Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2445/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçin maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçin maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə X5 ərizəçinin anası idi. O, 23 oktyabr 1947-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixində anasının vəziyyəti ağırlaşmış və o X16 gələnə qədər vəfat etmişdir. X1 xx.xx.2023-cü il tarixində Saray qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Bundan sonra ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilib ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz. Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş; eyni zamanda məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, mərhumə X5 onun xalasıdır və o, yoldaşı ilə birgə yaşayırdı. O, ifadəsində qeyd edir ki, X5 alzheymer xəstəsi idi. Mərhumənin 15 mart 2023-cü il tarixində Bakı şəhərində vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, o, mərhumənin bacısı qızının həyat yoldaşıdır. O, qeyd edir ki, mərhumə X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumənin Saray qəsəbəsində dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, o, mərhumənin kürəkənidir. O, qeyd edir ki, mərhumə X5 anidən xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumənin Saray qəsəbəsində dəfn edildiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Nərimanov rayonu Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 028896 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. X2 xx.xx.2023-ci il tarixində vəfat etdiyini və həmin tarixədək qeyd olunan ünvanda qeydiyyatda olduğu göstərilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 23 oktyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Bakı şəhərində doğulub. X4, X1dır . - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:10-da X5 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. - AR Abşeron rayonu Saray Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 107 saylı arayışdan məlum olur ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Saray qəsəbəsi, “Saray qəsəbə” qəbiristanlığında dəfn olunmuşdur. - “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X17 37 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 51 nömrəli məktubdan müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X5 hər hansı xəstəliklə əlaqədar 37 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından poliklinika tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində AR Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi X1nın ölümünün qeydiyyata alınması barədə müraciətinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən imtina edilmiş, aiddiyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1947-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində rəhmətə gedib. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən, xx.xx.1947-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2445/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2445/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver