Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2475/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsi cəlb edilməklə) Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən, 39 saylı ünvanda olan, 77,36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dair xx xxxxxxx 2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolunun və xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 620/2017 saylı, xx.xx.2017-ci il tarixii qətnaməsinə əsasən cavabdehlər İddiaçı Nıırəddin oğlundan və X1 müştərək qaydada 34401,18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu “Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulması: tələb cavabdeh İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri (qeydiyyatda olanlar) X8, X10, Məmmədov Rövşən Əyyub oğlu, X12, X5 və X13 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, mülkiyyətində olan və yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 39 saylı ünvanda olan 54 saylı mənzil qeyri-qanuni yolla açıq hərracdan satılmaqla “Bank VTB (Azərbaycan)" ASC-nin adına çıxarış alınmışdır. Mənzilin açıq hərracını təşkil edən Cavabdehnə verilmiş sorğu nəticəsində xx xxxxxxx 2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolun və xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətini əldə etmiş, sözügedən 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən 39 saylı evin 54 saylı mənzili 73312,50 (yetmiş üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğinə səlahiyyətli nümayəndə X6 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. Hərracın təşkili və keçirilməsinə dair sifariş Bakı şəhəri Xətai rayon İcra və Probasya Şöbəsi (icra məmuru X11) tərəfindən verilmişdir. Halbuki təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamış, ona hər hansı bir rəsmi məlumat daxil olmamışdır. Eyni zamanda "Cavabdeh" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən qanunsuz hesab edir. Hərrac təşkilatının xx.xx.2018-ci il tarixli 147/1 nömrəli Hərracın yekunları barədə Protokolunun mətnindən görünür ki. "Cavabdeh” MMC tərəfindən keçirilmiş açıq hərrac baş tutmuş və alıcı qismində tələbkar "Bank VTB (Azərbaycan)*' ASC çıxış edərək 73312.50 manat qiymətlə (əmlakın 25% aşağı olan dəyəri) onun əmlakını əldə elmişdir. Lakin təşkil edilmiş açıq hərracın baş tutması və ya baş tutmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən o, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” xx xxxxxxx 2018-ci il tarixli, 147/1 saylı protokolunun ləğv edilməsi və xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətairayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən 39 saylı ünvanda olan 77.36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dairxx xxxxxxx 2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolun və xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və həmin yekun protokol əsasında yaranmış hüquqi nəticələrinin ləğv edilməsi, yəni cavabdeh Bank VTB (Azərbaycanın) onun mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışının ləğv edilməsi və mənzilin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiası əsaslı olduğundan iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiasının əsaslı olmasını onunla izah etmişdir ki, Cavabdeh hərracın keçirilməsi ilə bağlı məhkəmə sorğusuna əsasən təqdim etdiyi sənədlər əlavə olunmuş hərracın keçirilməsi ilə bağlı göndərilmiş poçt xəbərnamələrinin şəxsən iddiaçı tərəfindən alınmamışdır. O, həmin poçt xəbərnamələrindəki imzaların nümayəndəsi olduğu İddiaçı məxsus olmadığını qeyd edərək həmin imzaların iddiaçıya məxsus olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə xətşünaslıq-ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə hüquqi qiymət verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "Cavabdeh” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-620/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən göründüyü kimi cavabdehlər İddiaçı və X1 müştərək qaydada 34401.18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu “Bank VİB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 (yüz on beş min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödəilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin (qeydiyyatda olanlar) X9, X10, Məmmədov Rövşən Əyyub oğlu, X12, X5 və X7 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 147/1 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin ilkin qiyməti 115000 (yüz on beş min) manat olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, sözügedən 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzili 73312,50 (yetmiş üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğinə səlahiyyətli nümayəndə X6 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı oğluna və X3 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 01/87 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı oğluna və X3 göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı oğluna və X3 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 01/87-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı oğluna və X3 göndərilmişdir. Bildirişdə həmin əmlakın ilkin satış qiyməti 115000 (yüz on beş min) manat, 15 % endirimli satış qiyməti 97750 (doxsan yeddi min yeddi yüz əlli) manat müəyyən olunmuşdur. İş materiallarında olan 28-xx xxxx 2018-ci il tarixli 133 (3507) nömrəli “Kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh MMC tərəfindən elan yerləşdirilmişdir. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı oğluna və X2 yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 2 ünvanına göndərilmiş, onun adından xx.xx.2018-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh MMC tərəfindən elan yerləşdirilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-620/2017 saylı, xx.xx.2017-ci i! tarixii qətnaməsinə əsasən cavabdehlər İddiaçı Nıırəddin oğlundan və X1 müştərək qaydada 34401,18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu “Bank VTB (Azərbaycan)" ASCnin xeyrinə tutulması: tələb cavabdeh İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri (qeydiyyatda olanlar) X8, X10, Məmmədov Rövşən Əyyub oğlu, X12, X5 və X13 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Mülkiyyətində olan və yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 39 saylı ünvanda olan 54 saylı mənzil açıq hərracdan “Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. İddiaçı keçirilmiş açıq hərrac barədə məlumatı olmadığını iddia etməkdədir. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş hərrac sənədləri məhkəmə iclasında tədqiq olunaraq o da müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən mülki qanunvericliyin və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin ilkin satış qiyməti 115000 (yüz on beş min) manat olmuş, hərrac ilkin olaraq baş tutmadığından növbəti keçirilən hərrac zamanı mənzilin dəyəri 15% endirimlə qiymətləndirilmiş, daha sonra xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında 73312,50 (yetmiş üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğinə səlahiyyətli nümayəndə X6 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. xx xxxxxxxx 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh MMC tərəfindən elan yerləşdirilmiş və hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. Hərracla bağlı bildirişlər İddiaçı oğlunun yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 2 ünvanına göndərilmiş, onların adından xx.xx.2018-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi ifadədən və iddia ərizəsindən göründüyü kimi İddiaçı öz ünvanının ünvan 3 olduğunu qeyd etmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə saat 11:00-da, daha sonra xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x xxxxxx 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı yaşayış ünvanı olan ünvan 2 ünvanına göndərilməsində Cavabdeh MMC haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, ünvan 2 olaraq iddiaçı qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər xx.xx.2018-ci il tarixdə qeyd edilən ünvanda imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin ünvan 2 ünvanında rəsmi qaydada verilməsi İddiaçı yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “xx.xx.2018-ci il tarixli 147/1 nömrəli hərrac protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2475/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2475/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver