Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2470/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Maraqlı şəxs ilə «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/2/2025-0207 saylı iş üzrə xx.xx.2025-ci il tarixli “barışıq sazişi"nin təsdiq edilməsi barədə, habelə mediasiya dövründə və Barışıq Sazişinin təsdiqi ilə bağlı iddia ərizəsi üzrə ödənilmiş 460 manat xərcin yarısının cavabdehdən alınaraq ona qaytarılıması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 03.11 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşuq. Rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladları var.Artıq bir neçə müddətdir ki, cavabdehlə ailə münasibətləri pozulmuş, 2024-cü ilin sentyabr ayından o, azyaşlı övladları ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşayır.Ailəni qoruyub saxlamaq mümkün deyil. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət edilib və aralarında 07 aprel 2025-ci il tarixdə Barışıq Sazişi bağlanmışdır. Qeyd edilən Sazişin müddəalarına əsasən hər ikisi aralarındakı nikahın pozulmasına və uşaqların onun himayəsində qalmasına razılıq verilib. Eyni zamanda cavabdeh barışıq sazişində 1 mart 2025-ci il tarixdən başlayaraq hər ay qazancının 1/3 hissəsi miqdarında olmaqla aliment ödəməyi, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 130,0 kv.m., dəyəri 350 000 (üç yüz əlli min) manat olan 47 saylı mənzilin 2 (iki) ay müddətində satılaraq, həmin məbləğin yarısının onun şəxsi hesabına köçürülməsini öhdəlik götürmüşdür. Məhkəmə prosesi iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verdi və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 noyabr 2012-ci il tarixli, AZ-İ № 789094 saylı nikah haqqında şəhadətnamədən görünür ki,Maraqlı şəxs və X8 03 noyabr 2012-ci il tarixdə nikaha daxil olmuşlar.Həmin tarixdə 922 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZE №12990039 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev Mübariz xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulub. İş materiallarında olan AA6269201 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X6 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx.xx.1990-cı ildə doğulmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki,Ərizəçi təərfindən 100 manat dövlət rüsumu ödənmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli,MSB/2-00207/2025saylı Mediasiya Xidmətlərinin Göstərilməsi barədə Müqaviləyə əsasən tərəflər müqavilənin işin yekun nəticəsi ilə bağlı olmadığı ilə və Mediator vasitəsi ilə Mübahisə tərəfləri arasında mütləq qaydada barışığın əldə edilməsini ehtiva etmədiyi ilə razılaşırlar. Mediator Mübahisə tərəfləri arasında barışığın əldə edilməsində vasitəçi qismində çıxış edir.Ərizəçi tam mediasiya sesiyası ilə bağlı 360 manat medasiya xərci ödəmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs razılaşırlar ki, aralarında bağlanmış 03 noyabr 2012-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən 922 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasına, Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 Ərizəçi himayəsində qalmasına etiraz etmir. Maraqlı şəxs Ərizəçi xx.xx.2025ci il tarixdən başlayaraq övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək, hər ay qazancının(başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında olmaqla hər ayın 25-dək aliment ödəməyi öz öhdəsinə götürür. Ərizəçi Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 uşaqlar azyaşlı olduqları üçün uyğun vaxtlarda, yəni hər ayın birinci və üçüncü həftəsi həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək, hər ayın ikinci və dördüncü həftəsi həftənin bazar günləri saat 11-dən saat 18:00-dək uşaqlar yetkinlik yaşına çatanadək heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Maraqlı şəxs Ərizəçi ilə birhə nikah dövründə əldə edilən ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 130,0 kv.m dəyəri 350000(üç yüz əlli min) manat olan 47 saylı mənzilin 2 ay müddətində satılaraq bərabər qaydada bölünməsinə və vəsaitin Ərizəçi şəxsi kart hesabına köçürülməsinə etiraz etmir. Mediasiya xərci olan 360 manat məbləğində pul Ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə keçirilən tam mediasiya sessiyası zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər. Tərəflər Ərizəçi və Maraqlı şəxs nikah münasibətlərini davam etdirə bilmədikləri üçün nikahın pozulması tələbi ilə Ərizəçi tərəfindən məhkəməyə müraciət olunacaqdır. Tərəflər Ərizəçi və Maraqlı şəxs ilə aramızda bağlanmış 03 noyabr 2012-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən 922 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıdırlar. Tərəf Ərizəçi nikah pozulduqdan sonra birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X3 onun himayəsində qalmasına razıdır. Tərəf Maraqlı şəxs nikah pozulduqdan sonra birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X6 anası Ərizəçi himayəsində qalmasına razıdır. Tərəf Ərizəçi birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X2 Natiqə Elçin qızının himayəsində olduğu müddət ərzində atası Maraqlı şəxs ilə uşaqlar azyaşlı olduqları üçün uyğun vaxtlarda, yəni hər ayın birinci və üçüncü həftəsi həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək, hər ayın ikinci və dördüncü həftəsi həftənin bazar günləri saat 11-dən saat 18:00-dək uşaqlar yetkinlik yaşlarına çatanadək ünsiyyətdə ola bilərlər. Bunun üçün lazımi şərait yaradacağını öhdəsinə götürür. Tərəf Maraqlı şəxs birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X6 anasının himayəsində olduğu müddət ərzində uşaqlar azyaşlı olduqları üçün uyğun vaxtlarda, yəni hər ayın birinci və üçüncü həftəsi həftənin şənbə günləri saat 11:00-dan saat 18:00-dək, hər ayın ikinci və dördüncü həftəsi həftənin bazar günləri saat 11-dən saat 18:00-dəkuşaqlar yetkinlik yaşlarına çatanadək ünsiyyətdə olmağıma razıdır. Bunun üçün lazımi şərait yaradacağımı öhdəmə götürür. Tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən birgə nikahdan anadan olmuş uşaqlarına, xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında olmaqla alimenti hər ayın 25-dək ödənilməsinə razıdır. Hər ayın 25-dək Ərizəçi şəxsi kart hesabına alimenti köçürtməyi öz öhdəsinə götürür. Tərəf Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən birgə nikahdan anadan olmuş uşaqlarına, xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2019-cu ildə anadan olmuş X1 üçün atası Maraqlı şəxs tərəfindən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında olmaqla alimenti hər ayın 25-dək ödənilməsinə razıdır. Tərəf Maraqlı şəxs Ərizəçi ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi lə razıdır. "xxxx" MMC-nin Bakı şəhəri, Xətai filialı tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 130,0 kv.m., dəyəri 350000 (üç yüz əlli min) manat olan 47 saylı mənzilin dəyərinin bölünməsini öhdəliyinə götürür. Yuxarıda qeyd edilən mənzil 350000 (üç yüz əlli min) manat dəyəri məbləğində olan mənzilin 2 (iki) ay müddətində satılaraq bərabər qaydada bölünməsinə razıdır və vəsaitin Ərizəçi şəxsi kart hesabına köçürülməsini öz öhdəliyinə götürür. Tərəf Ərizəçi Maraqlı şəxs ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə razıdır. “Gold Construction" MMC-nin Bakı şəhəri, Xətai filialı tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 130,0 kv.m., dəyəri 350000 (üç yüz əlli min) manat olan 47 saylı mənzilin dəyərinin bölünməsinə razıdır. Yuxarıda qeyd edilən mənzil 350000 (üç yüz əlli min) manat dəyəri məbləğində olan mənzilin 2 (iki) ay müddətində satılaraq, əldə olunmuş vəsaitin bərabər qaydada bölünməsinə razıdır. Tərəf Ərizəçi “Barışıq Sazişi”nin bəndində qeyd edilən şərtlə tam olaraq razıdır və əlavə olaraq heç bir tələbi yoxdur. Tərəf Maraqlı şəxs “Barışıq Sazişi” nin bəndində qeyd edilən şərtlə tam olaraq razıdır və əlavə olaraq heç bir tələbi yoxdur. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 manatı, mediasiya xərci olaraq ödənilmiş 360 (üç yüz altmış) manatın 180 manatı Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2470/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2470/2025
30.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver