabdeh3) arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 (altı) faiz hesablanması şərti ilə 82 (səksən iki) ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (adından direktoru X6) arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 (altı) faiz hesablanması şərti ilə 84 (səksən dörd) ay müddətinə 634.000 (altı yüz otuz dörd min) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (adından direktoru X6) arasında bağlanmış 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 (altı) faiz hesablanması şərti ilə 84 (səksən dörd) ay müddətinə 366.000 (üç yüz altmış altı min) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (adından direktoru X6) arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 (altı) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 17 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26 mənzil 95 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 17 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a mənzil 89 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış 17 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24 mənzil 69 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 17 oktyabr 2012ci il tarixli ipoteka müqaviləsinə əsasən 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4nə məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 49q mənzil 35 Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 03 oktyabr 2014cü il tarixli ipoteka müqaviləsinə əsasən 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4nə məxsus olan Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (adından direktoru Cavabdeh3) arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında Razılaşmaya əsasən 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə 2.5-ci və 2.6-cı bəndlər əlavə edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (adından direktoru Cavabdeh3) arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında Razılaşmaya əsasən 17 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə 2.3-cü, 2.4-cü, 2.5ci və 2.6-cı bəndlər əlavə edilmişdir. AB MD-11-01024 №-li 01 may 2019-cu il tarixli arayışa əsasən Cavabdeh4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 Banka 53.573,91 manat əsas, 4803,78 manat faiz olmaqla, cəmi 58.377,69 manat borcu vardır. AB MD-11-01025 №-li 01 may 2019-cu il tarixli arayışa əsasən Cavabdeh4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 Banka 366.000 manat əsas, 87.476,90 manat faiz olmaqla, cəmi 453.476,90 manat borcu vardır. AB MD-11-01023 №-li 01 may 2019-cu il tarixli arayışa əsasən Cavabdeh4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 Banka 633.365,66 manat əsas, 147.829,78 manat faiz olmaqla, cəmi 781.195,44 manat borcu vardır. AB MD-11-01022 №-li 01 may 2019-cu il tarixli arayışa əsasən Cavabdeh4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 Banka 1.500.000 manat əsas, 350.690,48 manat faiz olmaqla, cəmi 1.850.690,48 manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh4nə ünvanlamış bildirişlərdən görünür ki, borc məbləğinin qısa müddət ərzində banka ödənilməsi tələb edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına dair 03 aprel 2019-cu il tarixli məktublardan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması xahiş edilmişdir. Bildirişlər 10 aprel 2019-cu il tarixdə qeydə alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1836/2020 №-li iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Cavabdeh2 cavabdehlər Lerik rayonu Dövlət Notariat Kontoru, İddiaçı ASC və Cavabdeh3 qarşı 03 oktyabr 2014-cü il tarixdə İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh4 arasında Lənkəran şəhərində bağlanmış və Lerik şəhər Notariat Kontorunda təsdiq olunmuş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-182/2020 №-li 05 mart 2020-ci il tarixli qətnaməsinin iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-976/2021 №-li 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1836/2020 №-li iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsinin kassatora aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. **********989 №-li 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 04 iyun 2021-ci il tarixə Banka 0 manat əsas borc, 8866,48 manat faiz borcu, 6089,57 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 14.956,05 manat borcu vardır. **********991 №-li 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 04 iyun 2021-ci il tarixə Banka 287.573,91 manat əsas borc, 128.574,94 manat faiz borcu, 17.341,43 manat cərimə olmaqla, cəmi 433.490,28 manat borcu vardır. **********988 №-li 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 04 iyun 2021-ci il tarixə Banka 1.500.000 manat əsas borc, 520.000 manat faiz borcu, 71.720,23 manat cərimə olmaqla, cəmi 2.091.720,23 manat borcu vardır. **********020 №-li 11 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 04 iyun 2021-ci il tarixə Banka 633.365,66 manat əsas borc, 219.541,39 manat faiz borcu, 29.839 manat cərimə olmaqla, cəmi 882.746,05 manat borcu vardır. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li, 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li, 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li və 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqavilələrinə əsasən şirkətə müvafiq olaraq 1.500.000 (bir milyon beş yüz min) manat, 634.000 (altı yüz otuz dörd min) manat, 366.000 (üç yüz altmış altı min) manat və 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə Cavabdeh4 bankdan yuxarıda qeyd olunan məbləğlərdə kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26 mənzil 95, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a mənzil 89, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24 mənzil 69, Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 49q mənzil 35, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5370 №-li 08 oktyabr 2021-ci il tarixli rəyinə əsasən: -03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 03 oktyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 60.367,26 AZN, faiz borcu üzrə 482,94 AZN. 01 iyul 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 1.521,58 AZN, faiz borcu üzrə 0 AZN, faiz borcu (illik 5%-lə hesablanmaqla) 8,88 AZN. -23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 01 iyul 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 287.573,91 AZN, faiz borcu üzrə 129.869,02 AZN. -30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 01 iyul 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 633.471,23 AZN, faiz borcu üzrə 228.773,18 AZN. -26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 01 iyul 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 1.499.750,00 AZN, faiz borcu üzrə 534.152,21 AZN. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4163 №-li 13 iyul 2022-ci il tarixli rəyinə əsasən: -03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 03 oktyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 60.367,26 AZN, faiz borcu üzrə 482,94 AZN. 28 aprel 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 1.521,58 AZN, faiz borcu üzrə 0 AZN, faiz borcu (illik 5%-lə hesablanmaqla) 71,64 AZN. -23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 23 sentyabr 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 287.573,91 AZN, faiz borcu üzrə 133.799,19 AZN. 28 aprel 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 287.573,91 AZN, faiz borcu üzrə 144.103,93 AZN. -30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 23 sentyabr 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 633.471,23 AZN, faiz borcu üzrə 237.430,62 AZN. 28 aprel 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 633.471,23 AZN, faiz borcu üzrə 260.130,00 AZN. -26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh4 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: 23 sentyabr 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 1.499.750,00 AZN, faiz borcu üzrə 554.648,79 AZN. 28 aprel 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 1.499.750,00 AZN, faiz borcu üzrə 608.389,83 AZN. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, məhkəmə, 9/4163 №-li 13 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə 28 aprel 2022-ci il tarixə Cavabdeh4 İddiaçı ASC-nə faiz borcunun olmamasını nəzərə alaraq həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində iddia tələbini əsassız hesab edir. 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə isə məhkəmə hesab edir ki, Cavabdeh4ndən iddiaçının xeyrinə 1.499.750,00 manat məbləğində əsas borcun tutulması əsaslı və məqsədəuyğundur. Bununla da, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh4ndən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə, 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 0 (sıfır) manat faiz borcu; 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat doxsan bir qəpik) manat əsas, 128.574,94 (bir yüz iyirmi səkkiz min beş yüz yetmiş dörd manat doxsan dörd qəpik) manat faiz; 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat altmış altı qəpik) manat əsas, 219.541,39 (iki yüz on doqquz min beş yüz qırx bir manat otuz doqquz qəpik) manat faiz; 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 1.499.750 (bir milyon dörd yüz doxsan doqquz min yeddi yüz əlli) manat əsas, 520.000 (beş yüz iyirmi min) manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 03 oktyabr 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Cavabdeh4 Banka əsas və faiz borcu olmadığından, həmin müqavilə üzrə ilkin iddia üzrə cavbdehdən hər hansı cərimə borcunun tutulması əsassızdır, bu səbəbdən qeyd edilən hissədə tələb təmin edilməməlidir. Lakin 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Banka borclu olduğu 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat doxsan bir qəpik) manat əsas borca görə hesablanmış 17341,43 (on yeddi min üç yüz qırx bir manat 43 qəpik) manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılaraq 2800 (iki min səkkiz yüz ) manata; 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Banka borclu olduğu 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat altmış altı qəpik) manat əsas borca görə hesablanmış 29.839 (iyirmi doqquz min səkkiz yüz otuz doqquz) manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılaraq 5000 (beş min) manata; 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə 1.499.750 (bir milyon dörd yüz doxsan doqquz min yeddi yüz əlli) manat əsas borca görə hesablanmış 71.720,23 (yetmiş bir min yeddi yüz iyirmi manat 23 qəpik) manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20.000 (iyirmi min) manata endirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “X10 Mərkəzi” MMC-nin YDQM 005- 111/2021 №-li 18 fevral 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabata əsasən aşağıdakılar müəyyən edilmişdir. Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksinin bazar dəyəri 2.947.000 manat, likvid dəyəri 2.357.000 manat; Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 saylı evin 95 saylı mənzilinin bazar dəyəri 73.400 manat, likvid dəyəri 67.500 manat; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzilin bazar dəyəri 90.500 manat, likvid dəyəri 83.300 manat; ünvan 2 ünvanında yerləşən 89 saylı mənzilin bazar dəyəri 96.300 manat, likvid dəyəri 88.600 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin ƏEM/İ 29-493/22 №-li 19 iyul 2022-ci il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. 1) Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksinin 19 iyul 2022-ci il tarixə bazar dəyəri 3.506.000 manat, likvid dəyəri 3.000.000 manat; 2) Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən 26 saylı evin 95 saylı mənzilinin 19 iyul 2022ci il tarixə bazar dəyəri 83.000 manat, likvid dəyəri 79.000 manat; 3) Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən 69 saylı mənzilin 19 iyul 2022-ci il tarixə bazar dəyəri 99.500 manat, likvid dəyəri 94.500 manat; 4) ünvan 2 ünvanında yerləşən 89 saylı mənzilin 19 iyul 2022-ci il tarixə bazar dəyəri 102.000 manat, likvid dəyəri 97.000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə borc tələbi ipoteka ilə yüklü edilmiş Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksinə; Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, 95 nömrəli mənzilə; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89 nömrəli mənzilə və Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, 69 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksinin açıq hərracda ilkin satış qiyməti 3.000.000 manat; Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, 95 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 79.000 manat; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 97.000 manat; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, 69 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 94.500 manat müəyyən edilməli, qeyd olunan daşınmaz əmlaklar açıq hərracda satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ cavabdehlərə (ipoteka qoyanlara) qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh4ndən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksi kimi müəssisənin və mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi ilə bağlı hissədə qismən təmin edilərək, qeyd edilən mənzillər və əmlak kpmpleksi satıldıqdan sonra Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89 nömrəli mənzili; Cavabdeh2 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, 69 nömrəli mənzili; Cavabdeh4 Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksini; Cavabdeh3 Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, 95 nömrəli mənzili ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetlərinin açıq hərracda satıldıqdan sonra ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehlərə məxsus mənzillərin və əmlak kompleksinin ona təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda bankın cavabdehlərə qarşı mənzillərin və əmlak kompleksinin banka təhvil verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzillər və əmlak kompeksi özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə riayət edilməklə, müqavilə azadlığı prinsipi çərçivəsində bağlanmış, həmin müqavilələr cavabdehlərin iradə ifadəsini əks etdirmiş, tərəflər müqavilələrin şərtləri barədə razılığa gələrək müqavilələri bağlamışlar və bank tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh4 arasında 03 oktyabr 2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Cavabdeh2 iddiası rədd edilmişdir. Bundan başqa məhkəmə, ilkin iddia üzrə iddia tələbinin əsaslılığına hüquqi qiymət verərək, bankın öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyini müəyyən etdiyindən, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyanın dəyməsi sübuta yetmədiyindən iddiaçı Cavabdeh4 cavabdeh LPO İddiaçı ASC-yə və Sahibkarlığa Kömək Milli Fonduna qarşı “maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat rüsumu, Cavabdeh4ndən, aparılmış qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 6200 (altı min iki yüz) manat isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən aparılmış daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 1100 (bir min yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən tutularaq “X10 Mərkəzi” MMC-nin hesabına, mühasibatlıq ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat Cavabdeh4ndən tutularaq Məhkəmə Ekspertizasının hesabına keçirilməlidir. Həmçinin, qarşılıqlı iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu Cavabdeh4nə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh4ndən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 23 sentyabr 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat doxsan bir qəpik) manat əsas borc, 128.574,94 (bir yüz iyirmi səkkiz min beş yüz yetmiş dörd manat doxsan dörd qəpik) manat faiz borcu, 2800 (iki min səkkiz yüz ) manat cərimə; 30 sentyabr 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat altmış altı qəpik) manat əsas borc, 219.541,39 (iki yüz on doqquz min beş yüz qırx bir manat otuz doqquz qəpik) manat faiz borcu, 5000 (beş min) manat cərimə; 26 noyabr 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 1.499.750 (bir milyon dörd yüz doxsan doqquz min yeddi yüz əlli) manat əsas borc, 520.000 (beş yüz iyirmi min) manat faiz borcu, 20.000 (iyirmi min) manat cərimə olmaqla cəmi 2.848.605,9 (iki milyon səkkiz yüz qırx səkkiz min altı yüz beş manat,90 qəpik) manat borc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat rüsumu, aparılmış qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 6200 (altı min iki yüz) manat tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksinə; Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, 95 nömrəli mənzilə; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89 nömrəli mənzilə və Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, 69 nömrəli mənzilə yönəldilsin. Həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksinin açıq hərracda ilkin satış qiyməti 3.000.000 manat; Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, 95 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 79.000 manat; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 97.000 manat; Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, 69 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 94.500 manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlaklar açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh4 banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh4ndən İddiaçı ASC-nin xeyrinə tutulsun. Həmin daşınmaz əmlaklar hərracdan satıldıqdan bir ay sonra Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89 nömrəli mənzili; Cavabdeh2 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, 69 nömrəli mənzili; Cavabdeh4 Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksini; Cavabdeh3 Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, 95 nömrəli mənzili ən geci bir ay ərzində tərk etsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər LPO İddiaçı ASC-yə və Sahibkarlığa Kömək Milli Fonduna qarşı “maddi ziyanın ödənilməsi”tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh4nə aid edilsin. Aparılmış daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 1100 (bir min yüz) manat Cavabdeh4ndən tutulsun, VÖEN **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Bank: Paşa Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ82NABZ********************, KOD:505141, S.W.İF.T BİK:PAHAAZ22 “X10 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat Cavabdeh4ndən tutulsun, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-23/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-23/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver