Məhkəmə qərarları › İş №2(005)-2320/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2320/2020

30.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2320/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Cavabdehnə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə ölmüş Məmmədbəyli Məmməd bəy Həbibulla oğlundan qalmış miras əmlakın qəbulu müddətinin üzrlü səbəbdən ötürülməsi, mirasın qəbul edilməsi müddətinin bərpa olunması və X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndi, 568 saylı bağ sahəsinin ¼hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Rüstəm X1r və onun birinci növbədən yeganə vərəsəsidir. X6 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. O. yaşadığı bağ sahəsində naməlum şəraitdə ölmüşdür, ona görə də ölüm faktının məhkəmə qaydasında tanınması zəruri oldu. Nəticədə, Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cıı il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. M.Məmmədbəyli vəfat etdiyi zaman Binəqədi rayonu. Novxanı kəndi. 568 saylı bağ sahəsində yaşayırdı. Həmin bağ sahəsinin ¼ hissəsi xx.xx.2018-ci il tarixində X10 tərəfindən ona bağışlanılmışdır. Bağışlama müqaviləsi 1 saylı Bakı Cavabdehotariat kontorunun xüsusi notariusu O.Zərgərov tərəfindən təsdiq edilmişdir, lakin M.Məmmədbəyli həmin bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən öz adına çıxarış ala bilməmişdir. O, müqavilə bağlandıqdan bir neçə ay sonra ölmüşdür. Buna görədə, vərəsəlik işinin açılmasından qabaq Reyestr xidmətinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2019-cu il tarixində çıxarış əldə edilmişdir. Həmin çıxarışa əsasən. Binəqədi rayonu, Novxanı kəndi, 568 saylı bağ sahəsinin ¼ hissəsi ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətindədir. Nəticə etibarilə, vərəsəlik şəhadətnaməsinin alınması və mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qeyd etmək zəruridir ki, vərəsə İddiaçı artıq bir neçə ildir ki, Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdır. Eyni zamanda mərhum M.Məmmədbəyli ölən vaxt nikahda olmamışdır. İddiaçı anası Y.Məmmədova ilə nikahları xx.xx.1985-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 565 saylı qeydlə rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Cavabdehnə müraciət edilmişdir. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli rəsmi cavab olaraq bildirmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlı mümkün olmamışdır. Bununla əlaqədar iddiaçı Vərəsəlik şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi İ.Məmmədbəyli ilk öncə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir, lakin iddia ərizəsi əlavə edilmədiyinə görə sənədləri icraata qəbul edilmədən geri qaytarılmışdır. İ.Məmmədbəyli daha sonra “buraxılmış müddətin bərpası və mirasın qəbul edilməsi" tələbinə dair ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Lakin Binəqədi rayon məhkəməsinin 2(001)- 2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin ediməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli, 1375 №-li İddiaçı ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən müəyyən edilmiş müddət ötürüldüyündən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil, bu səbəbdən ona məhkəməyə müraciət etməyi tövsiyə olunur. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 980108 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin may ayının 16 günündə 46 № ilə qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyə verən X10 Bakı şəhəri, Bİnəqədi rayonu, Novxanl kəndi, 568 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini hədiyə alan X3 mülkiyyətinə vermişdir. 05/Q-1893/69 saylı, xx.xx.2019-cu il tarixli Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X6 və X12 nikahları pozulmuş, xx.xx.1985-ci il tarixdə 565 №-li akt qeydi tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, 2659 №-li arayışa 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin arayışına əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1987ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlıaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci il tarixə kimi yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Atası: X6 (xx.xx.1947-ci il) vəfat edib; Anası: X17 (xx.xx.1960-cı il) xx.xx.2020-ci il tarixli, 05/Q-1290/75 saylı Nəsimi rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X3 nikahının X13 ilə xx.xx.1984-cü il tarixdə 1420 nömrəli akt qeydi ilə Nəsimi rayon qeydiyyat şöbəsi, xx.xx.1947-ci il təvəllüdlü X3 uşağı -xx.xx.1987-ci il təvəllüdlü İddiaçı doğumunun xx.xx.1987-ci il tarixdə 2873 nömrəli akt qeydi ilə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyə verən X10 Bakı şəhəri, Bİnəqədi rayonu, Novxanı kəndi, 568 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini hədiyə alan X3 mülkiyyətinə vermişdir. X4 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür, bu səbəbdən də mülkiyyətə dair müvafiq çıxarışı ala bilməmişdir. Onun yeganə vərəsəsi İddiaçıdir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixdə miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Cavabdehnə müraciət edilmişdir. Ancaq Cavabdeh xx.xx.2019-cu il tarixli rəsmi cavab olaraq bildirmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlı mümkün olmamış və ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə iddiaçı hazırda ona miras qalmış bağ sahəsinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə huquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Qeyd olunanlarla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı atası M.Məmmədbəylinin yeganə vərəsəsi kimi bəhs edilən daşınmaz əmlakla bağlı qanuna uyğun şəkildə notariusa müraciət etmiş, lakin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müddəti ötürmüşdür. MM-nin 1248-ci maddəsinin təhlilindən göründüyü kimi iddiaçı müddəti ötürsə də, o, yeganə vərəsə olması, həmçinin Azərbaycan Respublikasının hüdudları daxilində yaşamaması kimi faktorlar nəzərə alınmaqla onun qanunla müəyyən edilmiş altı aylıq müddəti ötürməsi üzürlü hesab edilməlidir. Bu baxımdan iş materiallarından göründüyü kimi X3 adına çıxarış xx.xx.2019-cu ildə verilmişdir. Belə ki iddiaçı qanun üzrə vərəsə kimi şəhadətnamə ala bilməsə də, yeganə vərəsə olması məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla mübahisəsiz haldır. Bu səbəbdən də həmin əmlak hazırda iddiaçı tərəfindən faktiki sahiblik edilir, o cümlədən əmlaka dair hər hansı bir şəxsin qanun üzrə vərəsəlik hüququ mövcud deyil, iddiaçının hazırda qanun üzrə birinci növbə üzrə yeganə vərəsə olması müəyyən olunur. Göstərilənlərə görə də, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 568 saylı bağ sahəsinin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış əmlakın qəbul edilməsi müddəti bərpa olunsun. X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 568 saylı bağ sahəsinin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar