Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2582/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi mərhum X3 doğma oğludur. Mərhum 10 iyul 1939-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə mərhumun səhhəti ağırlaşmış və Bakı şəhəri Təcili X4 Stansiyasının həkimləri gələnə qədər vəfat etmişdir. Vəfat etmiş şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı Dağüstü qəbiristanlıqda dəfn edilmişdir. Ölüm faktının müəyyən edilməsi və bu barədə arayışın verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2023-ci il tarixli 48 №-li məktubu ilə ölümün qeydə alınması ilə bağlı müraciətə imtina vermişdir. Qeyd edilmişdir ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Eyni zamanda ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı rəsmi olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” Publik hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 4 nömrəli şəhər poliklinikasına müraciət edilsə də, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təyin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X3 dəfnində iştirak etmişdir. X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Kürdəmir Rayon Qeydiyyat Şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 iyul 1939-cu il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, 21:30 radələrində X3 adına 8-ci cıdır, ev 10 ünvanına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X12 4 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, xx.xx.2023- cü il tarixdə 8 Cıdır ev 10 ünvanda vəfat edən vətəndaş X5 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, dispanser qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. AR Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 30 may 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş arayışda qeyd olunur ki, X5 xx.xx.2023-cü il tarixdə dəfn xərcləri Ərizəçi tərəfindən çəkilməklə 2 saylı Dağüstü qəbristanlığında dəfn olunmuşdur. Qəbirüstü abidədən müəyyən olunur ki, X3 adına qoyulmuş abidədə doğum tarixi olaraq xx.xx.1939-cu il, ölüm tarixi olaraq xx.xx.2023-cü il göstərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 10 iyul 1939cu il tarixində Kürdəmir rayonunda anadan olmuş X5 Ərizəçi anasıdır. X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10 iyul 1939-cu il tarixində Kürdəmir rayonunda anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 iyul 1939-cu il tarixində Kürdəmir rayonunda anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2582/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2582/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver