Məhkəmə qərarları › İş №2(005)-2377/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2377/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2377/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X10 ərizəçinin atası idi. O, 10 may 1949-cu ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixində atasının vəziyyəti anidən ağırlaşmış və o vəfat etmişdir. X2 xx.xx.2023-cü il tarixində Maştağada Pirşəhid adlı qəbirsanlıqda dəfn edilmişdir. Bundan sonra ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilib ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz. Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, mərhum X10 bacısının yanında yaşayırdı. O, ifadəsində qeyd edir ki, X10 vəfat edərkən 74 yaşındaydı. Mərhumun Maştağa qəsəbəsində dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, o, mərhumun qudasıdır. O, qeyd edir ki, mərhum Ərizəçi xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumun ev şəraitində vəfat etdiyini və Maştağa qəsəbəsində dəfn edildiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Nərimanov rayonu Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 036470 nömrəli arayışdan müəyyən olunur ki, X10 ünvan 1 ünvanında qeydiyyatdadır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi və həmin tarixədək qeyd olunan ünvanda yaşadığı göstərilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10 may 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə Bakı şəhərində doğulub. X2, anası X6r. - Azərbaycan SSR Bakı şəhər VVAQ orqanı tərəfindən xx.xx.1982-ci il tarixdə verilən 302631 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Rəna Vaqif qızı ilə xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə 5361 nömrəli qeyd aparılmışdır. Ərə Həbibov, arvada Həbibova soyadları verilmişdir. - AR SN X5 İnstitutu tərəfindən verilən xəstənin xəstəlik tarixindən 2792 saylı epikrizdən məlum olur ki, X7 hipertoniya və ürək çatışmazlığı xəstəlikləri diaqnozu qoyulub. - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:54-də X3 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. - AR Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 766 saylı arayışdan məlum olur ki, 1984-cü il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi, “Pirşəhid” qəbiristanlığında dəfn olunmuşdur. - “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X18 4 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 78 nömrəli məktubdan müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X10 hər hansı xəstəliklə əlaqədar 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından poliklinika tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. - AR ƏN Bakı şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin 17 iyun 2023-cü il tarixli, 55 saylı məktubunun surətindən görünür ki, Ərizəçi X2nun ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq, ölümü təsdiq edən sənəd olmamasını nəzərə alaraq imtina edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1949-cu il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində rəhmətə gedib. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1949-cu il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar