Məhkəmə qərarları › İş №2(005)-2379/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2379/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2379/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 iyun 1966-cı ildə anadan olmuş Rusiya Federasiyasının vətəndaşı X11 17 dekabr 2020-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivində yerləşən həyət evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş Elektron Hökumət portalından “Giriş-çıxış və qeydiyyat“ idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemindən vətəndaş haqqında məlumata dair elektron sənəddən görünür ki, Ərizəçi yaşayış və qeydiyyat ünvanı ünvan 1 mərhum 10 iyun 1966-cı il təvəllüdlü X2 vətəndaşıdır (RF Pasportu P RUS 76 2853704). 2020-ci ilin noyabrında Azərbaycana Bakı şəhərinə ailəsini ziyarət etməyə gəlmiş, 23 Noyabr 2020-ci il tarixdən 18.02.2021-ci il tarixinə qədər əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası tərəfindən ünvan 2 ünvanında müvəqqəti qeydiyyata alınmışdır. Ərizəçinin atası mərhum X25 oglıı 2020-ci ilin dekabrında “COVİD-19" xəstəliyinə yoluxmuş və həmin ilin dekabrın 17-də axşam saat 23.30 radələrində ailəsi ilə birgə yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivindəki həyət evində vəfat etmişdir. X11 vəfatı ilə bağlı ailə üzvləri təcili tibbi yardım çağırışı etmişlər və Bakı şəhəri Təcili və X7 Stansiyasının (BŞT və TTYS) 17 saylı bölməsinin həkimi və feldşeri mərhumun vəfat etdiyi Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivindəki həyət evinə gələrək, orada pasiyent X11 meyitini aşkar etmişlər. BŞT və TTYS 17 saylı bölmənin həkim və feldşeri mərhum X11 ölüm faktını qeyd etmişlər və AR Səhiyyə Nazirliyinin ******* nömrəli Müşayiət vərəqində statistik qeydiyyat aparmışlar. X11 17 dekabr 2020-ci il tarixdə saat 23.30-da vəfat etməsini ailə üzvləri, yaxın qohumları, qonşuları görmüşlər. 18 dekabr 2020-ci il tarixdə mərhum X11 cənazəsi Ərizəçi, ailə üzvləri və qohumları tərəfindən Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndinə aparılaraq 1 -ci Ərəbcəbirli kəndinin ərazisində yerləşən qəbıistanlığında dəfn olunmuşdur (qəbrinin fotoları ərizəyə əlavə olunmuşdur). Ərizəçinin atası mərhum X11 17.12.2020-ci il tarixdə vəfat etdiyi vaxt Ərizəçi və ailə üzvləri ”Covid-19” xəstəliyinə yoluxduqlarından müəyyən müddət karantində müalicə olunduqları üçün, həmçinin bir müddət sərtləşdirilmiş xüsusi karantin rejiminə görə müəssisə və idarələrin fəaliyyəti müvəqqəti məhdudlaşdırıldığından Ərizəçi vaxtında ölüm haqqında şəhadətnaməni almaq üçün müraciət etməmişdir. Ərizəçi İmanova X9 rayon Prokurorluğuna ərizə ilə müraciət edərək X5nun Abşeron rayonu. At yalı qəsəbəsində yerləşən fərdi yaşayış evində “Covid-19“ səbəbindən ölməsi ilə əlaqədar ölüm kağızını əldə edə bilmədiklərini və həmin sənədin veriliməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Ərizəyə əlavə olıınmuş Abşeron rayon Prokurorluğunun 16 mart 2021-ci il tarixli. 330-Ş-21 JSTu-li cavab məktubunda ərizəçiyə ölüm kağızını əldə etmək məqsədilə Az.Resp.Səhiyyə Nazirliyinin MTE və PA İ TT Birliyinin Abşeron rayon şöbəsinə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi mərhum X5nun ölümünün qeydə alınması məqsədilə 19 mart 2021-ci il tarixli ərizə ilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs Ərizəçiva ünvanlanmış 19.03.2021-ci il tarixli, 05Q//374/75 saylı məktubunda ölümün qeydə alınmasına dair Ərizəçi ərizəsinin təmin edilməsinin mümkün olmadığını, ölüm faktın təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığından ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçi mərhum atası 10 iyun 1966-cı il təvəllüdlü X11 17 dekabr 2020-ci il tarixdə saat 23.30-da Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivində fərdi həyət evində vəfat etməsi faktını şahidlər təsdiq edə bilərlər. Ərizəyə əlavə olunmuş Maraqlı şəxs 19.03.2021-ci il tarixli. 05Q//374/75 №-li imtina məktubundan görünür ki, ərizəçi lazımi olan orqana müracit etmiş, lakin mərhum X5nun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir, ona tövsiyyə olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsin. Ərizəçi İmanova X6 Hökumət portalından “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən vətəndaş haqqında məlumata dair elektron sənəddə qeyd olunduğu kimi ünvan 4 ünvanında yaşayır. Yuxanda qeyd olunduğu kimi ərizəçi Cəvahir İmanovun X5nun ölüm faktının müəyyən edilməsi onun və ailə üzvləri üçün atasının ölüm haqqııda şəhadətnaməsini əldə etmək və notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq və miras əmlakın özəlləşdirilməsi, miras əmlaka sərəncam verilməsidir. Bu məqsədlə Ərizəçi mərhum atası C.İ.İmanovun vəfal etməsi faktının müəyyən edilməsi vacibdir və təxirəsalınmayan haldır. Ərizəçi yaşadığı və mərluım X5nun müvəqqəti qeydiyyatda olduğu ünvan ünvan 51-ci il tarixli ərizə və müvafiq sənədlərlə müraciət edərək mərhum atasının vəfatı ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsini tələb etmişdir. Ərizəçi müraciətinə 4 saylı şəhər Poliklinikasında baxılaraq, poliklinikadan 08.04.2021-ci il tarixli. 70 №-li cavab məktubu verilmiş, məktubda 17.12.2020- ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivində vəfat etmiş X11 adına ölüm haqqnda tibbi şəhadətnamə verilməsi üçün 2 ay sonra müraciət edildiyindən, ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı və bu barədə məhkəmə orqanlarına müraciət edilməsi qeyd olunmuşdur. Ərizəçi vəfat etmiş alası X10 miras qalmış daşınmaz əmlakları ailə üzvlərinin adına keçirmələri və bunun üçün notariat orqanında vərəsəliyin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras qoyanın ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan mərhum X5nun 17 dekabr 2020-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivində vəfat etməsi barədə ölüm haqqında şəhadətnamə ala bilmədiyindən və bununla bağlı qeydiyyat orqanının yuxarıda qeyd olunan 19.03.2021-ei il tarixli məktubu ilə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görüldüyündən, eyni zamanda ölüm haqqında tibbi şəhadətnamənin alması iiçtin 4 savlı şəhər Poliklinikasına etdiyi müraciətə səhiyyə müəssisəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyrimümkünlüyü və bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməsi bildirildiy indən, eləcə də mərhum X11 ölüm faktı Bakı şəhəri Təcili və X7 Stansiyasının (BŞT və TTYS) 17 saylı bölməsinin ******* nömrəli Müşayiət vərəqində qeyd olunduğundan və həmin sənəd ölüm haqqında həkim şəhadətnaməsini, arayışını əvəz etmədiyindən, ərizəçi hazırki ərizə ilə X5nun vəfat etməsi faktının müəyyən edilməsi üçün yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin Bak şəhəri Nərimanov rayon Məhkəməsinə ünvanladığı 02.04.2021-ci il tarixli, 06 №-li məktubdan görünür ki, X19 10.06.1966-cı ilcə anadan olmuş 17.12.2020-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivində fərdi həyət evində vəfat etmişdir, dəfn mərasimində mərhum Cəmil İmanov 18.12.2020-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbristanlığında dəfn edilmişdir. Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 02.04.2021-ci il tarixli məktubuna mərhum Cəmil İmanovıın qəbrinin fotoşəkli də əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X14 bildirmişdir ki, mərhum X19 ilə bir sinifdə oxuyublar, yaxın dostluq münasibətləri olub. Mərhum Rusiyada yaşayırdı. O mərhumun vəziyyətinin pisləşdiyini eşidəndə mərhumun yaşadığı ünvana çatdıqda o artıq rəhmətə getmişdir. Onlar dekabrın 17-si mərhumun vəziyyətinin pisləşdiyini eşitdilər. Ölüm səbəbi Covid 19 virusuna yoluxması olmuşdur. Mərhum öz doğma ata-baba torpağı Göyçay rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ərizəçinin qonşuluğunda yaşadığını qeyd etmiş, axşam saatlarında qonşu həyətdən qışqırıq səsləri eşitdikdən sonra həmin həyətə qaçaraq nə baş verdiyini öyrənməyə çalışmışdır. Bundan sonra görmüşdü ki, ərizəçinin atası dünyasını dəyişib. Habelə şahid V.Niftəliyev digər şahid X8 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Maraqlı şəxs 19.03.2021-ci il tarixli məktubundan görünür ki, 2 saylı “Asan xidmət" mərkəzi qeydiyyat şöbəsi Sizin vəfat etmiş atanız-X12 ölümün qeydə alınması barədə 19.03.2021-cü il tarixli ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyası 17 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 17.12.2020-ci il tarixdə, saat 23:52-də X11 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X11 qəbirüstü abidəsi mövcuddur və üzərində “X20, 10.06.1966-18.12.2020” yazılmışdır. İş materiallarında olan Ərəbcəbirli Bələdiyyəsinin 02.04.2021-ci il tarixli arayışından görünür ki, X19 18.12.2020-ci il tarixdə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli 70 nömrəli məktubdan görünür ki, Sizin 05.04.2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, 17 dekabr 2020-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivi vəfat etdikdən 2 ay sonra poliklinikaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət edildiyindən (vaxt baxımından uzun müddət olduğundan) atanız X15 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. X1 adına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəmə orqanlarına müraciət etməlisiniz. İş materiallarında olan 17.02.2004-cü il tarixdə verilmiş, İ-İK 883495 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci ildə Rusiya, Moskva vilayəti, Kaşira şəhərində anadan olmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 23.04.1997-ci il tarixində 111 nömrə ilə qeyd aparılmışdır. X5, anası X3 Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X19 17 dekabr 2020-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində vəfat etmiş və Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd ərazisində yerləşən qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X11 17 dekabr 2020-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 17 dekabr 2020-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar