Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2332/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Cavabdeh göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Cavabdeh maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı 10 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün barışıq sazişi imzalandığı tarixdən hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin ödənilməsinin təsdiq edilərək icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2736/2015 saylı qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqların onun himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq, hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Mübahisənin həlli ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Cavabdeh birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün məhkəməyə müraciət etdiyi tarixdən etibarən hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Aliment məbləği hər ayın 10-a kimi onun adına açılmış bank hesabına ödənilməsi barədə razılıq verilmişdir. Lakin cavabdeh alimentin ödənilməsini vaxtında və tam şəkildə həyata keçirmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Cavabdeh arasında Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. İkinci tərəf Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat olmaqla, ümumilikdə 705 manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 10-na kimi Ərizəçi adına açılmış bank hesabına ödəniləcək.
2. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni alimentə dair olmayan hissəi barədə tərəflər arasında məhkəmə çəkişməsi olduğundan, həmçinin hazırda barışıq sazişinin təkçə alimentə dair hissəsinin təsdiq edilməsi tələb edildiyindən, sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Cavabdeh maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “İkinci tərəf Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat olmaqla, ümumilikdə 705 manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 10-na kimi Ərizəçi adına açılmış bank hesabına ödəniləcək.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - İkinci tərəf Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat olmaqla, ümumilikdə 705 manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 10-na kimi Ərizəçi adına açılmış bank hesabına ödəniləcək Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Quliyev