Məhkəmə qərarları › İş №2(005)-2405/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2405/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2405/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəlikləri üzrə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədə göstərilən mənzilin çatışmayan sahəsi üçün 3005,60 manat, vurulmuş zərərin əvəzi olararaq 2554,76 manat və göstərilmiş hüquqi yardıma görə 110 manat olmaqla, cəmi 5670,36 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06.06.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Nərimanov rayonu, S.Vurğun küçəsi 140 saylı evin 10-cu mərtəbəsində 4 otaqdan ibarət, 155,7 kv.m olan 28 saylı mənzili “MARS’' MTK-dan almış və pulunu tam ödəmişdir. Lakin, həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** nömrəli, 21.08.2020-ci il tarixli verilmiş çıxarışdan məlum olmuşdur ki, cavadeh tərəfindən müqavilə üzrə qeyd olunan mənzil sahəsi tam yox, 10,4 kv.m az verilmişdir, ödəniş isə azaldılmamışdır. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 145,30 kv.m., lakin müqaviləyə əsasən ondan ödəniş 155,7 kv.m üçün götürülmüşdür. 2003-cü il tarixdə, 155,7 kv metrə dair 128.639.340 dollar ekvivalenti ilə 26 469 dollar, hər kvadrat üçün 170 ABŞ dolları ödəmiş və necə illərdi ki, kommunal pulu sahib olmadığı, üzərinə yalandan yazılan 10.4 kv. üçün pul ödəmişdir. Cavabdeh tərəfindən öhdəliyin icrası üçün gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 2554,25 manat ona ödənilməlidir. Lakin onun Cavabdeh MTK-ya rəsmi ərizə ilə müraciət elməyinə baxmayaraq, ərizəsinə heç bir münasibət bildirməmişlər. 17.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 06.06.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Nərimanov rayonu, S.Vurğun küçəsi, 140 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 155.7m2 təşkıl edən 4 otaqlı mənzilə dair Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, mənzil 28 İddiaçı mülkiyyətindədir və həmin mənzilin ümumi sahəsi 145,30 kv.m. təşkil edir. 20.08.2021-ci il tarixli, 10/2753 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzilinin ümumi sahəsinin 143,7 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan mənzilin təmirdən əvvəlki vəziyyətdə olan ölçülərini əks etdirən layihə sənədi və ya plansxem mülki iş materiallarında olmadığından, həmin mənzilin ümumi sahəsinin təmirdən əvvəl nə qədər təşkil etdiyi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli texniki pasportda tədqiq olunan mənzil üzrə qeyd edilmiş tikililərin ölçülərini və sahəsini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzilə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 21.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərkən, həmin mənzilin sahəsinin ölçülməsi qaydasının faktiki sahəyə uyğun (arakəsmələr, divar və s. çıxılmaqla) aparıldığı müəyyən edilmişdir. "MARS” MTK ilə İddiaçı arasında bağlanmış 06 iyun 2003-cü il tarixli müqavilədə mənzilin sahəsinin hesablanma qaydası göstərilmədiyindən, müqavilənin 5.1-ci bəndində tədqiq olunan mənzilin sahəsinin 155,7 kv.metr göstərilməsinin səbəbini, eləcə də müqavilədə göstərilən sahə ilə 21.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən sahə arasındakı sahə fərqinin hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mənzilə dair tərtib edilmiş 20.08.2020-ci il tarixli texniki pasportun məlumatları ilə həmin mənzilin tikililərinin faktiki vəziyyətdə planlı yerləşməsi müqayisə edilərkən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzil üzrə təmirlə bağlı konstruktiv dəyişikliklər aparılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci və 1.2-ci bəndlərində göstərilmişdir ki, Bakı Şəhər İH-nin 1318 saylı, 28.12.98-ci il tarixli sərəncamına əsasən «MARS-FK» Ltd şirkətinin nəzdində yaradılmış “Mars MTK” tərəfindən ünvan 1 ünvanda 17 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti «MARS-FK» Ltd şirkətinin nəzdində yaradılmış Cavabdeh MTK-nın üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir. Müqavilənin «1.1.» bəndində göstərilənə əsaslanaraq Nərimanov rayonu, S.Vurğun küçəsi, 140 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 155.7m2 təşkıl edən 4 otaqlı mənzili «Kooperativ» İddiaçı (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, İddiaçı isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil veriləcək 4 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 155,7 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 26469 ABŞ dolları tərəflərin razılığı ilə təyin edilmişdir. Daha sonra 21.08.2020-ci il tarixdə iddiaçı hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alarkən sahə fərqinin olduöunu müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdiyi ifadələrdən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən çıxarışı aldığı zaman hüququnun pozulduğunu bildiyi andan cavabdehə pretenziyasını bildirmiş, lakin heç bir nəticə əldə etmədiyindən, məhkəməyə belə iddia ilə müraciət etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılara uyğun əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarı qüvvəyə minmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarının: 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. 3.6. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr - yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır. Döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Binanın müxtəlif hissələrində müxtəlif sayda mərtəbələr olarsa, həmçinin bina maillik olan sahədə yerləşdikdə və maillik hesabına mərtəbələrin sayı dəyişdikdə mərtəbəlik binanın hər bir hissəsi üçün ayrıca təyin edilir. 3.7. Yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu 29 iyun 2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırki iş üzrə mübahisənin yaranmasına səbəb olmuş müqavilədən isə görünür ki, tərəflər arasında müqavilə Şəhərsalma və Tikinti Məcəlləsinin qanuni qüvvəyə minməısindən əvvəl, yəni 06.06.2003-cü il tarixdə bağlanmışdır. Bu səbəbdən 20.08.2021ci il tarixli, 10/2753 nömrəli ekspert rəyi verilərkən mənzilin faktiki sahəsi ölçülmüş, müqavilənin bağlandığı vaxt qüvədə olmayan və tətbiq edilməsi mümkün olmayan bu müqavilənin bağlanmasından sonra, yəni 06 iyun 2003-cü il tarixdən sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzilinin ümumi sahəsinin 143,7 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Ekspert rəyindən o da görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli texniki pasportda tədqiq olunan mənzil üzrə qeyd edilmiş tikililərin ölçülərini və sahəsini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsu, 140 saylı evin 28 nömrəli mənzilə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 21.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərkən, həmin mənzilin sahəsinin ölçülməsi qaydasının faktiki sahəyə uyğun (arakəsmələr, divar və s. çıxılmaqla) aparıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, 21.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərkən arakəsmələr, divar və s. çıxılmaqla mənzil sahəsinin daha az göstərilməsi “MARS» MTK ilə İddiaçı arasında bağlanmış 06.06.2003cü il tarixli müqavilə şərtlərinin “MARS» MTK tərəfindən pozuntusu kimi qiymətləndirilə bilməz. O da qeyd edilməlidir ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 155.7 kv.m.-dir (1.2-ci bənd). Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil deyil, daha az sahəli mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıq-aşkar zidd qənaətdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən tərəflər arasında bağlanmış 06.06.2003-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndləri nəzərə alınmalı və bu xüsusata qiymət verilməlidir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 26469 ABŞ dolları məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 155.7 kv.m. olan dörd otaqlı mənzilə görə ödəniləcək məbləğin 26469 ABŞ dolları razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəlikləri üzrə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar