Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2463/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbi üzrə ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Rzayev İlkin Mövsüm oğlu Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, anası X9 yaşadığı ünvanda xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X7 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2018-ci il tarixində dəfn etmişlər. Ərizəçinin anası-X4 anidən ölümü mənəvi və psixoloji cəhətdən ərizəçini və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişlər. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Belə ki, evin sənədləşdirilməsi ilə əlaqədar olaraq ərizəçinin anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. X5 ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət olunmuşdur, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərar ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasf’nın 8.5-ci bəndinəəsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, X5 xx.xx.2018ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda ərizəni müdafiə edərək ərizənin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X10 ifadəsində mərhumun xx.xx.2018-ci il tarixdə vəfat etdiyini, Yasamal qəbiristanlığında dəfn edildiyini və dəfnində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində mərhumun bibisi olduğunu, noyabrın 25-də gecə vəfat etdiyini, Yasamalqəbirstanlığında dəfn olunduğunu bildirmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 96 №-li məktubundan görünür ki, Nərimanov rayon Qeydiyyat şöbəsi Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 443 №-li arayışından görünür ki, X1 yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2018-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X11 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2018-ci il saat 23:45-də X5 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1947-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Oktyabr rayon VVAQ bürosu tərəfindən verilmiş İİ- JQ 290040 nömrəli, xx.xx.1973-cü il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X12, anası X8r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər araşdırılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi məhkəməyə müraciət etmiş və qeyd edilən tələb üzrə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2463/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2463/2020
02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver