Məhkəmə qərarları › İş №2(005)-2358/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2358/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2358/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi bildirmişdir ki, mərhum X4 iddiaçının atasıdır. O, 1954-cü il tarixdə Şəki şəərində anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə Etibar Qasımzadənin vəziyyəti ağırlaşmış və X13 gələnə qədər vəfat etmişdir. Sabahı gün Şüvəlan qəsəbə qəbirstanlığında mərhum dəfn edilmişdir. Bundan sonra, iddiaçı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsindən iddiaçıya rəsmi qaydada bildirilib ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz.” O, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhumun hansı xəstəlikdən əziyyət çəkdiyini və ölüm səbəbini bilmir. Şüvəlan qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ölməsi barədə məlumatı ilk o, bilmişdr. X16 qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AA4411397 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1954-cü il tarixdə il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan xx.xx.1995-ci il tarixində verilmiş XVİİİ-ЖГ 497903 nömrəli doğum haqqında şədahətnamədən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixində anadan olmuşdur. X1, anası X6. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli, 56 nömrəli məktubuna əsasən, Ərizəçi X1 xx.xx.2025-ci il tarixdə vəfat edib, xx.xx.2025-ci il tarixdə Şüvəlan qəsəbə qəbrstanlığında dəfn edilib. Onun ölümü 230 saylı qeydlə qeydə alınmışdır. İş materiallarında olan Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, xx.xx.2025-ci il tarixdə çağırış olmuşdur. Xəstənin yanına gəlmə vaxtı 14:40-dır. Xəstənin soyadı, adı, ata adı X3r. Həkimə qədər ölüm baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetмə Birliyi" X15 "Bakı Baş Səhiyyə Mərkəzi" X15 45 Nömrəli Şəhər Poliklinikasının Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli 18- 1-1-100/2-137/2025 nömrəli məktuba əsasən, xx.xx.1954-cü il təvəllüdlü, X4 xx.xx.2025-ci il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən Həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən Ölüm haqqında şəhadətnamənin NAZS- 106 verilməsinə imtina edilmişdir və Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* No-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Bakı Şəhəri, Nərimanov Rayonu, X8 Küçəsi, Ev 123, Mənzil 13 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar