Məhkəmə qərarları › İş №2(005)-2503/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2503/2020

10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2503/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi İsmayılova Zəhraxanım Şahin qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2020-ci il tarixdə vafat etmişdir. Ölüm haqqında arayış poliklinikadan alınmamışdır. Ölüm haqqında şəhadətnaməni almaq üçün məhkəməyə müraciət edilməsi bildirilmışdir. Qeyd edilənləri nəzərə alaraq, X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, mərhum onun anasıdır, 31 may tarixində anası insult keçirmiş, ağır vəziyyətdə səhər 5N-li xəstəxanaya çatdırılmışdır, 1 gün reanimasiya şöbəsində qaldıqdan sonra evə buraxılmış və xx.xx.2020-ci il tarixdə evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid Abdullayeva qızı ifadəsində mərhumun gəlini olduğunu, ölümündən bir neçə gün əvvəl insult keçirdiyini və xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, Dağüstü 1 qəbiristanlığında dəfn olunduğunu bildirdi. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/578/69 №-li məktubundan görünür ki, 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 485 №-li arayışından görünür ki, X3 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X7 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 23:00-da X1 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1933-cü il tarixdə X9-Osetiyada anadan olmuşdur. İş materiallarında olan ASAN 2 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Caucikay şəhər ZAQS şöbəsi tərəfindən verilmiş BM 191879 nömrəli, xx.xx.1951-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1933-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X10 Sultanoviç, anası X4. İş materiallarında olan Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ ******* nömrəli, xx.xx.1996-cı il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1966cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası X2. İş materiallarına əlavə edilmiş 18 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 18/676 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 24 nömrəli evin 26 nömrəli mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1933-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər araşdırılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1933-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar