Məhkəmə qərarları › İş №2(005)-2374/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2374/2024

08.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2374/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı şəhəri 11 saylı Mediasıya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/11/2023-01095 saylı barışıq sazişinin, birgə nikahdan anadan olmuş xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ayın 23-dək hər uşağa 220 manat olmaqla, hər ay cəmi 440 manat aliment məbləğində alimentin Maraqlı şəxs alınaraq ona ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bakı şəhəri 11 saylı Mediasıya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/11/2023-01095 saylı barışıq sazişinə əsasən tərəflər nikahın pozulması razılığına gəlmiş, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Maraqlı şəxs barışıq sazişi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uaşağa görə 220 manat aliment ödəməyə razı olsa da, son 4 ay ərzidə cəmi 250 manat aliment ödəmişdir. Maddi cəhətdən çətin vəziyyətdə olduğuna görə məhkəməyə hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs 2023-cü ilin iyun ayından həmin ilin noyabr ayınadək hər ay 440 manat aliment ödəsə də, sonradan aylıq qazancının az olması səbəbindən bu ödənişləri hər ay ödəməyə davam etmək mümkün olmamışdır. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Maraqlı şəxs ilə “ikinci tərəf” Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01095 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 526 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. 2.Birinci Tərəfi övladları xx.xx.2009-cu il doğum tarixli X5 və xx.xx.2011-ci il doğum tarixli X1 ikinci Tərəfin himayəsində qalmasına etiraz etmir. 3.X6 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2009-cu il doğum tarixli X4 və xx.xx.2011-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 23-nə qədər, hər birinə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcək illərdə aliment məbləğinin artırılması və ya azaldılması üçün məhdudiyyət yaratmır. 4.X7 Tərəfə övladları xx.xx.2009-cu il doğum tarixli X4 və xx.xx.2011-ci il doğum tarixli X3 ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2679/2023 saylı qətnaməsi ilə İddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2009-cu il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 526 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nərimanov Rayon Mühafizə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nərimanov Rayon Mühafizə İdarəsində xx.xx.2012-ci il tarixdən polis nəfəri vəzifəsində işləyir. Onun aylıq əmək haqqı bütün vergilər (tutmalar) tutulduqdan sonra ələ çatan məbləğ 661.53 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X3 doğulmuşdur. Bakı şəhəri 11 saylı Mediasıya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/11/2023-01095 saylı barışıq sazişi ilə tərəflər nikahın pozulması, uşağın himayəsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması barədə razılığına gəlmişlər. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Tərəflər arasında barışıq sazişi olduğuna görə məhkəmə uşaqların himayəsi və aliment məsələlərinə münasibət bildirməmişdir. Hazırda isə Ərizəçi Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyini, alimenti razılaşdırılmış məbləğdə ödəmədiyini bildirir və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01050 nömrəli barışıq sazişinin bir hissəsi, yəni alimentə dair olmayan hissələri barədə tərəflər arasında məhkəmə çəkişməsi olduğundan, həmçinin hazırda barışıq sazişinin təkçə alimentə dair hissəsinin təsdiq edilməsi tələb edildiyindən, sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməməsinə əsas olaraq aylıq əmək haqqının az olmasını göstərmişdir. Məhkəmə bu halla bağlı qeyd edir ki, 1. maraqlı şəxs bu izahatı ilə barışıq sazişinin şərtlərinə onun tərəfindən əməl olunmamasını təsdiq etmişdir. Belə ki, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ; 2. Maraqlı şəxs barışıq sazişini öz iradəsi ilə kənar təsirlərdən azad şəkildə bağlamış (əksini sübut edən hallar müəyyən olunmamışdır), sərbəst şəkildə öz üzərinə vəzifə götürmüşdür. Qanunla müəyyən olunmuş hallar istisna olmaqla şəxsin öz üzərinə götürdüyü vəzifənin icrasından birtərəfli qaydada imtina etməsi və ya vəzifəsini lazımınca icra etməməsi qarşı tərəfə hüquqlarının təmini üçün məhkəməyə müraciət etmək imkanı verir. Ərizəçi də məhz buna istinad edərək hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, əsaslar olduğu halda maraqlı şəxsin aliment məbləğinin ödənilməsindən azad edilməsi və yaz bu məbləğin azaldılması üçün məhkəmədə iddia qaldırmaq hüququ saxlanır və bu hüquq məhkəmə iclasında şəxsə izah edilmişdir. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 01050 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01095 saylı barışıq sazişi “X6 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2009-cu il doğum tarixli X4 və xx.xx.2011-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 23-nə qədər, hər birinə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcək illərdə aliment məbləğinin artırılması və ya azaldılması üçün məhdudiyyət yaratmır.” hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmədiyindən bu rusum ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01095 saylı aşağıda qeyd edilən məzmunlu barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: X6 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2009-cu il doğum tarixli X4 və xx.xx.2011-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, hər ayın 23-nə qədər, hər birinə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcək illərdə aliment məbləğinin artırılması və ya azaldılması üçün məhdudiyyət yaratmır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya ssitemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar