Məhkəmə qərarları › İş №2(005)-2367/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2367/2020

02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2367/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ərizəçinin oğlu olmuşdur. O, 2005-ci ildə Bakı şəhərində doğulmuşdur. xx xxxxxx 2005-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və “Mediclub” X14 Poliklinikasında vəfat etmişdir. Bir oğlu olan X7 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Dağüstü 1” qəbirstanlığında dəfn etmişlər. Bundan sonra ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxsndən ona rəsmi qaydada bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. O, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 264 nömrəli doğum haqqında arayışdan görünür ki, X10 xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qetdiyyat Şöbəsində 1182 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X8 qeyd edilmişdir; MediClub klinikasının məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 724 nömrəli məktubunun məzmunundan görünür ki, MediClub klinikası tərəfindən müvafiq məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(005)-2367/2019 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, xx xxxx 2005-ci il təvəllüdlü X5 xx xxxxxx 2005-cı il tarixdə “MediClub” klinikasına zəiflik, öskürək, təngənəfəslik, durulaşmış nəcis ifrazı şikayətləri ilə klinkaya müraciət edilmişdir. Kliniki diaqnoz olaraq KRX; kəskin iki tərəfli bronxopnevmoniya, kəskin gedişli ağır forma; sol tərəfli eksudativ plevrit; obstruktiv sindrom; TÇ 3-cü dərəcəli; AÜQ; ÜÇ-ikinci dərəcəli; assosiativ tipli bağırsaq disbiozu; daun sindromu qoyulmuşdur. Nəticə olaraq,aparılan reanimasyon müalicə fonunda uşağın vəziyyətində müsbət dinamika qeyd olunmurdur. xx xxxxxx 2005-ci il tarixindən etibarən uşağın vəziyyətində kəskin ağırlaşmalar qeyd olunmuşdur. xx xxxxxx 2005-ci il tarixində saat 16:00 radələrində xəstənin vəziyyəti kəskin pisləşmiş, həddindən artıq ağır olmuşdur. İntoksikasiya, tənəffüs və ürək-damar çatışmamazlığı kəskin artmışdır. Aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxx 2020-ci il tarixli 72 nömrəli məktubunun məzmunundan görünür ki, ərizəçi şəxsin xx xxxx 2020-ci il tarixli ərizəsinə cavab olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 253 nömrəli arayışının məzmunundan görünür ki, xx xxxx 2005-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbirstanlığında xx xxxxxx 2005-ci il tarixdə dəfn edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəli arayışının məzmunundan görünür ki, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi xx xxxxxxx 2003-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxx 2008-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X5 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X5 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 2005-ci il təvəllüdlü X5 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar