Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2413/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs olmaqla "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxəs arasında xx.xx.2023-cü il tarixində bağlanmış barışıq sazişinin təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.2004-cü il tarixində Maraqlı şəxs ilə nikah bağlamışdırlar. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X12 adlı bir oğulları dünyaya gəlmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs arasında nikahları pozulmuşdur. Həmin vaxtdan başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü oğulları X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1062/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş oğullarının saxlanılması üçün hər ay 170 manat miqdarında alimentin tutulması qət edilmişdir. Halhazırda X6 12 yaşı var, Nərimanov rayon Məhkəməsində çıxarılmış qətnamədə qeyd edilən məbləğ uşağın heç bir təlabatını ödənilməsinə yetmir. Buna görə də xx.xx.2023-cü il tarixində Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş oğulları X2 üçün 220 manat məbləğində, eləcə də yetkinlik yaşına çatanadək hər il artım nəzərə alınması barədə barışıq sazişi imzalamışdırlar. Həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştrirak edən Ərizəçi ərizəni müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs alimenti vaxtı vaxtında ödəmir və İcra şöbəsində bildirdilər ki, onlarda olan qətnamədə 170 manat qeyd olunub, barışıq bağlanılıb, aralarında 220 manat ödənilməsi ilə bağlı barışıq əldə olunub, lakin İcra şöbəsi qətnamə olmadığı üçün icra etməkdən imtina etmişdir, maraqlı şəxsin 820 manata qədər borcu var idi və həmin borcdan 100 manatını ödəyib, maraqlı şəxs vaxtı vaxtında alimenti ödəmir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, ərizəçi ilə üç ildir ki, nikahları pozulub və alimenti də vaxtında ödəmişdir, mənzilini satıb 30.000 manatı ərizəçiyə vermişdir, hazırda rəsmi iş yeri yoxdur, mediasiya prosesində iştirak etmişdir, nə sənəd imzaladığını dəqiq bilmir, 220 manat məbləğində təyin olunmas barədə məlumatı var, lakin hazırki gündə həmin məbləği ödəyə bilmir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixli, mediasiya reyestrində MŞB/9/2023-00158 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlə bağlanmışdır. - Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: - Ata Maraqlı şəxs övladı xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna əsasən alimentin məbləği artırıldığı halda, İkinci tərəf Maraqlı şəxs Yusif oğlu (Ata) bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1062/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X9 arasında 11 dekabr 2004-cü il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində 758 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X10 anası X3 yanında saxlanılması, X4 xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması ilə bağlı hər ay 170 manat sabit məbləğdə aliment tutulub X7 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 707986 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 04 iyul 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası X8r. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 443150 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və X9 arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi ilə maraqlı şəxs birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün hər ay 220 manat məbləğində pulun maraqlı şəxs tərəfindən ərizəçiyə ödənilməsinə mediasiya prosesində razılaşmışlar, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Hazırda ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış saziş mediasiya prosesində bağlandığından məhkəmə həmin sazişin qanunla müəyyən edilmiş qaydada təsdiq edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X5 iştirakı ilə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00158 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/9/2023-00158 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: - Ata Maraqlı şəxs övladı xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 220 (iki yüz iyirmi) AZN təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna əsasən alimentin məbləği artırıldığı halda, İkinci tərəf Maraqlı şəxs (Ata) bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2413/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2413/2023
13.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver