Məhkəmə qərarları › İş №2(005)-247/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-247/2021

08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-247/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İdris oğlunun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İdris oğluna qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 İdris oğluna qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh1 ondan 130.000 avro borc istəmişdir. Razılaşdırılmış vaxt gəlib çatanda cavabdeh borcu qaytara bilmədiyindən təklif etmişdir ki, 350.000 avro da verib cavabdehə onun üçün yerqazan texnika almışıdır. Onun dediyi kimi də etmiş və əlavə olaraq 350.000 avro da vermişdir, Hənifəyev Cəmil onun üçün 480000 avroya yerqazan texnikanı almışdır. Texnikanın sənədlərinin gəlmədiyini bəhanə gətirərək həmin texnikanı onun adına keçirməmişdir. İddiaçı çox narahatçılıq keçirdiyi üçün cavabdeh, onu arxayın salmaq məqsədilə adına etibarnamə vermişdir. Bundan sonra yenə rəsmiləşdirmə işləri yubanmışdır. İddiaçı rəsmiləşdirmə işlərinin yubadılmasından şübhələnmiş və öyrənmişdir ki, həmin yerqazan texnika bankda girovdadır. Bunu Cəmilə bildirlikdə 20.000 ABŞ dolları ödəyərsə, banka olan borcunu bağlaya və texnikanı adına rəsmiləşdirə biləcəyini demişdir. İddiaçı 20000 ABŞ dolları ödəmiş və texnika girovdan çıxarılmışdır. Bundan sonra bəhanəsi qalmadığına görə iddiaçı yenidən 35000 manat ödəmiş və alqı-satqı müqaviləsi bağlamışlar. Lakin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək texnikanı ona təhvil verməmişdir. Hər dəfə C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikanı təyinatı üzrə işlədilməsi üçün iş çıxsa da, Cəmil mülkiyyətində olan texnikanı ona təhvil verməmişdir. Həmin texnikanı iddiaçıdan gizlədərək gəlir əldə etmişdir. Dəfələrlə ona texnikanı verməyi təklif etsə də, imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 İdris oğlundan mülkiyyətində olan AZ 90N 333 dövlət qeydiyyat nişanlı, C-9 markalı, BAUER BG 24 H modelli, 2005-ci il buraxılışlı, sarı rəngli yerqazanın alınaraq saz vəziyyətdə tam komplekt formada ona təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq (əldən çıxmış layda) 590000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2021-ci il tarixli iclasında İddiaçı vəsatəti əsasında Cavabdeh1 İdris oğlunun qardaşı Cavabdeh2 da mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 İdris oğlundan 85000 ABŞ dollarının tutulması, 10000 manat məbləğində mənəvi zərərin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İdris oğlundan tutulması və pul tələbinin mübahisəli C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikaya yönəldilməsi və həmin qurğunun satılaraq satışdan əldə olunmuş pul hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat iddia tələbini 85000 ABŞ dolları borc hissəsində qəbul etdiyini bildirdi. Lakin hazırkı maddi vəziyyəti ilə əlaqədar olaraq borc məbləğini hissə-hissə qaytara biləcəklərini qeyd etdi. Cavabdeh1 İdris oğlunun nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və 85000 ABŞ dolları borc hissədində əsaslı, qalan hissədə əsassız olduğunu bildirdi. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 85000 ABŞ dolları bu günki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 144500,00 manat məbləğində pulu borc verir. Borc alan krediti xx.xx.2020-ci il tarixədən borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikanı Cavabdeh2 etibarnamə əsasında etibar etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 144500 manat və 289,00 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 85000 ABŞ dolları borcun Cavabdeh2 tutulması hissəsində təmin edilməli, həmin məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi pulun C-9 markalı BAUER BG 24 H markalı, 2005-ci il buraxılışlı yerqazan texnikaya yönəldilməsi və satışdan əldə olunmuş pul hesabına ödənilməsidir. Məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən texnikanın ipoteka ilə yüklü edilməsinə dair hər hansı bir müqavilə və ya öhdəlik yoxdur. Bu səbəbdən idia tələbi göstərilən hissədə təmin edilə bilməz. Məhkəmə tərəflərin mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 85000 (səksən beş min) ABŞ Dolları məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar