Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2321/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “əmək müqaviləsinin ləğv edilməsi haqqında” 25 dekabr 2020-ci il tarixli 225k/ix nömrəli əmr ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və işdən çıxmağı barədə cavabdehə 24 noyabr 2020-ci il tarixində daxil olmuş ərizə əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən ləğv edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq, cavabdeh "Cavabdeh” MMC-nİn 16 mart 2020-ci il tarixli 149k/iq nömrəli əmri ilə “mühasib" vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə işində məsuliyyətli olmuş və əmək funksiyalarımın icrasına vicdanla yanaşmışdır. İşlədiyi ilk vaxtlarda rəhbərlik və kollektiv iddiaçının işindən razılıqlarını ifadə etmişlər. 2020-ci ilin may ayının əvvəllərində şirkət rəhbərliyi iddiaçını mağaza müdiri X10 ilə əlbir olub şirkətin əmlakını (təxminən 14 000 manat) mənimsəməkdə haqsız və əsassız yerə günahlandırdı. 14 may 2020-ci il tarixində iddiaçıya rəhbərlikdən dedilər ki, işə getməsin, nə vaxt işə çıxacağı barədə əlavə məlumat veriləcəkdir. 15 və 16 may (2020) tarixlərində işə getdi. Bu tarixdən sonra isə şirkət icazə vermədiyi üçün işə getmədi. Hətta iddiaçının yerinə Seymur adlı yeni işçi də götürmüşdülər. İddiaçıya sonralar məlum oldu ki, sözügedən mənimsəmə faktı ilə bağlı cavabdeh tərəfindən hüquq mühafizə orqanına müraciət edilmişdir. 2020-ci ilin avqust ayında iddiaçı ilə Xətai RPl-nin 35-ci Polis Bölməsinin əməkdaşı mobil telefon vasitəsilə əlaqə saxladı və iddiaçını bölməyə dəvət etdi. İddiaçı X10 ilə birgə sözügedən bölməyə getmişdir. Onların izahatları alınmışdır. İddiaçı izahatında qeyd edilən mənimsəmə faktı ilə bağlı təqsirinin olmadığını yazılı şəkildə bildirmişdir. Mənimsəmə faktı ilə bağlı heç bir təqsiri olmadığı üçün iddiaçı barəsində hər hansı cinayət-hüquqi tədbir görülməmişdir. Təqsirin müəyyən edən hər hansı bir qərar qəbul edilməmiş, şübhəli və ya təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilməmişdir. İddiaçı Cavabdehnə ya iddiaçını işə çıxmağına icazə verilməsi, ya da əmək müqaviləsinə xitam verilməsi üçün dəfələrlə şifahi müraciət etsə də, cavabdeh şirkət müraciətə məhəl qoymamışdır. Nə iddiaçının işə çıxmağına icazə vermiş, nə də əmək mücaviləsinə xitam vermişdir. Bundan sonra məcbur qalıb 23 sentyabr 2020-ci il tarixdə X9 Xidmətinin “Facebook” sosial şəbəkəsində olan rəsmi səhifəsinə şikayət etmişdir. Şikayətdə Cavabdeh qanun pozuntusu törətdiyinə görə müvafiq tədbir görülməsi və iddiaçının işdən çıxarılmağına yardım edilməsi tərəfindən xahiş edilmişdir. Qeyd edilən şikayətin 02 oktyabr 2020-ci il tarixində **********6 nömrə ilə qeydiyyata alınmışdır. X9 Xidmətinin Bakı şəhər İdarəsinin 21 dekabr 2020-ci il tarixli **********4 nömrəli məktubu ilə yuxarıda qeyd edilən müraciətiə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsininin ləğv edilməsi ilə bağlı cavabdehə rəsmi müraciət edilməmiş və rəsmi müraciət ediləcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəkdir. X9 Xidmətinin Bakı şəhər İdarəsinin sözügedən məktubundan əvvəl, yəni noyabrın 17-də əmək müqaviləsinə xitam verilməsi baradə ərizə yazaraq, elə həmin tarixdə poçt vasitəsilə cavabdeh “Cavabdeh" MMC-yə göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş "poçt göndərişinin verilməsi haqqında xəbərnamədən göründüyü kimi qeyd edilən ərizə cavabdehə 24 noyabr 2020-ci il tarixində çatmışdır. İddiaçıya sonradan, 02 mart 2021-ci il tarixində bəlli olmuşdur ki, cavabdeh “Cavabdeh" MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə yazdığı ərizə ilə, yəni işçinin təşəbbüsü ilə (AR ƏM 69-cü maddəsi) deyil, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Mç" bəndinə əsasən 25 dekabr 2020-ci il tarixində əmək müqaviləmə xitam vermişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmri cavabdehdən tələb etsə də, onlar qanunsuz olaraq həmin əmri iddiaçıya verməkdən imtina etdilər və bildirdilər ki, poçt vasitəsilə ərizə ilə müraciət etdiyi təqdirdə qeyd edilən əmri iddiaçıya verəcəklər. İddiaçı da məcbur qalıb 17 fevral 2021-ci il tarixində poçt vasitəsilə əmrin ona verilməsi xahişini özündə əks etdirən məktubla cavabdehə müraciət etmişdir. Cavabdehin 01 mart 2021-ci il tarixli müşayiət məktubu ilə əmək müqaviləsinə xitam verilməsi əmri iddiaçıya göndərilmişdir. Sözügedən müşayiət məktubu 02 mart 2021ci il tarixində iddiaçıya çatmışdır.(əsas: AlexExpress, qaimə № 013405). İddiaçı işdən çıxma ərizəsini 24 noyabr 2020-ci il tarixində cavabdehə çatdığını nəzərə alsaq, AR ƏMnin 69-cu maddəsinin 1-ci hissəsində göstərilmiş xəbardalıq müddəti 24 dekabr 2020-ci il tarixində başa çatmışdır. Xəbərdarlıq müddəti bitdiyinə görə cavabdeh başqa əsasla deyil, məhz AR ƏM-nin 69-cu maddəsi ilə əmək müqaviləsinə xitam verməli idi. Lakin cavabdeh qərəzli olaraq iddiaçını xəbərdarlıq müddətinin başa çatdığından sonra başqa əsasla əmək müqaviləsinə xitam vermişdir. Əgər AR ƏM-nin 70-ci maddəsinin “ç" bəndinə əsasən əmək müqaviləsinə xitam üçün əsas olmuş hallar (guya işə gəlməmə) əvvəcədən, yəni 2020-ci ilin may ayından mövcud idisə, niyə əmək müqaviləsinə xəbərdarlıq müddətində və ya bu müddətdən əvvəlki vaxtlarda xitam verilmirdi? Bu hallar həqiqətən mövcud idisə, nə üçün bu əsasla 2020-ci ilin dekabr ayını gözləyirdilər? Açıq aydın görünür ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qərəzli münasibət nümayiş etdirilmiş və gələcəkdə əmək fəaliyyətinə xələl gətirmək üçün, başqa yerdə işə düzəlməkdə çətinlik çəkməyi üçün yuxarıda qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh “Cavabdeh" MMC tərəfindən aralarında olan əmək müqaviləsinə qanunsuz olaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, iddiaçı işdən çıxmaq barəsindəki ərizəsi əsasında AR ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən aralarında olan əmək müqaviləsinə xitam verilməli idi. Eyni zamanda əmək qanunvericiliyinə əsasən işçinin AR ƏM-nin 70-ci maddəsinin “ç" bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi özlüyündə intizam tənbehidir. Belə ki, AR ƏM-nin 186cı maddəsinin 2-ci hissəsinin ”ç" bəndinə əsasən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi sayılır. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, İşçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (intizam tənbəhinin) 25 dekabr 2021-ci il tarixində verildiyini nəzərə alsaq, 24 noyabrdan başlayaraq 1 aylıq xəbərdarlıq müddətindən əvvəlki tarixlərdə baş vermiş guya inztizam pozuntusuna görə cavabdeh tərəfindən intizam tənbehi verilməsi qanunsuzdur. İddiaçı hesab edir ki, Cavabdeh “əmək müqaviləsinin ləğv edilməsi haqqında” 25 dekabr 2020-ci il tarixli 225k/ix nömrəli əmr ləğv edilməli, iddiaçının işə bərpa edilməyi təmin edilməli və iddiaçının işdən çıxmağı barədə cavabdehə daxil olmuş 24 noyabr 2020-cil tarixli ərizəyə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı İlqar oğlunun vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin iddiaçının vəkili Vəkil iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirilərək qeyd etdi ki, iddiaçının işdən çıxma əmri 02 mart 2020-ci il tarixində çatmışdır. 31 mart 2020-ci il tarixində isə poçta verilmişdir. İş materiallarında bunu təsdiq edən sənəd (zərf) vardır. Bununla bağlı AR Mülki Məcəlləsinin 371.2-ci maddəsində qeyd edilir: Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Məhkəmədə təqdim edilmiş 2020-ci ilin may ayında tərtib edilmiş aktlarla bağlı həmin aktlar cavabdeh tərəfindən tərtib edildiyinə görə mötəbər sübut hesab edilə bilməz. Həmin aktların həqiqətən hansı tarixdə tərtib edildiyinə əsaslı şübhə var. Sübut olsa belə, may ayında törədilmiş intizam xətasına görə 2020-ci ilin dekabr ayında intizam pozuntusu verilə bilməz. Bu bir başa maddi hüquq normasının pozuntusudur. Çünki AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hisssində aydın şəkildə qeyd edilir: İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Cavabdeh müəssisədə mənimsəmə faktı ilə bağlı cavabdehin nümayəndəsi keçən məhkəmə iclasında bildirdi ki, iddiaçının işdən çıxarılması səbəbi mənimsəmə faktı deyildir. Əgər elədirsə, cavabdehin nümayəndəsinin israrla iddiaçının mənimsəmə faktında təqsirli olmasını sübut etməyə çalışması başa düşülən deyildir. Burada o nəticəyə gəlinir ki, əslində iddiaçının işdən çıxarılması səbəbi işə gəlməmək deyil, cavabdeh müəssisənin əsasız qənaətinə görə mənimsəmə faktıdır. Mənimsəmə faktına da Xətai RPİ 35-ci Polis Bölməsində hüquqi qiymət verilmiş, hazırda cinayət işinin başlanmasının rədd edilməsi barədə ləğv edilməmiş qərarı mövcuddur. Həmin qərar preyedusial əhəmiyyət daşıyır. İddiaçının X9 Xidmətinə 2020-ci ilin sentyabr ayında edilmiş müraciətindən (həmin müraciətin surəti məhkəməyə təqdim edilib) də görünür ki, iddiaçı işdən çıxmaqla bağlı cavabdeh müəssisəyə dəfələrlə müraciət etmiş, işə getməyə çalışmış, lakin cavabdeh onun müraciətini nəticəsiz qoymuşdur. Şahidlərin ifadələrini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, X9 Xidmətinə edilmiş şikayət ərizəsini, cavabdeh müəssisə tərəfindən pozulmuş yuxarıda qeyd edilən maddi hüquq pozuntularını nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi X11 əvvəlki məhkəmə prosesində iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddiaya etirazında bildirmişdir ki, “xxxx” MMC ilə iddiaçı X5 arasında 16 mart 2020-ci il tarixində mühasib vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. İşində buraxdığı nöqsan ilə əlaqədar 25 dekabr 2020-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri 02 mart 2021-ci il tarixində poçt vasitəsi ilə almışdır. Araşdırma zamanı bəlli olmuşdur ki, məhkəmənin icraatına iş 06 aprel 2021-ci il tarixində daxil olmuşdur, nəticədə X2 “xxxx” MMC-yə qarşı qaldırmalı olduğu iddia müddəti 2021-ci ilin aprel ayının 02-də bitmiş olur. Bu səbəbdən də hesab olunur ki, hazırda cavabdehə qarşı qaldırılan iddia müddəti keçdiyindən iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddia müddətini tətbiq edərək, iddiaçı X5 cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Lənkəran ŞRPŞ tərəfindən verilmiş 15.03.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1999-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 16.03.2020-ci il tarixdə 149k/q nömrəli əmrlə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə mühasib vəzifəsinə işə qəbul edilmiş və 25.12.2020-ci il tarixdə 225 k/n nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. 01.03.2021-ci il tarixli Cavabdeh MMC tərəfindən İddiaçı işdən azad olunması barədə əmr ona təqdim edilmişdir. “xxxx” MMC-nin 25 dekabr 2020-ci il tarixli №225k/ix nömrəli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında əmrin surətindən görünür ki, İddiaçı İlqar oğlu – Cavabdeh MMC-nin mühasibi ilə bağlanmış əmək müqaviləsi 25 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının “Əmək” məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 21.12.2020-ci il tarixli **********4 nömrəli məktubun məzmunundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən şirkətin əmlakını mənimsədiyi üçün onunla bağlı Xətai rayon prokurorluğuna müraciət edildiyi və 01.05.2020-ci il tarixindən heç bir üzürlü səbəb olmadan bu günədək işə gəlmədiyi məlum olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cəmiyyət rəhbərliyinə rəsmi müraciət edilmədiyi və rəsmi müraciət edildiyi təqdirdə əmək müqaviləsinə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərlə əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və onlara xitam vermək işəgötürənin əsas hüququ olduğundan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə müraciət edilməsi tövsiyyə edilir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdeni hüquqi ünvanı ünvan 2-ci il, 30.07.2020-ci il, 31.08.2020-ci il,30.09.2020-ci il, 31.10.2020-ci il, tarixlərdə tərtib edilmiş aktların məzmunundan görünür ki, “xxxx” MMC-nin Baş ofisinin mühasibi X6 göstərilən tarixlərdə işə gəlməmişdir. 29.05.2020-ci il tarixdə audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, aparılan audit yoxlamasına əsasən belə nəticəyə gəlmək olar ki, sabiq mağaza müdiri X7 öhdəsində 20.05.2020-ci il tarixə 14.034,44 (on dörd min otuz dörd manat 44 qəpik) manat çatışmamazlıq aşkar edilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən X8 dəfələrlə müraciətlər olunmasına baxmayaraq o öhdəsində olan çatışmamazlığı cəmiyyətə tam ödəməmişdir. Bütün bunları və digər səbəbləri nəzərə alaraq cəmiyyətin sabiq mağaza müdiri X7 hesabındakı çatışmamazlığın tam araşdırılması və ödənilməsi, eləcədə uçot və hesabatları saxtalaşdırmaqda adı hallanan İddiaçı qanunsuz hərəkətlərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Auditorlar palatasının sərbəst auditor X12 tərəfindən “xxxx” MMC-nin təsisçilərinə ünvanladığı məktubdan görünür ki, “xxxx” MMC-də mağaza müdiri işləmiş X7 20.05.2020-ci il tarixə öhdəsindəki 14.034,44 (on dörd min otuz dörd manat 44 qəpik) manat çatışmazlıq (əskiklik) ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır. Rəy 29.05.2020-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 16.03.2020-ci il tarixdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində 25.12.2020-ci il tarixinə qədər mühasib vəzifəsində işləmişdir. O, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətdə həmin müəssənin direktoru X1 tərəfindən əmək pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin məhkəməyə verdiyi izahatında mühasib vəzifəsində işləmiş İddiaçı əmək fəaliyyəti 13 may 2020-ci il tarixdən 20 may 2020-ci il tarixlərində sərbəst auditor tərəfindən yoxlanılmış, yoxlama zamanı İddiaçı MMC-nin digər vəzifəli şəxsləri ilə əlbir olaraq, MMC-nin dövriyyəsində olmuş 14.034,44 (on dördmin otuz dörd manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitini mənimsədiyini bildirmiş buna dair sübutlar təqdim etməmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işə gəlmədiyinə görə işdən azad edildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “Ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında isə iddiaçının bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. İş materiallarında olan 225k/ix nömrəli, 25 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrədən görünür ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən iddiaçının işdən azad edərkən 01.05.2020-ci il – 30.11.2020-ci il tarixli aktları əsas götürmüşdür. Bununla belə iddiaçının iddia ərizəsinə əlavə etdiyi poçt qəbzindən görünür ki, iddiaçı Cavabdeh MMC-nə müraciət etmiş 24.11.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən həmin ərizə imzalanaraq qəbul edilmişdir. İddiaçı iddia edir ki, o, həmin ərizə ilə öz istəyilə işdən azad olunmasını xahiş etmişdir. Lakin cavabdeh 01.05.2020-ci il – 30.11.2020-ci il tarixli aktları əsas götürməklə bir aydan artıq müddət keçdikdən sonra, yəni 25 dekabr 2020-ci il tarixdən İddiaçı işdən azad etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 24.11.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən imzalanaraq qəbul edilmiş ərizənin nə ilə bağlı olduğuna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin;
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Sadalanan əmək qanunvericiliyinin normalarının məzmunundan göründüyü kimi ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Hətta işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədikdə belə xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmənin qənaətinə görə iddiaçı öz arzusu ilə işdən azad olunmasına dar ərizəni təqdim etmiş və və cavabdeh tərəf 24.11.2020-ci il tarixdə bu ərizəni qəbul etməsinə baxmayaraq 01.05.2020-ci il – 30.11.2020-ci il tarixli aktları əsas götürməklə bir aydan artıq müddət keçdikdən sonra, yəni 25 dekabr 2020-ci il tarixdən İddiaçı işdən azad etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində iddiaçının tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyildir. “İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsilə bağlı” tələbinə Əmək Məcəlləsinin 69-cu maddəsinə yanaşma baxımından o da qeyd edilməlidir ki, Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddia həmin hissədə əsaslı hesab edilə bilməz. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 dekabr 2020-ci il tarixli 225k/ix nömrəli əmri ləğv edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən xitam verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 dekabr 2020-ci il tarixli 225k/ix nömrəli əmri ləğv edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən xitam verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Quliyev